• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
31-05-2018, 08:29

Onlayn medianın iqtisadi problemləri - dövlət yardım ayıracaqmı

Onlayn medianın iqtisadi problemləri - dövlət yardım ayıracaqmı

Əflatun Amaşov: “Nə qədər ki, medianın reklam bazarını formalaşdıra bilməmişik, onadək dövlətin yardımına ehtiyac var”
Son vaxtlar gündəmdə olan əsas məsələlərdən biri də onlayn medianın dövlət tərəfindən dəstəklənməsidir. Belə ki, bu mövzu daha öncədən müzakirəyə çıxarılsa da, neftin ucuzlaşması səbəbindən dövlət gəlirlərinin azalması, prosesin reallaşmasına əngəl yaradırdı. Hazırda isə dünya bazarında neftin qiyməti büdcədə nəzərdə tutulduğundan ən azı 30 dollar yüksəkdir.

Belə olan halda, iyun ayında Milli Məclisdə yeni büdcə müzakirələrinin keçirilməsi istisna edilmir. Bu zaman mediaya ayrılan dövlət yardımının tərkib hissəsi kimi, onlayn mediaya da yardım edilməsi səslənən təkliflər sırasındadır. Xüsusən də ölkə mediasının tanınmış simaları onlayn medianın dəstəklənməsini vacib sayır.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov yeni büdcə müzakirələri zamanı bu məsələni gündəmə gətirəcəyini bildirdi: “Yeni büdcə iyun ayından sonra müzakirə olunacaq. Bunun əsas səbəbi dünya bazarında neftin kəskin bahalaşmasıdır. 2018-ci ilin büdcəsində neftin qiyməti 45 dollardan götürülmüşdü, bu gün isə artıq Azərbaycan nefti 75 dollardan da baha satılır. Yeni büdcə müzakirə edilərkən çox güman ki, mediaya dövlət yardımının məbləği də artırılacaq. Məni daha çox narahat edən onlayn mediaya yardım ayrılmasıdır. Çünki hazırda bütün dünyada, o cümlədən Azərbaycanda ictimai fikrin formalaşması, informasiyanın operativ yayılması daha çox onlayn media vasitəsilə həyata keçirilir. Azərbaycanda 300-ə yaxın onlayn media orqanı mövcuddur. İndiki şəraitdə ölkəmizdə medianın iqtisadi vəziyyətində müəyyən problemlər var”.

Ə.Amaşovun sözlərinə görə, reklam bazarı çox zəif olduğundan onlayn mediaya dövlət yardımının ayrılmasına zərurət yaranır: “KİVDF vasitəsilə çap mətbuatına yardım edilir. Lakin onlayn media bundan kənarda qalır. Mən hesab edirəm ki, eyni dərəcədə internet mediaya da dəstək olunmalıdır. Çünki onlayn medianın izləyiciləri daha çoxdur. Nə qədər ki, biz medianın reklam bazarını formalaşdıra bilməmişik, onların iqtisadi problemləri qalmaqdadır, o vaxta qədər dövlətin yardım ayırmasına ehtiyac var. Biz bu yolla həm də informasiya məkanımızın təhlükəsizliyini təmin etməliyik. Onlayn jurnalistika elədir ki, istənilən daxili və ya xarici qüvvə onları maliyyələşdirə bilər. Belə olan halda həmin internet resursu obyektivliyini itirə bilər. Belə halların qarşısını almaq üçün internet jurnalistika da dövlət yardımı almalıdır. Bununla bağlı mən Milli Məclisdə müzakirələr zamanı da fikirlərimi səsləndirəcəyəm”.

Gündəlik Teleqraf" media qrupunun rəhbəri Aynur Camal da “Yeni Müsavat”a danışarkən bu məsələnin diqqətdə saxlanılmasının vacibliyini vurğuladı: “Bu, kifayət qədər aktual və müzakirəyə ehtiyacı olan bir məsələdir. Bizim həmkarlarımız da bu məsələni mütləq diqqətdə saxlamalıdırlar. Təəssüf ki, çap mediası təkcə Azərbaycanda deyil, bütün dünyada öz ömrünü başa vurmaqdadır. Ən tirajlı qəzetlər belə ömrünün qürub çağını yaşayır. ABŞ, Rusiya, Türkiyə kimi çoxsaylı əhalisi olan dövlətlərin mətbuat orqanları belə bu problemdən əziyyət çəkirlərsə, Azərbaycanda da print mediaya marağın azalması kifayət qədər anlaşılandır. Çünki onlayn media sürətlə həyatımıza daxil olub. Hər kəsin əlində mobil telefon var və bu cihaz vasitəsilə dünyanın istənilən nöqtəsində baş vermiş hadisədən saniyələr sonra xəbər tuta bilirik. Print media isə elədir ki, bu gün baş verən hadisələri növbəti gün çap edərək oxucularına məlumat verir. Bir gün sonra artıq o qəzetin yazdıqları oxucu üçün bütün hallarda maraqsızdır. Çünki o, bir gün əvvəl onlayn media vasitəsilə hadisədən hərtərəfli xəbər tutub. Bunun üçün köşkə gedib, pul xərcləyib qəzet almasına ehtiyac qalmır”.

Azərbaycan hökumətinin hər zaman medianın problemlərinə dəstək verdiyini deyən A. Camal bu məsələyə də diqqət ayrılmasını təklif etdi: “Dövlət başçısı jurnalistlərin istər şəxsi problemlərinə, istərsə də peşə fəaliyyəti ilə bağlı yaranmış çətinliklərinə qayğıkeş və həssas münasibət göstərir. Jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması üçün tikilən çoxmənzilli binalardan tutmuş, KİVDF-nin yaradılmasına qədər Azərbaycan prezidentinin verdiyi bütün sərəncam və qərarlarda özünü göstərir. O baxımdan da mən hesab edirəm ki, artıq diqqət onlayn mediaya yönəldilməlidir. Bunun vaxtı nəinki çatıb, artıq keçir. Bizim çox ciddi şəkildə dövlətin dəstəyinə ehtiyacımız var. Bildiyiniz kimi, Azərbaycan bazarı elə bir bazardır ki, burada yüksək reklam gəlirlərindən danışmaq mümkün deyil. Şirkətlər onlayn media ilə reklam əməkdaşlığı etməkdə o qədər də maraqlı deyillər. Onlar diqqəti daha çox klassik televiziyalara verirlər. O baxımdan mən düşünürəm ki, dövlətin dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Ölkədə ictimai fikri yönləndirən onlayn mediadır. İnsanlar bütün informasiyaları onlayn mediadan alırlar. Onlayn media nə qədər güclü olsa, bu, dövlətin də, cəmiyyətin də xeyrinə olacaq. Necə ki, KİVDF vasitəsilə qəzetlərə dövlətdən maliyyə yardımı ayrılır, eynilə, hətta ondan daha artıq onlayn mediaya maliyyə dəstəyi verilməlidir ki, onlar öz fəaliyyətlərini, ölkənin informasiya siyasətini həyata keçirə bilsinlər”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az