• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 06-06-2026 Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
  • 06-06-2026 Bakıda söküləcək ərazilər məlum OLDU
  • 06-06-2026 Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
  • 06-06-2026 Qazın qiyməti UCUZLAŞDI
  • 06-06-2026 Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
  • 06-06-2026 Mətanətdən Vüqar Muradova ağır sözlər
  • 06-06-2026 Səki kimindir: vətəndaşın, yoxsa Hacı Rasimin? Sabunçu İcra Hakimiyyəti bu vəziyyətə niyə göz yumur ?
  • 05-06-2026 Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
  • 05-06-2026 Yalan ittiham edənləri hansı cəza gözləyir?
  • 05-06-2026 Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
  • 05-06-2026 Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
  • 05-06-2026 Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 05-06-2026 Maaşla bağlı MÜHÜM XƏBƏR
  • 05-06-2026 Afaq Bəşirqızı əməliyyat olundu
  • 05-06-2026 Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
  • 05-06-2026 Göyçayda əməliyyat - Həbs edilənlər var
  • 05-06-2026 Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib - FOTO
  • 05-06-2026 İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri
  • 05-06-2026 Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
  • 05-06-2026 Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib

XƏBƏRLƏR

    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
26-03-2023, 09:04

İlham Əliyev 1 həftə əvvəl XƏBƏRDARLIQ etmişdi - Ordumuz HƏRƏKƏTƏ KEÇDİ: Yollar nəzarətə götürüldü

İlham Əliyev 1 həftə əvvəl XƏBƏRDARLIQ etmişdi - Ordumuz HƏRƏKƏTƏ KEÇDİ: Yollar nəzarətə götürüldü


Ermənistan sülhə mane olmaq üçün danışıqlardan çəkilir. Bunu qarşı tərəfdən səsləndirilən son bəyanatlarla yanaşı, Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında və sərhəd boyunca törədilən son təxribatlar deməyə əsas verir.

Belə aydın olur ki, Nikol Paşinyan ya alzheimer xəstəsidir, ya da Ermənistanın düşməni. Çünki belə olmasaydı Paşinyan 44 günlük müharibədəki ağır məğlubiyyətin ölkəyə vurduğu ağır fəsadlar aradan qaldırılmamış bölgədə növbəti eskalasiya riski üçün bu qədər dəridən-qabıqdan çıxmazdı.

Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının intensivləşməsinin başqa cür adı yoxdur. Özü də bu dəfə daha fərqli yollarla...

Laçın yolunda ekofəalların başlayan aksiyasından sonra ermənilər Ermənistanla əlaqə üçün yeni yol axtarışını tamamladı. Qarşı tərəf sülhməramlı kontingentin yardımı ilə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan Ermənistandan müxtəlif qeyri-qanuni daşımalar məqsədilə istifadə etməyə başladı.

İş ondadır ki, Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək nə Ermənistan tərəfindən, nə də sülhməramlı kontingent tərəfindən bir zəruri tədbir görülmədi. Əksinə Rusiya tərəfi 10 noyabr üçtərəfli bəyanatına zidd olaraq kor-kar olaraq separatçıların silahlanması, fəaliyyətlərinin daha da güclənməsi adına ermənilərə yardım etməkdən çəkinmədilər.



Rəsmi Bakının dəfələrlə xəbərdarlıqlar etməsinə rəğmən, Ermənistandan Xankəndinə, habelə RSK nəzarətində olan ərazilərə canlı qüvvə, silah-sursat və s. kimi qanunsuz yüklərlə silahlıların daşınması dayanmadı. Beləcə, qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərməsi, Ermənistandan Xankəndinə aternativ yol çəkilişi və Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə silah daşımasının fasiləsiz həyata keçirilməsi Azərbaycanı artıq şifahi xəbərdarlıqlardan zəruri addımlara keçməsinə zəmin yaratdı.

Nəticədə Ordumuz ötən gün şərti olaraq 2054,0 yüksəkliyi adlanan strateji nöqtəni (Sarıbaba dağından 2,9 kilometr şimal-şərqdə) azad edib. Hazırda azad olunmuş yüksəklikdə mühəndislik işləri aparılır. Əməliyyat heç bir itki vermədən səssiz şəkildə həyata keçirilib. Nəticədə Ermənistandan Xankəndinə gələn yeganə dağ-meşə yolu nəzarətə götürülüb. Erməni mənbələr bununla Qarabağdakı separatçıların heç bir alternativ yolunun qalmadığını yazır. Bununla da strateji əhəmiyyət daşıyan həmin torpaq yol nəzarətə götürülüb.

Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimaldan keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarından qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunurdu ki, məhz bu səbəbdən ordumuz suveren ərazilərimizdə diversiyaların, terror hücumlarının və təcribatların qarşısını almaq üçün belə addımlar atmağa vadar oldu.

Bununla bağlı rəsmi Bakı və MN dəfələrlə Rusiya sülhməramlı kontingentinə müraciətlər etsələr də, onlar səlahiyyətlərini və vəzifə borclarını yerinə yetirmək, zəruri tədbirlər görmək əvəzinə Ermənistanın məkrli planlarına görməzdən gəlirlər, ermənilərə havadarlıq edirlər.



Məhz Rusiyanın bu cür mövqe nümayiş etdirməsi Nikol Paşinyanın təxribatlara ola vərdiyişini yenidən alovlandırmaqdadır. Yaxşı xatırlayırıq ki, Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra məğlubiyyətlə faktiki barışmışdı, Qarabağdan imtina etməyə hazır idi. Hətta İrəvan Bakı ilə sülh məsələsində Qarabağ mövzusunun müzakirə edilməsinin tərəfdarı olmadığını da bu və ya digər üsullarla elan etmişdi. Ancaq son aylarda bir yandan İranın Azərbaycana qarşı artan təxribatları, digər tərəfdən Rusiyanın Qarabağ separatçılarını silahlandırması və bəzi Qərb mərkəzlərindən, o cümlədən Parisdən aldığı dəstək sayəsində Paşinyan yenidən özündə "cəsarət" tapıb kimi görünür və onun Qarabağsız sülh sazişinə marağının azaldığını açıq-aydın sezə bilərik.

Lakin Azərbaycan ordusunun bölgənin yollarını və yüksəkliklərini nəzarətə götürməsi Qarabağ separatçılarının fəaliyyət imkanlarını daraltmaqla paralel olaraq Paşinyanı əvvəlki mövqeyinə qaytarmaqda da əhəmiyyətlə rol oynayacaq.

Azərbaycan Ordusunun Sarıbaba yüksəkliyindəki mövqeləri ələ keçirməsi, orada möhkəmlənməsi İrəvan qədər Moskvanın da artıq yuxusunu qarışdırıb. Rusiya Müdafiə Nazirliyi Azərbaycanı Qarabağda təmas xəttini pozmaqda ittiham edib. "Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin noyabr müqavilələrini pozaraq Şuşa rayonu ərazisində tərəflərin təmas xəttini keçərək postun mühəndis avadanlıqları ilə hərəkətə başlayıb. Rusiya sülhməramlıları böhranlı vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün tədbirlər görür", - Rusiya Müdafiə Nazirliyi bildirib.

Moskva, utanmasan danışmağa nə var ki...

Bunu o ölkənin Müdafiə Nazirliyi deyir ki, bölgədə separatizmi alovlandırmaq, yenidən aktiv fazaya çevirmək üçün əlindn gələni edir, adını sülhməramlı qoysa da gah ermənilərə kuryer olurlar, gah da fəhlə. İndi Kremlə tabe Rusiya Müdafiə Nazirliyinin belə bir bəyanat yayması qədər absurd heçnə ola bilməz.



Təxminən bir həftə əvvəl - martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində istər Ermənistana, istərsə də ona bugün havadarlıq edən dövlət və təşkilatlara açıq-aşkar mesaj yolladı. "Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura bilmir, sabah da dura bilməyəcək", - deyən dövlətimizin başçısı vurğulayıb ki, bizə qarşı hər bir çirkin plana güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək. Proseslər İlham Əliyevin növbəti dəfə sözlərinə nə qədər sadiq bir dövlət başçısı olduğunu nümayiş etdirdi.

Azərbaycan ordusu heç cürə imkan verə bilməzdi ki, Laçın rayonunda ermənilər qeyri-qanuni kommunikasiya üçün yeni yol inşa etsinlər, eyni zamanda müntəzəm olaraq Xankəndinə alternativ gizli torpaq yolu ilə silah-sursat daşısınlar.

Yolun Azərbaycan ordusu tərəfindən nəzarətə götürülməsi isə separatçıların vəziyyətinin daha da pisləşməsinə səbəb olacaq. Böyük ehtimalla Azərbaycanın bu həmləsi eyni zamanda Qarabağdakı erməni əhalisi arasında Bakıya tabe olmaqdan başqa alternativin olmadığı rəyini də bir xeyli gücləndirəcək.



Eyni zamanda Azərbaycan Ordusunun bu addımı o deməkdir ki, rəsmi Bakı Ermənistana, havadarlarına və beynəlxalq ictimaiyyətə bildirmiş oldu, İrəvana xəbərdarlıqlar dövrü artıq başa çatdı, bundan sonra qanunsuz fəaliyyətlərin qarşısı birbaşa müdaxilə ilə alınacaq.

Azərbaycan Ordusunun əvvəlki mövqeyinə qayıtmayacağı isə zərrə qədər də şübhə doğurmur. Proseslərin bu cür inkişafı isə Qarabağda separatçılar üçün vəziyyəti hər cəhətdən pisləşdirəcək. Bu hal isə Rusiya sülhməramlıları ilə qondarma rejim qalıqları arasındakı gərginliyi bir qədər də körükləməklə yanaşı Qarabağın etnik erməniləri arasında Bakıya "sitayiş" hallarının artmasına yol açacaq. Çünki separatçıların vəziyyətinin daha da pisləşməsi Qarabağdakı erməni əhalisi arasında Bakıya tabe olmaqdan başqa alternativin olmadığı rəyini ancaq gücləndirə bilər.

Təhməz Əsədov
milli.az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az