• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
30-05-2018, 06:39

İranlı tələbələrdən dini liderə çətin suallar - görünməmiş olay

İranlı tələbələrdən dini liderə çətin suallar - görünməmiş olay

Tələbələr Ramazan iftarında dini lideri sual “yağışına” tutub, dini lider isə gənclərə güvəndiyini deyib


İranlı tələbələr ölkənin ali dini lideri Ayətullah Xameneyi ilə görüşəndə ölkə hakimiyyətini sərt tənqid ediblər. İran mediasının məlumatına görə, Ramazan ayı münasibətilə ənənəvi olaraq tələblərlə iftar yeməyində bir araya gələn ali dini lider onların çıxışlarını dinləyib. Çıxış edən iki tələbə nüvə anlaşması, sosial-iqtisadi vəziyyət və hökumətin fəaliyyəti ilə bağlı sərt tənqidi fikrilər səsləndiriblər. Hətta bəzi tənqidlər dini liderin özünə yönəlib.



Diqqət çəkən detal isə Elm Nazirliyinin əməkdaşı, Səhər Mehrabi adlı tələbənin birbaşa dini liderə ünvanlandığı suallar olub. Mehrabi dini liderdən sosial qruplar arasındakı qeyri-bərabərliyin sistematik şəkildə artdığı, ekoloji böhran, gecəqondu məhəllələrin sayının artması, ictimai inancın aşağı düşməsi, işsizlik səviyyəsinin yüksəlməsi, azlıqların üzləşdiyi çətinliklər, məhkəmə və hüquq-mühafizə sistemində mühafizəkarların siyasi fəalları hədəfə almaq üçün “xəyali təhlükəsizlik qüvvələri” yaratması, söz və mətbuat azadlığının sərt təzyiq altında olduğu kimi ittihamlar olub.



Dini lider isə bütün çıxışları səbirlə dinləyib və daha sonra münasibət bildirib. Ayətullah Xameneyi deyib ki, hökumətin fəaliyyətində çatışmazlıqlar var. Eyni zamanda o, sual şəklində irəli sürülən problemlərin aradan qaldırılmasının asan olmadığını qeyd edib. Və əlavə edib ki, bu problemləri aradan qaldırmaq üçün özünü inqilaba həsr etmiş gənclərin hökumət orqanlarında işə cəlb olunması lazımdır. Ali dini lider deyib ki, ölkədə vəziyyətin çox pis olduğunu deyən tələbənin sözlərini deyil, duyğularını qəbul edir. Xameneyi əlavə edib ki, cəmiyyətdə və ölkədəki vəziyyətdən xəbərdardır. Eyni zamanda əlavə edib ki. ölkənin inkişafı üçün ifadə azadlığı lazımdır. Qeyd edək ki, son günlər İranda yenidən etiraz aksiyaları baş verir. Kənd təsərrüfatı işçiləri, sürücülər hökuməti tənqid edən aksiyalar keçiriblər. Son aylarda İranda sürətli inflyasiya baş verib, İran rialı dollar qarşısında ciddi şəkildə ucuzlaşıb. Nəticədə ölkə iqtisadi böhranın sərhədinə gəlib. Bundan sonra Mərkəzi Bank dollar satışını nəzarətə götürüb. Ancaq bu addım rəsmi məzənnədə sabitlik yaratsa da, qara bazarda dollar sürətlə bahalaşıb. Üstəlik mayın 8-də ABŞ prezidenti Donald Trampın İranla nüvə anlaşmasından çəkilməsi və Tehrana qarşı sanksiyalara yol açması Tehran üçün ciddi siqnal olub. Noyabrın əvvəlinə qədər isə İrana qarşı köhnə sanksiyaların yenidən bərpa olunacağı və yeni sanksiyaların qəbul ediləcəyi gözlənilir. ötən il dekabrının sonlarında İranda bir neçə şəhərdə insanlar küçələrə çıxaraq ölkədəki iqtisadi, sosial problemlərə etiraz edib. Daha sonra aksiyalar genişlənərək hökumətə qarşı etirazlara çevrilib.



Tələbənin suallarından birinin məhz mühafizəkarları hədəfə alması İranda iqtisadi və sosial problemlərin kökündə həm də ölkədəki mühafizəkar və islahatçı qanad arasında mübarizənin təsirinin olduğu görünür. Dini lider isə təmkinlidir, tərəflərdən heç birinə üstünlük vermir. Eyni zamanda dini lider dinc etiraz aksiyalarını dəstəklədiyini deməklə, müəyyən mənada etirazlara haqq qazandırıb. Ancaq hazırkı Ruhani hökumətinin Qərblə münasibətləri yumşaltmaqla ölkədəki iqtisadi vəziyyəti inkişaf etdirmək siyasəti nəticə vermir. Sanksiyalar yenidən bərpa olarsa. Ruhani hökumətinin. Eləcə də İranın bütövlükdə vəziyyəti daha da pisləşəcək. Tələbələrin dini liderə sualları İrandakı söz azadlığının vəziyyətini göstərməklə yanaşı, iqtisadi və sosial vəziyyətin çətin olduğunu göstərir.



Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az