• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 NOVXANIDA DƏNİZ SAHİLİ ZƏBT OLUNUR? – QANUNSUZ TİKİNTİYƏ KİM “YAŞIL İŞIQ” YANDIRIB? - VİDEO
  • 16-09-2026 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
11-11-2022, 09:05

“FOHOW – Azərbaycan”ı İran İslam Respublikasına hansı tellər bağlayır?

“FOHOW – Azərbaycan”ı İran İslam Respublikasına hansı tellər bağlayır?



Məlumdur ki, əsası 1999-cu ildə Çin Xalq Respublikasında qoyulan “FOHOW” Beynəlxalq Korporasiyasının nümayəndəliyi 8(səkkiz) ildir ki, Azərbaycanda fəaliyyət göstərir və bu Korporasiya əsas etibarilə insan orqanizminin immun sistemini gücləndirdiyi iddia olunan qida əlavələrinin satışı ilə məşğul olur. Son vaxtlar müəyyən çevrələrdə “FOHOW” Beynəlxalq Korporasiyasının iflasa uğrayıb bağlanacağı barədə müəyyən söz-söhbətlər dolaşır. Bu həm Korporasiyanın Azərbaycandakı şəbəkəsində çalışan vətəndaşları, həm də bütövlükdə istehlakçıları narahat etməkdədir. Bundan əlavə, bəzi media qurumlarında bu şirkətin fəaliyyətində Azərbaycan qanunvericiliyinə zidd addımların atılması barədə də müəyyən məlumatlar tirajlanmaqdadır. Məsələn, yayılan məlumatlarda qeyd olunur ki, “FOHOW” Beynəlxalq Korporasiyasının rəhbərliyi Azərbaycanda fəaliyyət göstərən 14 nümayəndəlikdə çalışan şəxsləri işə götürərkən tərəflər arasında heç bir əmək müqaviləsi sənədi bağlanmır, nümayəndəliklərə satış məqsədilə məhsullar verilir, amma bunun qarşılığında həyata keçirilən nəğd ödənişlərlə bağlı çek verilmir. Hətta, bu şirkətin nəzdindəki ofislər fəaliyyət göstərdikləri ünvanların sahibləri ilə də icarə müqaviləsi bağlamırlar. Məsələn, Korporasiyanın baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev-57/59 ünvanında yerləşir və həmin ünvanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı olan Tamerlan müəllimə məxsus olduğu bildirilir. Söylənilənlərə görə, bu iki tərəf arasında heç bir icarə müqaviləsi sənədi imzalanmayıb. Faktdır ki, tərəflər arasında icarə müqaviləsi sənədinin imzalanmaması həm qanundankənar addımdır, həm də bu zaman vergi cinayətlərinə qol qoyulur, əmək intizamının tələbləri pozulur və digər qanunsuzluqlara yol verilir. Media üzərindən apardığımız araşdırmalardan sonra, bu yöndə daxil olan məlumatları əsas tutub 04 oktyabr 2022-ci il tarixdə “FOHOW” Beynəlxalq Korporasiyasının baş ofisində olduq. Məqsədimiz nümayəndəliyin direktoru Nurlan müəllimlə görüşmək və adı çəkilən bu şəxsdən yayılan məlumatlarla bağlı bəzi mətləblərə aydınlıq gətirməsini xahiş etmək idi. Təəssüflər olsun ki, bu şəxsi iş yerində tapa bilmədiyimizdən, biz bu yöndə məqsədimizə nail ola bilmədik. Amma, Korporasiyanın digər əməkdaşı Yaşar müəllimlə görüşümüz baş tutsa da, o, ona ünvanlayacağımız suallara cavab vermək səlahiyyətinə malik olmadığını dilə gətirdi. Yəni, bu şəxs “Mən şirkətdə yalnız ingilis-dili dərsi tədris edirəm” deyib, məhz mətləbdən yayınmağı bacardı. Amma, bir neçə gün bundan öncə Yaşar müəllimin də çalışdığı ofisdən (foto-şəkillər də daxil olmaqla) yayımlanan paylaşımdan, verilən açıqlamadan görünür ki, bu şəxs çalışdığı ofisdə sadəcə olaraq ingilis-dili müəllimi deyil, əsas söz sahibi olan şəxslərdən biridir. Demək, Yaşar müəllimin düşüncəsi və şəxsi yanaşması çalışdığı şirkətdə qol qoyulan qanunsuzluqlara uyğun formalaşıb ki, o, yaşının belə bir çağında yalan danışmağı özünə rəva bilir.



Bütün bunlardanəlavə, bu Korporasiyanın Azərbaycandakı şəbəkəsinin fəaliyyəti ilə bağlı, bu gün də bəzi çevrələrdə başqa-başqa məlumatlar yayılmaqda davam edir. Yəni, yayılan məlumatlarda bildirilir ki, xeyli müddət bundan öncə bu şirkətdə çalışan iki nəfər xanım İran İslam Respublikasının (İİR-nin) Qum şəhərinə dini təhsil almağa göndərilir. Hətta, göndərilən xanımlardan birinin həyat yoldaşı da, məhz bu şəhərdə dini təhsil almağa cəlb olunur. Yayılan başqa bir məlumatda isə qeyd olunur ki, bu Korporasiyada çalışan rəhbər şəxslərdən bir neçəsi müəyyən məqsədlərini həyata keçirmək istəyi ilə, İİR-da vəzifə sahibi olan bəzi şəxslərlə razılaşma əldə etsələr də, az sonra onların belə bir planı baş tutmur. O halda İİR tərəfindən bu şirkətə qarşı külli miqdarda kompensasiya ödənilməsi tələbi irəli sürülür. Belə bir addımların atılması “FOHOW” Beynəlxalq Korporasiyası ilə İİR arasında hansısa formada əməkdaşlığın olmasını ehtimal etməyə əsas verir. Qeyd edək ki, bu gün Korporasiyanın Azərbaycandakı şəbəkəsini Quan adlı şəxs idarə edir. Söylənilənlərə görə, bu şəxsin Lyu adlı həyat yoldaşına verilmiş oturumun müddəti ötən il başa çatıb. Buna baxmayaraq, adı çəkilən bu xanımın hələ də Bakı şəhərində olduğu və onun təsadüfi hallarda yaşadığı mənzildən bayıra çıxdığı bildirilir.
Dolaşan başqa bir söz-söhbətlərə görə, bu günlərdə şirkətin əsas rəhbəri Yu Pey Bakı şəhərində olduğundan, Korporasiyasının ölkəmizdəki nümayəndəliklərində çalışan rəhbər şəxslər arasında intensiv görüşlər təşkil olunur. Keçirilən belə bir görüşlərin nəticəsi olaraq 09 noyabr 2022-ci il tarixdə, saat təqribən 13-14 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki hotellərdən (hotel təbliğ olunmasın deyə adını çəkmirik) birinin iclas zalında, bu Korporasiyanın Azərbaycandakı şəbəkəsində çalışanların tədbiri keçirilir. Bu haqda redaksiyamıza məlumat daxil olduqdan sonra, bir neçə media qurumunun əməkdaşı ilə həmin hoteldə olduq. Məqsədimiz bu şəbəkənin ölkəmizə gətirilməsində xüsusi rolunun olduğu söylənilən Yaşar müəllimə əmək müqavilələri və vergi ödənişləri, həmçinin bu Korporasiyanın İİR-da qurmaq istədiyi işlərlə bağlı bir neçə sual verib cavab əldə etmək istəsək də, məhz bu dəfə də istəyimiz elə istək olaraq qaldı. Çünki, Yaşar müəllim “Mən tədbirdəyəm, hələ ki, vaxtım yoxdur” deyib, yenə də mətləbdən yayınmağı bacardı. Onu da bildirək ki, əvvəlcə “Mən bu şirkətdə ingilis-dili tədris edirəm, başqa heç bir səlahiyyətim yoxdur” deyən bu şəxs, məhz sonrakı cavabı ilə özünün səlahiyət sahibi olduğunu sübuta yetirdi. Demək, bu Korporasiyanın Azərbaycandakı şəbəkəsinin qanunsuzluğa söykənən fəaliyyəti ilə bağlı yayılan məlumatlar getdikcə özünü doğrultmaqdadır.
Diqqəti bir məqama da yönəldək ki, bu Korporasiyada çalışan xanımların tam əksəriyyəti başıörtüklü qadınlardır və müəyyən çevrələrdə “FOHOW” Beynəlxalq Korporasiyasının Azərbaycandakı şəbəkəsinin fəaliyyəti ilə bağlı məlumatlar daha geniş çevrələrdə yayıldıqca, hər kəsin bu şirkətə qarşı olan şübhələri getdikcə artır. Düşünürük ki, yazıda qeyd olunanlar aidiyyatı dövlət orqanlarının diqqətini cəlb edəcək və bu şirkətin fəaliyyəti birbaşa nəzarətə götürüləcək. Yəqin ki, o halda şirkətdaxili ab-hava, həyata keçirilən idarəçilik, göstərilən münasibət və s. kimi bir çox məsələlər öz həllini tapacaq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzu diqqətimizdədir.

P.S. Yaxın vaxtlarda bu şirkətlə bağlı bir çox sensasion məlumatları, ələlxüsus vergidən yayınma hallarının necə həyata keçirilməsi yöndə atılan addımları hər kəsin diqqətinə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.//millidestek.az//


Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az