• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 NOVXANIDA DƏNİZ SAHİLİ ZƏBT OLUNUR? – QANUNSUZ TİKİNTİYƏ KİM “YAŞIL İŞIQ” YANDIRIB? - VİDEO
  • 16-09-2026 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
4-11-2022, 10:53

“Çinarlı” hotel Mədəniyyət Nazirliyinin “üzqarasıdır”

“Çinarlı” hotel Mədəniyyət Nazirliyinin “üzqarasıdır”



Son üç il ərzində ölkəmizin hüquq-mühafizə orqanlarında, ələlxüsus Daxili İşlər Nazirliyinin tabeli qurumlarında həyata keçirilən islahatlar, atılan addımlar onu söyləməyə əsas verir ki, bu dövlət qurumunun fəaliyyəti ötən illərə nisbətən daha da təkmilləşib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, polis general-polkovniki cənab Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Hər kəs şahiddir ki, bu təyinatdan sonra DİN-nin bütün tabeli qurumlarında fərqli ab-hava yaşanmağa, diqqəti cəlbedən yanaşmalar özünü göstərməyə başladı. Söz yox ki, bütün bunlar cənab Nazirin həyata keçirdiyi müdrik idarəçilik sayəsində əmələ gəldi. Məsələn, adicə bir faktı qeyd edək ki, bu gün DİN-nin bütün tabeli qurumlarında ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edən vəzifə sahibləri istənilən məsələyə, ünvanlanan hər bir suala lazımi səviyyədə cavab verirlər. Bütün bunlara baxmayaraq, Nazirliyin tabeliyində olan bəzi RPİ-də, RPŞ-də, hətta bir çox polis bölmələrində vəzifə sahibləri üzərinə düşən vəzifələrini lazımi səviyyədə yerinə yetirmirlər, yaxud da yerinə yetirmək istəmirlər. Qeyd edək ki, bu gün də cənab Nazirin rəhbərliyi altında lazımi addımlar atılır, bir çox islahat proqramları həyata keçirilir, amma Binəqədi RPİ, 40-cı polis bölməsinə aid ərazilərdə bir çox qanunsuzluqlar baş alıb getməkdə davam edir. Əldə etdiyimiz məlumatlara görə, Binəqədi rayonunun Xocasən yaşayış massivində yerləşən və Mədəniyyət Nazirliyinin tabeliyində olan “Çinarlı” hoteldə, bu gün də yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına həm şərait yaradılır, həm də yol verilir. Baxmayaraq ki, 22 iyul 2020-ci il tarixdə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyev, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Sərəncam imzalayıb. İmzalanmış bu Sərəncamda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması, Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi, Daxili İşlər Nazirliyinin qəbul olunmuş Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirləri aidiyyəti dövlət qurumları ilə birlikdə həyata keçirməsi, ələlxüsus nəzərdə tutulan tədbirlərin icrasının gedişi haqda ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi xüsusi qeyd olunub. Qarşıya bu cür tələblər qoyulsa da, baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, bu gün nə 40-cı polis bölməsinin bəzi əməkdaşları, nə də ki, “Çinarlı” hotelə sahiblik edən şəxslər ölkə rəhbərinin imzaladığı “Milli Fəaliyyət Planı”na aid tələblərə məhəl qoymurlar. Bu kimi halların varlığı da, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olur.

Qeyd edək ki, “Çinarlı” hotelin mərkəzi ərazidən bir qədər kənarda fəaliyyət göstərməsi, məhz bu ünvanda hər cür iyrənc əməllərin baş alıb getməsinə səbəb olur. Belə bir səbəbdən də, burada baş verən hər cür çirkin əməllərin əhatə dairəsi getdikcə genişlənir. Bu hotelin fəaliyyəti ilə bağlı həm media üzərindən, həm də mümkün imkanlarımızdan istifadə edib lazımi araşdırmalarımızı həyata keçirərkən o da məlum oldu ki, “Çinarlı” hotel Mədəniyyət nazirliyinin balansındadır və guya ki, bura bir ictimai-iaşə obyekt olaraq fəaliyyət göstərir. Əslində bu obyekt Nazirliyinin balansında olsa da, uzun illərdir ki, ən böyük əxlaqsızlıq yuvalarından biri olaraq fəaliyyətini davam etdirməkdədir. Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, bu obyektin fəaliyyəti daha çox axşam saatlarına təsadüf edir. Çünki, axşam saatlarında “Çinarlı” hotelə yaxın-uzaq ərazilərdən müştərilər daha çox üz tuturlar. Hotelin giriş qapısında xüsusi gözətçi dayanır və həmin şəxs bu obyektə üz tutanların yerbəyer olunmalarında xüsusi rol oynayır. Belə ki, həmin şəxs ilk əvvəl bu hotelin həyətinə daxil olan avtomobilləri yerbəyer edir, daha sonra cütlüklərə ayaqüstü söhbətlər aparır. Çox keçmir ki, həmin şəxs “Çinarlı” hotelə gələn “qonaqlar”a müxtəlif qiymət həddində otaqları təklif edir. Həmin vaxt seçim etmək ixtiyarı müştərilərin öhdəsinə buraxılır. Çünki, bu obyektdə hər otağın müəyyən olunmuş qiyməti var.

Bu gün də “Çinarlı” hoteldə idarəçiliyi Zahid adlı şəxs həyata keçirir. Söylənilənlərə görə, bu şəxs hər növ çirkin işlərə qol qoymaqda olduqca peşəkardır. Buna da əsas səbəb, Zahid adlı şəxsin bu kimi işlərdə kifayət qədər iş təcrübəsinə malik olmasıdır. Odur ki, bu obyektin əsl sahibi onu əldən buraxmır və obyektin idarə olunması üçün bütün səlahiyyəti Zahidə həvalə edib. Bu şəxs də indiyə kimi əldə etdiyi iş təcrübəsini bu yöndə səfərbər edir və hər otaqda qadınların cinsi istismara, cinsi zoraklığa və s. məruz qalmaları üçün lazımi şərait yaradır. Obyektə üz tutan cütlüklərdən nigahda olub-olmadıqları soruşulmur, göstərilən xidmətin müqabilində bir kimsəyə ödəniş qəbzi verilmir. Otaqların əksəriyyətində antisanitariya baş alıb gedir, burada çalışan hər bir işçi ilə rəhbərlik arasında əmək müqaviləsi bağlanmır ki, bu da əmək intizamının tələblərinin pozulması ilə nəticələnir. Cütlüklərin istifadə etdikləri əşyaların, hansısa virusun daşıyıcısı olub-olmaması çox zaman əksəriyyətdə müəyyən şübhələrin əmələ gəlməsinə səbəb olur. Çünki, bu ünvanda idarəçilik uzun müddətdir ki, belə bir prinsiplər əsasında həyata keçirilir.

Təəssüf doğuran hal odur ki, Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimovun rəhbərlik etdiyi nazirliyə tabe olan bu obyekt, bu gün ən böyük əxlaqsızlıq ünvanlarından biri olaraq fəaliyyətini davam etdirir. Əslində minbir xəstəliyin daşıyıcısı olan “Çinarlı” hotelin bu yöndə fəaliyyəti, sözün həqiqi mənasında biabırçılıqdır, utanc hissi gətirən halın varlığıdır. Faciə odur ki, bu gün mədəniyyətimizi təbliğ edən və inkişaf etdirən bir nazirliyin adını, belə bir əxlaqsızlıq əməlləri ilə bağlamaq nə deməkdir? Faktdır ki, yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradılan bu ünvanda, görəsən hansı mədəniyyətdən, hansı əxlaqdan, hansı namusdan, hansı qeyrətdən danışmaq olar? Bu məqalənin yayımlanmasından sonra biz o halın varlığına da inanırıq ki, “Çinarlı” hoteldə baş alıb gedən həngamələrə, hər cür çirkinliklərə və s. vicdanı və əxlaqı təmiz olan cənab Nazir heç bir halda göz yummayacaq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az