• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 NOVXANIDA DƏNİZ SAHİLİ ZƏBT OLUNUR? – QANUNSUZ TİKİNTİYƏ KİM “YAŞIL İŞIQ” YANDIRIB? - VİDEO
  • 16-09-2026 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
19-10-2022, 12:16

Ziya Əliyev Nizamiyə rəis təyin olunandan sonra rayon ərazisində “pritonlar” çoxalıb

Ziya Əliyev Nizamiyə rəis təyin olunandan sonra rayon ərazisində “pritonlar” çoxalıb


Oktyabrın 14-də Daxili İşlər Nazirliyində cari ilin 9 ayının yekunlarına həsr olunmuş Kollegiya iclası keçirilib. Gündəlikdəki məsələlər barədə Nazirliyin aidiyyəti baş idarələrinin rəisləri məruzə edərək müzakirə olunan məsələlərlə bağlı görülmüş işlərdən, əldə edilmiş nəticələrdən, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılmasının gedişindən danışıblar. Məruzələr ətrafında bir sıra ərazi orqanlarının rəisləri çıxış edərək görülmüş və planlaşdırılan tədbirlər barədə məlumat veriblər.

İclasda yekun nitqi ilə çıxış edən daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov cari ilin 9 ayında asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələrin bütövlükdə layiqincə yerinə yetirildiyini, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələrin hesabat dövründə də qorunub-saxlanıldığını vurğulayıb. Bütün bunlarla yanaşı, bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqlara da diqqət çəkərək onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, qanunçuluğun möhkəmləndirilməsini, vətəndaşların problemlərinə, şikayətlərinə daha böyük həssaslıqla yanaşılmasını, bütövlükdə vətəndaş məmnunluğunun davamlı surətdə təmin olunmasını tələb edib. Cinayətkarlığa, onun transmilli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən hər bir şəxsə, o cümlədən blogerlərə və digər ictimai fəallara, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə və media mənsublarına minnətdarlıq bildirib.

Yəqin ki, hörmətli nazirin məlum kollegiya iclasında elan etdiyi minnətdarlıqdan biz jurnalistlərə də pay düşür. Çünki internet informasiya resursları və kütləvi informasiya vasitələrinin gündəlik monitorinqi insan alveri, onun müxtəlif formaları və ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərin aşkarlanmasında əhəmiyyətli rol oynayır. Bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun hər il açıqladığı məlumatlarda bildirilir. Məlumatda qeyd olunur ki, bunların hər biri üzrə qanunauyğun tədbirlərin görülməsi təmin edilib, faktlar müəyyən edilib, təqsirkarlar cinayət və inzibati məsuliyyətə cəlb olunub.

Ümid etməyimizə dəyər ki, bu yazıda barəsində məlumat verdiyimiz “priton” və onun sahibi haqda da lazımi ölçü götürüləcək. Söhbət paytaxtın “Neftçilər” metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi 25/24 ünvanda fəaliyyət göstərən, Mirzə adlı şəxsə məxsus “Nur” kafesindən gedir. Nizami rayonunun inzibati ərazi hüdudlarında yerləşən bu obyekt sözün həqiqi mənasında əxlaqsızlıq yuvasına çevrilib. Kafe bir tərəfdən cəmiyyətin tör-töküntülərini özünə cəlb edir, digər tərəfdən yaxın ətrafda yaşayan vətəndaşların haqlı narazılığına səbəb olur. Bildirilir ki, burada yüngül əxlaqlı qadınlar cinsi istismara cəlb olunur. Təbii ki, onlarla əmək müqaviləsi bağlanılmır, zöhrəvi xəstəliklərin daşıyıcısı olub-olmadıqları haqda tibbi arayış tələb olunmur. Söz yox ki, kafe sahibinin sosial sığorta və vergi ilə hesablaşmada dürüst olmasından da söhbət gedə bilməz.

Ümumiyyətlə, müşahidə olunur ki, Ziya Əliyev Nizami Rayon Polis İdarəsinə rəis təyin olunandan sonrakı son bir ildən artıq müddət ərzində rayon ərazisində Mirzə kimi ictimai mənəviyyat əleyhinə fəaliyyət göstərən, “priton” tipli obyekt işlədənlər “yağışdan sonra peyda olan göbələklər kimi” çoxalıb. Belə mənfi tendensiyaya yumşaq formada nəzarətsizlik, öz adı ilə çağrılanda isə göz yumma, şərait yaratma deyilir. Nəzarətsizliyin səbəbi səriştəsizlik, göz yummanın səbəbi isə təmənna olur. Kifayət qədər təcrübəyə malik Cavid Muradovu isə əsla səriştəsiz polis zabiti hesab etmək olmaz.

Mövzuya qayıdacağıq.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az