• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
23-05-2018, 23:23

Elm və Təhsil Mərkəzi “Təfəkkür” universitetində AXC-nin 100 illiyinə həsr olunmuş konfrans keçirildi.

Elm və Təhsil Mərkəzi “Təfəkkür”  universitetində AXC-nin 100 illiyinə həsr olunmuş konfrans keçirildi.

Mayın 23-də Elm və Təhsil Mərkəzi “Təfəkkür” universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Rahim Hüseynov qonaqları və iştirakçıları salamladı. Salonda dövlət himni səsləndi.
Professor Rahim Hüseynov – dinlədiyiniz bu himn məhz 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi himndir, salonda dalğalanan bu bayraq məhz həmin illərdə ölkəmizin rəmzi kimi qəbul olunan bayraqdır – dedi.
Professor Rahim Hüseynov göstərdi ki, Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı müəyyən dövrlərində böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Azərbaycan Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” kı sərəncamında müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi adlandırdığını vurğuladı.
“Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, “Təfəkkür” universitetinin professoru Cümşüd Nuriyev, N.Gəncəvi adına Ədəbiyyat institutunun baş elmi işçisi Elnarə Akimova və başqaları öz çıxışlarında Şərqin ilk demokratik müsəlman dövləti olan xalq Cümhuriyyətinin cəmi 23 aylıq fəaliyyəti müddətində öz üzərinə götürdüyü bir çox çətin tarixi vəzifələri şərəflə yerinə yetirdiyini dedilər. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Konfransda xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb bir dövrdə meydana gəldiyi və çox çətin şəraitdə fəaliyyət göstərdiyi qeyd olundu.
Xalqın təkidi ilə Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin davamlı və əbədi olması yolunda qətiyyətli addımlar atıldı və bu sahədə qarşıya çıxan çətinliklər cəsarətlə aradan qaldırıldı.
Konfransda çıxış edənlər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin düşünülmüş strategiyası müstəqil Azərbaycanı dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibinə çevirildiyini dedilər.
Plenar iclasın sonunda çıxış edən beynəlxaql Mahmud Kaşqari fondunun sədri Elxan Zal Qaraxanlı fondun yaranma tarixi və məqsədindən danışdı. Fondumuz beynəlxalq əhəmiyyətlidir. Məqsədimiz Azərbaycan və ümumtürk elmini, mədəniyyətini, bu millətin layiqli nümayəndələrini dünyada tanıtmaqdır. 2006-cı ildə təsis edilən bu mükafata Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, görkəmli Qazax şairi Oljas Süleymanov, Azərbaycandan akademik Abel Məhərrəmov, akademik İsa Həbibbəyli, professor İlham Rəhimli, xalq yazıçısı Çingiz Abdullayev və digər görkəmli şəxslər layiq görülmüşlər. Bu dəfəki mükafat Mahmud Kaşqarinin 1000 illik və Azərbaycan Xaql Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı təsis edilmişdir, bu mükafatın və medalın layiq görüldüyü görkəmli elm adamlarından biridə Elm və Təhsil Mərkəzi “Təfəkkür” universitetinin rektoru, Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan professor Rahim Hüseynovdur.
Elxan Zal Qaraxanlı dedi: Yüksək insani keyfiyyətləri, paklığı, sadəliyi və bir həkim qayğıkeşliyi ilə xalq arasında böyük hörmət qazanmış professor Rahim Hüseynovun əməyi yüksək qiymətləndirilmişdir. Beynəlxalq informatizasiya Akademiyasının həqiqi üzvüdür. “Dünya informasioloqları elitası” ünvanlı beynəlxalq müsabiqələr, akademik S. Vavilov və akademik Y. Məmmədəliyev adına mükafatların laureatıdır. Bu gün bu mükafatlar sırasına daha bir mükafat Beynəlxalq Mahmud Kaşqari Mükafatı əlavə olunur. Medalı Fondun sədri Elxan Zal Qaraxanlı Rahim Hüseynova təqdim etdi.
Sonra isə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev 11 aprel 2018-ci il Prezident seçkilərində Nərimanov rayon Seçki Qərargahının qərarı ilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə seçkilərdə fəal iştirakına görə verilmiş Fəxri fərmanı universitetə təqdim etdi.
Universitetin rektoru verilən mükafatlara görə kollektiv adından öz təşəkkürünü bildirdi.



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az