• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
22-05-2018, 06:55

Əlimərdan bəy Topçubaşovun 95 yaşlı nəvəsi: "Azərbaycana getmək istəyirəm"

Əlimərdan bəy Topçubaşovun 95 yaşlı nəvəsi: "Azərbaycana getmək istəyirəm"

Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) 100 illiyi münasibətilə görkəmli ictimai-siyasi xadim, diplomat, Azərbaycan parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun varisi, 95 yaşlı nəvəsi Gülnarə Kurdemir fəxri fərmanla təltif olunub.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bununla bağlı qərarı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov imzalayıb.

Mükafatı Əlimərdan bəy Topçubaşovun varisinə Dövlət Komitəsi adından Azərbaycanın əməkdar rəssamı Teymur Rzayev təqdim edib.

G.Kurdemir Azərbaycan dövlətinə ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edir. Bu, məni çox sevindirir, çünki mən də bu Cümhuriyyəti quranlardan biri olan Əlimərdan bəy Topçubaşovun nəvəsiyəm. Babam vəfat edəndə mənim 10 yaşım vardı. Bəzi şeylər yadımda deyil, ancaq çox gözəl insan olduğunu, bizi çox sevdiyini deyə bilərəm. Bizi tez-tez parka aparırdı. Dəfn mərasimində o qədər adam iştirak etdi ki, təsəvvür belə edə bilməzsiniz. Anam bizi evdən çıxmağa qoymadı, dəfninə, məzarını ziyarətə getmədik. İndi Fransanın Sen Klu şəhərində onun çox gözəl bir məzarı var. İki il əvvəl Fransaya getmişdim, məzarını da ziyarət etdim. Azərbaycan hökuməti məzarı çox gözəl bərpa edib. Bu gün sizlər Əlimərdan bəy Topçubaşovu unutmursunuz, mən bununla qürur duyuram. Xoşbəxtəm ki, onun nəvəsiyəm”.

O, babası vəfat etdikdən sonra ailəsinin çətin sınaqlardan keçdiyini söyləyib: “Böyük ailə idik, anamın bacıları, əmilərim bir evdə yaşayırdıq. Babam dünyasını dəyişdikdən sonra ailəmiz dağıldı, pərən-pərən oldu, hərə bir tərəfə getdi. Bununla da xoşbəxtliyimiz sona çatdı. Atam fəhlə işləyirdi, anam evdar qadın olduğundan çalışmırdı, çox əziyyətlə bizi böyütdü. Ailəm İstanbula gələndə 22 yaşındaydım. Mən ailə qurdum, yoldaşım tanınmış kitabxanaçı idi, çox intellektual insan idi. Ailə həyatımız 5 il davam etdi, daha sonra heç kimlə evlənmədim, iki övladımı təkbaşına böyütdüm. "Qalatasaray" liseyində uşaqlara fransız dilindən dərs deyirdim. Oğlum Fikrət 35 yaşında dünyasını dəyişdi. Qızım hazırda Bodrum şəhərində yaşayır, bir oğlu var. Tez-tez telefonla danışırıq, arada yanıma gəlir”.

G.Kurdemir vurğulayıb ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu gün Bakıda olmağı çox istəyir: “Mən Bakıya gedib doğma Vətənimi görmək istəyirəm. Azərbaycan hokuməti bir dəfə bacımla məni Bakıya dəvət etmişdi. Hətta biletlərimiz də alınmışdı. Ancaq bacım xəstələndiyindən səfərimiz təxirə salındı. Daha sonra bacım vəfat etdi. İndi 95 yaşım var, qulağım zəif eşidir, tez yoruluram, çox yaşlandım. Ancaq düşünürəm ki, gedib oraları görə bilərəm. Bəlkə də qismət bu günlərəymiş”.




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az