• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
21-05-2018, 09:27

Neft 80 dolları keçdi: manatı nə gözləyir?

Neft 80 dolları keçdi: manatı nə gözləyir?

Ekspert: “Neftin bahalaşması, sübhəsiz, manat üçün müsbət haldır”
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 80 dolları ötüb. Təbii ki, iqtisadiyyatı və milli valyutası neftdən asılı olan ölkə üçün bu, müsbət haldır. Hesablamalara görə, qiymət bu səviyyədə qalarsa, Azərbaycanın gəlirləri ötən illə müqayisədə 9 milyard dollar artar. Bu isə həm də manatın məzənnəsinin dollara nisbətdə sabitləşməsi deməkdir.

Azərbaycanda neftin qiymətinin aşağı olduğu, manatın ard-arda kəskin devalvasiyalara məruz qalmasından sonra Mərkəzi Bank bildirdi ki, artıq “üzən məzənnə” sisteminə keçirlər. Yəni manatın məzənnəsi iqtisadi amillərdən asılı olaraq həm qalxa, həm də azala bilər. Lakin artıq 1 ildir məzənnədə sabitlik müşahidə olunur. Bəzi iqtisadçılar hesab edirlər ki, bu, inzibati qaydada müəyyənləşmiş məzənnədir və Mərkəzi Bank manatı heç də sərbəst buraxmayıb.

Bəs neftin qiymətinin bahalaşması fonunda “üzən məzənnə”yə keçirilmə mümkündürmü?

FikrÉt Yusifov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan iqtisadçı Fikrət Yusifov “üzən məzənnə”nin müəyyən şərtləri olduğunu dedi: “Bir var, tam sərbəst ”üzən məzənnə", bir də var müəyyən qədər nəzarət altında saxlanılıb, idarə olunan “üzən məzənnə”. Bizdə ikinci haldır. Lakin bir çox iqtisadçılar bunu qəbul etmirlər və hesab edirlər ki, “üzən məzənnə” dedikdə milli valyutanın tam sərbəst buraxılmasından söhbət gedir. Əslində isə sərbəst buraxıb və eyni zamanda proseslərə nəzarət etmək lazımdır. İnkişaf etmiş ölkələrdə də adətən bu üsuldan istifadə olunur. Bizdə də eyni qayda üzrə proseslər tənzimlənir. Manatın üzən məzənnəyə keçdiyini bəyan etmişik. Lakin hər kəsə bəllidir ki, Mərkəzi Bank bu prosesə müəyyən qədər nəzarət edir. Hesab edirəm ki, yaxın gələcəkdə də neftin qiymətinin necə dəyişməsindən asılı olmayaraq bu, belə olacaq. Neftin qiymətinin bu qədər qalxması təbii ki, manatın məzənnəsinə yalnız və yalnız müsbət təsir edə bilər. Çünki neftin qiymətini büdcədə 1 barel üçün 40 dollar həcmində müəyyənləşdirmişik. Bu gün neftin 1 bareli 80 dollara satılırsa, deməli fərq artıq iki dəfəyə yaxınlaşır. Bu hal isə onu deməyə əsas verir ki, bizim valyuta ehtiyatlarımızın artması prosesi də sürətlənir. Yəni əgər proses bu qaydada davam edərsə, valyuta ehtiyatlarımızın həcmini də ilin sonunadək kifayət qədər artıra biləcəyik. Eyni zamanda Mərkəzi Bank da öz valyuta ehtiyatlarını kifayət qədər artıracaq. Hər iki hal nəticə etibarilə manatın sabitliyinin daha əsaslı və təhlükəsiz saxlanması, bu sabitliyin sığortalanması demək olacaq".

Manatın bundan sonra məzənnəsində ediləcək dəyişikliklə bağlı isə iqtisadçı aşağıdakıları söylədi: “Hesab edirəm ki, 1 dollar üçün 1 manat 70 qəpik həddi bizdə eyni zamanda ixracı stimullaşdıracaq bir səviyyədir. Bundan yuxarı və ya aşağı səviyyəyə getmək isə məqsədə uyğun deyil. Xüsusilə də manatın möhkəmlənməsi istiqamətində onun 1 dollar üçün 1 manat 70 qəpik həddən aşağı enməsinə yol vermək lazım deyil. Çünki biz, indiki dönəmdə qeyri-neft sektorunun inkişafı istiqamətində çox ciddi işlər görüb, addımlar atırıq. Eyni zamanda bu sektorda ixracın da həcminin artırılması istiqamətində ciddi işlər görülür. Cari ilin 3 ayının nəticələri onu deməyə əsas verir ki, ötən illə müqayisədə qeyri-neft sektorunda ixracın həcmini 30 faizədək artıra bilmişik. Bu isə yaxşı rəqəmdir. Belə bir artım templərinin əldə edildiyi dönəmdə manatın bahalaşması proseslərə mənfi təsir edə bilər. Ona görə də buna getmək lazım deyil. Bir məsələ də var ki, 2014-cü ildən neftin qiymətində baş verən hallar eyni zamanda bizim üçün bir yaxşı mənada dərs oldu. Gördük ki, neftin qiymətlərinə bir o qədər də güvənmək olmaz. Sadəcə olaraq indiki dönəmdə neftin qiymətinin artmasından əldə etdiyimiz mənfəətlə real sektorun inkişafını hərtərəfli bərqərar etməliyik. Onun hərtərəfli olaraq, daha sürətli inkişafına təkan verməliyik ki, iqtisadiyyatımızın neftdən asılılığını optimallaşdıra bilək. Hesab edirəm ki, hökumət də artıq bu kursu çox ciddi şəkildə tutub və aparır. Ona görə də manatın yenidən möhkəmləndirilməsinə ehtiyac yoxdur. Belə bir addımın atılması indiki vəziyyət üçün məqsədəuyğun deyil”.

Əli Rais,

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az