• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
21-05-2018, 09:24

Bayıl yamacında vəziyyət ktirikləşir

Bayıl yamacında vəziyyət ktirikləşir

Bu həftə sakinlərə qəti söz deyiləcək; mütəxəssis: “Badamdar yaylası böyük faciədir...”

Bayıl qəsəbəsi, Buxta 9 küçəsində təhlükəli vəziyyət davam edir. Sürüşmə baş verən ərazidə kommunal xidmətlərin verilişi dayandırılıb.

Öncə məlumat üçün qeyd edək ki, mayın 15-də saat 20:00 radələrində Səbayel rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib və bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb.

Sakinlər “Yeni Müsavat”a bildiriblər ki, hazırda ərazidə sürüşmə nəticəsində dağılan evlərin söküntü işləri aparılır. Həmin ərazidə isə bütün kommunal xətlər də kəsilib. Nəticədə yaxınlıqda yaşayan qonşular işıqsız, qazsız qalıblar. Sakinlərə Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu həftənin 3-cü günü onlara köçürülmə və ya hər hansı bir tədbirin görülməsi ilə bağlı konkret söz deyiləcək.

Buxta küçəsində baş verən sürüşmə, yaxınlıqda yerləşən 16 mərtəbəli binaya da təsir edib. Sakinlərin sözlərinə görə, artıq binanın divarlarında çatlar əmələ gəlib. Mütəxəsisslər isə qeyd edirlər ki, bu ərazidə hər zaman sürüşmə hadisəsi baş verə bilər. Çünki ərazi relyef baxımından yaşamaq üçün yararlı deyil. Üstəlik də evlər tikilən zaman yamacın kəsilməsi, torpaq qatının aşağıya doğru sürüşməsinə təsir edir.

Mütəxəssislər onu da qeyd edirlər ki, tikinti işləri aparılan zaman aktiv sürüşmə zonaları nəzərə alınmalı, monitorinq keçirilməlidir. Sürüşmələrin təbii səbəbləri - relyef, mövcud tektonik qırılmalar, süxurların litoloji tərkibi, yamacların meylliliyi, atmosfer yağıntıları, Xəzər dənizinin tərəddüdü, suffoziya və sairdir. Eyni zamanda antropogen amillər - texnogen sular (kanalizasiya və suvarma), yamacların kəsilməsi, tikinti işləri və s. kimi amillərin Bayıl zonasına təsiri nəzərə alınmalıdır.
1971-1986-cı illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov “Yeni Müsavat”a bildirdi ki, Bayıl ərazisində sürüşmənin əsas səbəbləri kanalizasiya sularıdır: “Ərazidə kanalizasiya sistemi olmadığı üçün sürüşmə də baş verir. Orada başqa səbəb yoxdur. Oradakı tikililər hələ sovet vaxtından var. Sonradan da ərazidə tikinti işləri aparılıb. Bir məsələ də var ki, əvvəllər suyun verilişində fasilələr olduğu üçün indiki qədər yamaca kanalizasiya suyu axıdılmırdı. İndi isə suyun verilişi fasiləsizdir və yamaca da axıdılan kanalizasiya suyunun miqdarı avtomatik olaraq artıb. Bütün bunların nəticəsində dağın yamacı şişir və sürüşmə başlayır. Bu proses hələ davam edəcək.



Badamdar yaylası böyük bir faciədir. Orada bu şəkildə, kanalizasiyasız tikintilər aparmaq olmazdı. Şəhərdə qayda yaradılmalıdır. Ev tikən adama deyilməlidir ki, xərclərin 40 faizi kommunal xətlərə sərf olunmalıdır. Bizdə isə bu qayda yoxdur. Binanı tikirlər, sonra fikirləşirlər ki, bunun kanalizasiyasını hara verəcəklər. İnsanların təcrübəsi olmadığı üçün bu cür hallara yol verirlər. Bakının xeyli sayda bu kimi problemləri var. Məsələn, ”Şıxov" deyilən ərazi başdan-başa çimərlik idi. İndi oranı da məhv ediblər. Şəhərin Biləcəri, Xırdalan və sairə hissəsinin kanalizasiyası ora axdığı üçün çimərlik sıradan çıxıb".



Mütəxəssis Bayıl ərazisinin yaşamaq üçün uyğun olmadığını dedi: “Şimal tərəfdə yeni tikintilər aparılıb. Ərazi tamamilə yaşıllıq zona olub. 10 ildən sonra orada da sürüşmənin başlayacağını görəcəyik. Ona görə də yamaclar tikintilərdən azad olmalıdır. Tikinti də aparan zaman bunu ağılla, qaydalara uyğun şəkildə etmək lazımdır. Ərazidə yol yox, iz yox. Kim necə istəyir, elə yol çəkir və ya quyu qazıb kanalizasiyasını ora buraxır. Bu baxımdan problemləri həll etmək üçün Bakıya ağıllı, düşüncəli rəhbər təyin olunmalıdır. Bayıl yamacında bir çox evlər müharibə zamanı tikilib. Sonradan orada tədbir görməkdən, tikintiləri daha da artırıblar. Tikdiklərinə də kanalizasiya xətti çəkməyiblər. İndiki şəraitdə isə orada nə kanalizasiya xətti çəkmək olar, nə də başqa bir iş görmək mümkün deyil. Onu zamanında etmək lazım idi. Küçələr çəkilməli, istinad divarı yaradılmalı idi. Bunların isə heç biri olmayıb. Ərazidə üstdəki ev, aşağıdakı evin istinad divarıdır. Müharibə vaxtı orada insanlar özləri üçün elementar yaşayış yeri düzəldiblər. Həmin zaman insanlar nə kommunal xidmət haqqında düşünürdülər, nə də başqa bir fikirdə deyildilər. Sonradan isə sovet dövründə ittifaq hökumətinin qərarı vardı ki, sənaye, neft ərazisində olanların hamısı köçürülməlidir. Bu istiqamət üzrə xeyli işlər görüldü. Bayıl yamacında neft olmadığı üçün ora fikir verən olmadı. Nəticədə həmin ərazidə hələ o dövrdən məskunlaşanlar öz yerlərində qaldılar, üstəlik yeniləri tikildi və bugünkü vəziyyət yarandı”.

Əli RAİS,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az