• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
18-05-2018, 08:30

Bayıl yamacında təhlükə - köçürülmə isə gündəmdə deyil

Bayıl yamacında təhlükə - köçürülmə isə gündəmdə deyil

Nazirlik rəsmisi: “Gözləyirik ki, camaat oradan əşyalarını çıxarsın, mayaklar qoyaq”
Bayıl yamacında sürüşmə zonaları aktivləşib. Ərazidə olan tikililərin istismar müddətini başa vurması vəziyyəti bir qədər də qəlizləşdirib. Ekspertlərin fikrincə, orada hər an böyük miqyaslı təhlükə yaşana bilər.

Mayın 15-də saat 20-00 radələrində Səbayel rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib və bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Xoşbəxtlikdən bu uçqunlar nəticəsində xəsarət alan olmayıb. Bayılda sürüşmənin baş verdiyi ərazidə olan evlər bir-birinə çox yaxın məsafədə yerləşir. Zirvədən yamaca doğru tikilən bu evlərin biri uçan zaman, digərləri də müxtəlif formada zərər görürlər. Elə sonuncu uçan iki fərdi yaşayış evi də alt-üst yerləşirdi. Aşağıdakı ev uçduğu üçün yuxarıdakı mənzil də ağırlığa dözüm gətirməyib və yararsız hala düşüb.

Bayıl yaşayış sahəsi, Buxta küçəsində yaşayan Xəqani adlı sakin “Yeni Müsavat”a bildirib ki, hadisədən sonra onların kommunal xətləri kəsilsə də, sonradan bərpa edilib: “Müvafiq qurumların nümayəndələri gəlib əraziyə baxış keçirdilər. Kommunal xidmətin də nümayəndələri gəlib, uçan evlərin xətlərini kəsdilər. Mayın 16-da axşam radələrində digər əhalinin işığı, qazı bərpa olundu. Hazırda camaat orada yaşamağa davam edir. Ancaq təhlükənin miqyasını başa düşürük. Ötən il bizdən aşağıdakı evləri köçürdülər. Ancaq bizim məhəllədə köçürülmə işləri aparılmadı. İndi deyirlər ki, guya bizi də köçürəcəklər”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov “Yeni Müsavat”a bildirib ki, əraziyə mayaklar qoyacaqlar: “Gözləyirik ki, camaat oradan əşyalarını çıxarsınlar. Sabah (bu gün-red) mayaklar qoymaq istəyirik. Bununla öyrənəcəyik ki, çat olan divarlarda artım var, yoxsa yox. Eyni zamanda ərazidə hansı prosesin getdiyini də öyrənməyə çalışırıq. Orada yaşamaq hər zaman təhlükəli olub. Çünki ərazidə həmişə gərgin vəziyyət müşahidə olunub. Bizə daxil olan arayışlar sayəsində məlumatlar hazırlayıb, vətəndaşları məlumatlandırırdıq. Hər zaman da qeyd edirdik ki, burada gərgin vəziyyət hökm sürür. Hələ məsələ ilə bağlı bir neçə il bundan öncədən arayışlar hazırlamışıq. Buxta ərazisində təxminən 45 dərəcə mayillik var. Burada yamacı terrasvari kəsib, evlər tikiblər. Onun da altı narın qumlar idi. Məişət suları nəticəsində qumlar yuyulub, çökmə baş verib. Orada evlər elədir ki, evin arxa divarı, üst yamacın istinad divarı rolunu oynayır. Qabaqdakı ev uçan zaman yuxarıdakı mənzilin də divarları çatlayır. Orada hətta qabarmalar da var. Eyni zamanda nəmlik də müşahidə olunur. Hazırda Bayılda xeyli sayda əhali yaşayır. Mütəxəssis kimi düşünürəm ki, orada qoruq olmalıdır. Yəni yaşıllıq olsun, insanlar gedib, istirahət etsinlər. yaşayış yeri kimi Bayılı yükləmək olmaz. Fevral ayında Teleqüllənin yanında, 2000-ci ildə ”Əbədi məşəl"in qabağında 450 metr uzunluğunda böyük çökmə oldu. Hələ ilk dəfə 1847-ci ildə Bayılda sürüşmələr olub. Yəni ərazi geoloji cəhətdən sürüşməyə meyllidir".



Bayılın köçürülməsi məsələsi zaman-zaman gündəmə gəlib. Orada köçürmə ilə bağlı bəzi işlər də aparılıb və əhalinin bir hissəsi köçürülüb. Lakin hələ də orada xeyli sayda əhali yaşamağa davam edir. Bildirirlər ki, Bayılın köçürülməsi planına iki nüans mane olub. Onlardan biri baş nazirin sabiq müavini Abid Şərifovun bacarıqsızlığı, digəri isə dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması və bunun fonunda milli valyutanın iki dəfə devalvasiyaya məruz qalmasıdır. Hazırda isə neftin qiyməti kifayət qədər bahalaşdığı kimi Abid Şərifov da vəzifəsindən azad edilib. Bu məntiqlə yanaşsaq, Bayılın köçürülməsi üçün əsas gətirilən iki maneə də aradan qalxıb. Lakin hələ də tam köçürülmə ilə bağlı işlər aparılmır.



Onu da qeyd edək ki, Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara əsasən Bakının bir neçə əsas sürüşmə ocaqları müəyyənləşib.

Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında - ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Mütəxəssislərin sözlərinə görə, son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsi daha da artıb.

Əli RAİS,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az