• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 25-10-2026 Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - VİDEO
  • 25-10-2026 “Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
  • 25-10-2026 Rafet El Romanın azərbaycanlı nişanlısı - FOTO
  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
6-06-2022, 14:10

İlham Əliyev və Mehriban Əliyeva Bakıda “Şərq Bazarı” kompleksində yaradılan şəraitlə tanış olublar

İlham Əliyev və Mehriban Əliyeva Bakıda “Şərq Bazarı” kompleksində yaradılan şəraitlə tanış olublar


Bakıda "Şərq Bazarı" kompleksi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, "Şərq Bazarı" kompleksinin bərpa və yenidənqurması işləri icra olunarkən bir sıra nüanslara xüsusi diqqət yetirilib. Bərpa zamanı layihə komandasının qarşısında duran əsas vəzifələr ilkin konsepsiyanın qorunması və xüsusi elementlərin saxlanılması olub. Kompleksdə yenidənqurma zamanı yerli materiallardan maksimum istifadə edilib, həmçinin müasir texnologiya və avadanlıqların tətbiqinə xüsusi diqqət yetirilib.

"Şərq Bazarı"nın girişində kiril əlifbası ilə yazılmış orijinal yazı eyni kalliqrafiya inkişaf etdirilərək latın əlifbasına dəyişdirilib, daxildəki işarə və başlıqlar bazarın üslubuna uyğun yenidən dizayn olunub.

Bildirilib ki, bazarda 78 icarədar fəaliyyət göstərəcək. Bu isə 300 yeni iş yerinin yaranması deməkdir.

Kompleksin əsas atributu olan gümbəzlər müxtəlif iaşə obyektlərinin təyinatına görə dizayn edilib. Bazara gələcək alıcıların rahatlığını təmin etmək üçün zərgərlik, əl işləri yarmarkaları, "Sandıqca" incəsənət nümunələrinin satışı bölməsi, "Tamaşa", qəlyanaltılar, kafe və restoranlar, "Sehrli bazar", emalatxanalar və sair bölmələrin hər biri ayrıca gümbəz və hissələrdə cəmləşdirilib.

Qeyd edək ki, "Şərq Bazarı"nın ilkin layihələndirilməsi 1980-ci illərin məşhur memarları Uruzmaq Revazov, Pavel Yarinovski və Anatoliy Bessonov tərəfindən icra olunub. Kompleks 3-ü böyük, 13-ü kiçik olmaqla 16 gümbəzdən ibarətdir.

Layihələndirilməsinə 1978-ci ildən başlanılmış kompleksin tikintisinə 1980-ci ildə start verilib və 1982-ci ildə bazarın rəsmi açılışı olub. İlkin olaraq kompleks bazar kimi fəaliyyət göstərib.

Nadir memarlıq üslubuna görə, "Şərq Bazarı" 2001-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilsə də, 2017-ci ildə aparılmış əsaslı müayinə işləri nəticəsində aşkar edilmişdi ki, fərqli təyinatlı ticarət obyektlərinin fəaliyyəti, kor-təbii formada həyata keçirilən davamlı istismar və baxımsızlıq binada ciddi zədələnmələrə, çatlara, aşınmalara, korroziyaya və deformasiyalara səbəb olub. Məhz bunları nəzərə alaraq kompleksin istismar göstəricilərini yaxşılaşdırmaq, davamlılığını artırmaq, normal işləmə qabiliyyətini təmin etmək məqsədilə mühəndis tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Əsaslı müayinədən sonra dərhal detallı layihələndirmə prosesinə başlanılıb və 2020-ci ildə bərpa işlərinə start verilib.

Onu da qeyd edək ki, "Şərq Bazarı" ötən əsrin 80-ci illərindən paytaxt sakinləri üçün doğma məkana çevrilmişdir. Yenidən qurulan "Şərq Bazarı" kompleksi şəhərimizin gözəlliyinə gözəllik qatıb.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az