• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 06-06-2026 Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
  • 06-06-2026 Bakıda söküləcək ərazilər məlum OLDU
  • 06-06-2026 Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
  • 06-06-2026 Qazın qiyməti UCUZLAŞDI
  • 06-06-2026 Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
  • 06-06-2026 Mətanətdən Vüqar Muradova ağır sözlər
  • 06-06-2026 Səki kimindir: vətəndaşın, yoxsa Hacı Rasimin? Sabunçu İcra Hakimiyyəti bu vəziyyətə niyə göz yumur ?
  • 05-06-2026 Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
  • 05-06-2026 Yalan ittiham edənləri hansı cəza gözləyir?
  • 05-06-2026 Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
  • 05-06-2026 Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
  • 05-06-2026 Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 05-06-2026 Maaşla bağlı MÜHÜM XƏBƏR
  • 05-06-2026 Afaq Bəşirqızı əməliyyat olundu
  • 05-06-2026 Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
  • 05-06-2026 Göyçayda əməliyyat - Həbs edilənlər var
  • 05-06-2026 Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib - FOTO
  • 05-06-2026 İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri
  • 05-06-2026 Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
  • 05-06-2026 Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib

XƏBƏRLƏR

    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
3-06-2022, 14:14

Görəsən Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəisi şəhər sektorunun müdirinə “dur” deyəcək, yoxsa?... - GİLEY

Görəsən Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəisi şəhər sektorunun müdirinə “dur” deyəcək, yoxsa?... - GİLEY


Hər bir ölkənin təhsil sahəsində əldə etdiyi inkişafın göstəricisi, təlim-tərbiyə prosesində tətbiq olunan yeniliklərin varlığı və s. daim diqqət mərkəzində duran məsələlərdən biri olub. Unutmaq olmaz ki, təhsil sahəsi ölkələrin siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Belə bir səbəbdən də, daha çox suveren dövlətlərdə təhsilin inkişafına xüsusi önəm verilir. Ona görə də, ölkəmizin təhsil sahəsində əmələ gələn problemləri aradan qaldırmaq, daha uğurlu naliyyətlər əldə etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 19 iyun 2009-cu il tarixdə “Təhsil haqqında” Qanunu təsdiq etmişdir. O halda sual oluna bilər ki, görəsən ölkəmizin təhsil sahəsində çalışan hər kəs, ələlxüsus vəzifə sahibi olan şəxslər ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Təhsil haqqında” Qanunun lazımi tələblərini yerinə yetirirlərmi? Yoxsa, həmin Qanunun əhəmiyyətinə heç bir halda məhəl qoymurlar? Adicə bir faktı qeyd edək ki, bu yöndə media üzərindən apardığımız araşdırmalardan, redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, vaxtilə Sumqayıt təhsilinə rəhbərlik etmiş, hal-hazırda isə Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt şəhər sektorunun müdiri vəzifəsini daşıyan Arzu xanım Alızadə, məhz ötən illərdəki fəaliyyəti dövründə elə bir qanunsuzluqlara imza atır ki, baş verənləri görüb eşidən hər kəs ya “kar”, ya da ki, “kor” olub. Toxunacağımız mövzu da oxşar problemlərlə bağlı olduğundan, baş verənləri bu gün geniş ictimaiyyətin diqqətinə çatdırmağı, sanki özümüz üçün borc bildik.

Məlumdur ki, hər bir şəhər və rayonda olduğu kimi, bir neçə gün bundan öncə Sumqayıt şəhərinin orta təhsil müəssisələrində də 1-ci sinif rus sektoruna şagirdlərin qəbulu zamanı, Sumqayıt şəhər sektorunun əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın iştirakı ilə müsabiqə-imtahanlar keçirilirdi. Qeyd edək ki, sektorun metodisti Günay xanım da təşkil olunmuş komissiyanın üzvü olur. Daxil olan məlumatlara görə keçirilən müsabiqə-imtahanlar zamanı ona digər metodistlər Nərmin və Ülviyyə xanım, həmçinin sabiq şöbə müdiri Arzu xanım Alızadə valideyinlərdən pul alıb şagird tapşırırlar. Sonra bəlli olur ki, sabiq şöbə müdiri valideyinlərdən aldığı pulları bir kimsəyə vermir və o, əldə etdiyi pulları təkbaşına mənimsəmək üçün, məhz ŞİH-nin məsul şəxslərinin, ələlxüsus Fəzail müəllimin adından sui-istifadə etmək qərarına gəlir. Elə ki, baş verən belə bir qanunsuzluq əməlləri araşdırılır, o zaman o, “Mən ŞİH-nin məsul şəxslərinin tapşırıqları əsasında xahişlər etmişəm” deyir. Yəni, Arzu xanım Alızadə bununla onu sübut etmək istəyir ki, guya o, hansısa valideyindən pul almayıb. Bu da “gopalogiya”dan başqa bir şey olmur. Metodistlər Nərmin və Ülviyyə xanım isə, valideyinlərdən əldə etdikləri pulları əvvəlcədən əldə olunmuş razılıq əsasında komissiyanın üzvü Günay xanımla bölürlər.



Daxil olan digər məlumatlara görə, keçirilən müsabiqə-imtahanlar zamanı hər şagirdin valideyni 250 manat məbləğində “xərcə salınır”. Elə ki, qol qoyulan belə bir qanunsuzluq əməlləri ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəisi İlhamə xanım Abdullayeva lazımi məlumatları əldə edir, o halda o, bu işin araşdırılmasını müavini Coşqun müəllimə həvalə edir. Həngamələrlə bağlı komissiyanın üzvü Günay xanıma o, bir neçə sual verir. Az sonra o da bəlli olur ki, daxil olan məlumatların hər biri tamamilə düz, dəqiq məlumatlardır. Bundan sonra Sumqayıt şəhər sektorunun “əlçatmaz, ünyetməz” müdiri Arzu xanım Alızadənin başı üzərində “qara buludlar” dolaşmağa başlayır. Çünki, idarənin rəisi İlhamə xanım Abdullayeva baş verənlərlə bağlı şəhər sektorunun rəhbərindən yazılı izahat tələb edir. O halda Arzu xanım “Mənim belə bir işlərdən xəbərin olmayıb, komissiyanın üzvləri başımın üstündən iş görüblər. Mən cəmi onlara 5 nəfər şagird tapşırmışam ki, həmin şagirdləri müsabiqə-imtahanlardan keçirin” deyir. Şəhər sektoru rəhbərinin belə bir açıqlamasından sonra, Coşqun müəllimə ona “Günah birbaşa səndədir, çünki sən rəhbərsən” cavabını verir.

Baş verən belə bir qanunsuzluq olaylarından sonra o da bəlli olur ki, hələ də Sumqayıt şəhər sektorunun müdiri Arzu xanım Alızadənin dərrakəsindən, məhz köhnə idarəçiliyin, köhnə təfəkkürün, köhnə yanaşmaların elementləri heç də xilas ola bilməyib. Ona görə də o, bu kimi məsələlərlə bağlı mövqeyini belə bir formada ifadə edir. Adicə bir məqama da diqqət yetirək ki, 44 günlük Vətən savaşının davam etdiyi günlərdə və ondan sonrakı vaxtlarda cənab Nazir tərəfindən TŞ-nin bütün müdirlərinə vakant iş yerlərinin ilk növbədə şəhid ailələrinə, qazilərə, onların ailələrinə, veteranlara verilməsi ilə bağlı lazımi tapşırıqlar verilir. Arzu xanım isə Nazirin bu yöndə verdiyi tapşırıqlara əvəz etmək əvəzinə o, düşünüb-daşındığı addımlarını atır. Məsələn, o, vəzifəsinin səlahiyyətlərindən sui-istifadə edir və təkcə müharibə dövründə Sumqayıtdakı təhsil müəssisələrinə müəyyən məbləğ “haqq-hesab”ın qarşılığında 8 nəfər şəxsi “zavuç” təyin edir. Bundan əlavə o, 7 nəfər qeyri-ixtisas sahibi olan şəxsləri də müəyyən məbləğ “haqq-hesab”ın müqabilində ayrı-ayrı məktəblərə psixoloq təyin edir. Baxmayaraq ki, belə bir addımın atılması birbaşa “Təhsil haqqında” Qanunla qadağan olunur. Bu da onu sübut edir ki, Arzu xanım Alızadə üçün Qanunun istənilən tələbi o qədər də əhəmiyyətli deyil.



Sumqayıt şəhər sektorunun xanım müdirinin qol qoyduğu qanunsuzluqlardan biri də, məhz onun doğma qardaşının həyat yoldaşını 4 saylı məktəbə laborant vəzifəsinə, başqa bir qohumunu isə 2 saylı məktəbdə eyni vəzifəyə təyin etməsi olur. Düzdür, o, çox keçmir ki, qardaşının həyat yoldaşını 4 saylı məktəbdən 25 saylı məktəbə “transfer” etməyi bacarır. Daxil olan məlumatlarda o da bildirilir ki, Arzu xanım şöbə müdiri olan vaxtlarda daşıdığı vəzifəsinin imkanlarından daim sui-istifadə edir və özünə bağlı olan şəxsləri daha çox 1, 25, 24, 3, 17, 12, 32, 33 saylı məktəblərə, hətta “Təfəkkür” liseyinə də yerləşdirir. O, belə bir yolla, yəni həmin şəxslərin vasitəsilə “minbir oyun” qaydaları qurur, hətta hansı direktorla problemi əmələ gəlibsə, həmin şəxslərdən istifadə edib direktora qarşı şər-böhtan kompaniyası həyata keçirir, “torba tikdirir”, daha çox var-dövlət qazanmaq üçün yuxarı sinif şagirdlərinin dərsdən yayınmalarına şərait də yaradır. Bu gün Arzu xanım Alızadə lazımınca səlahiyyət sahibi olmasa da, o, yenə də dədə-baba idarəçiliyinin incəliklərindən əl çəkmək niyyətində deyil. Çünki, o, bu gün sektor müdiri olduğu üçün məktəb direktorları, bağça müdirələri arasında müəyyən şaiyə xarakterli məlumatlar yaydırır ki, guya o, yoxlamalar təşkil etdirəcək, sözə baxmayanlara cəza verdirəcək. Yəni, fakt ondan ibarətdir ki, bu cür idarəçiliyin tətbiqi Arzu xanımın məfkurəsinə o qədər hopub ki, bu gün də o, köhnə idarəçiliyinin tətbiqindən əl çəkmək niyyətində deyil. Yəni, bu xanımın başlıca məqsədi hansı yolla olursa-olsun pul qazanmaqdır, var-dövlət əldə etməkdir.



Baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, görəsən Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəisi İlhamə xanım Abdullayeva, Sumqayıt şəhər sektorunun “əlçatmaz, ünyetməz” müdiri Arzu xanım Alızadənin əməllərinə göz yumacaq, yoxsa ona “dur, zaman çoxdan keçib” deməyi bacaraqcaq? İnanırıq ki, sektor müdirinin bugünə kimi qol qoyduğu əməllər lazımi səviyyədə araşdırılarsa, o halda hər kəs analoqu olmayan cinayət hadisələrinin də şahidi olacaq. Odur ki, həm gözləyək, həm də izləyək. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.



Hörmətli oxucular! Bu yöndə araşdırmamız davam edəcək. Yəqin ki, çox yaxın günlərdə geniş ictimaiyyəti şoka salabiləcək yeni məlumatlarla da məlumatlandıracağıq. Bizi izləyin! (Xeberfakt.az)

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az