Danimarka Mərkəzi Bankı investorlara kriptovalyutalara sərmayə yatırmamaq barədə xəbərdarlıq edib.
Danimarka Milli Bankının rəhbəri Lars Rohde bildirib ki, “ölümcül bitkoindən uzaq durmaq lazımdır”: “Bitkoinə investisiya yatırmaq istəyənlər risklərə qarşı hazır olmalıdırlar. İtkilərlə üzləşəcəkləri halda maliyyə tənzimləyicilərini günahlandırmamalıdırlar”.
Rohdenin açıqlaması ilin əvvəlindən indiyədək 800 faiz dəyər qazanan bitkoinin “köpük” olduğuna dair narahatlıqları artırıb.
Məlum olub ki, Danimarka bitkoinə pul yatıran investorlarına itkilərlə üzləşəcəkləri halda dəstək olmayacaq.

























