• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
26-12-2021, 07:31

"Ali Baş Komandanın orduya diqqəti Azərbaycanı güclü dövlət etdi" - Türkiyəli general

"Ali Baş Komandanın orduya diqqəti Azərbaycanı güclü dövlət etdi" - Türkiyəli general

Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğısı Azərbaycanın regionda güclü bir dövlət olmasını şərtləndirib.

Nyus.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.

Ordumuzda yeni komando birliklərinin yaradılmasından danışan general bildirib ki, 44 günlük Vətən müharibəsinin təcrübələrindən yola çıxan Azərbaycan hərbi texnikalarını yeniləmə, yeni taktika və doktrinalara qarşı tədbirlər alma, birliklərin idarəetməsini təkmilləşdirməklə dosta güvən, düşmənə qorxu salacaq regional güc ordusu yaratmaq istiqamətində əzmlə irəliləyir.

"Qeyd edim ki, quru qoşunları 3 hissəyə ayrılır. Birincisi normal birliklərdir. Bunlar şərti müharibə tapşırıqlarının icrasında iştirak edir. İkincisi komandodur. Bu, ərazi və iqlim şəraitindən asılı olmayaraq, fəaliyyət göstərmək üçün xüsusi avadanlıqlarla, o cümlədən gecə görüşü, dağ, dərə, maneələrdən keçmə sistemləri ilə təchiz edilmiş hərəkət qabiliyyəti yüksək olan birliklərdir. Üçüncüsü isə xüsusi təyinatlı qüvvələrdir ki, bu da komandoların daha təkmil formasıdır. Bu qüvvələr ordunun icra edəcəyi əməliyyatların şəraitinə görə təşkil edilir. Qonşuları ilə sərhədləri, eyni zamanda əməliyyat icra edəcəyi coğrafiya nəzərə alındıqda, Azərbaycanın normal birliklərdən daha çox havada və quruda tapşırıqları yerinə yetirəcək komando birliklərinə ehtiyacı olduğu görünür. 44 günlük Vətən müharibəsində, xüsusən də Hadrut və Şuşanın alınmasında bu komando birliklərinə nə qədər ehtiyac olduğu bir daha üzə çıxdı. Hansı ki, vaxtında alınmış tədbirlər sayəsində bu qüvvələr yüksək səviyyədə təşkil olunmuşdu", - deyə general bildirib.

Onun sözlərinə görə, dövrün tələbləri ilə ayaqlaşmaq üçün idarəetmə, doktrina, müdafiə sənayesi sahəsindəki fəaliyyətlər dinamik olmalıdır.

"Hərbidə belə bir termin var: müharibə üçün yenidən tərtiblənmə və təşkilatlanma. Azərbaycan Vətən müharibəsində qazanmış olduğu təcrübə sayəsində, həmçinin yeni sərhədləri və qonşu ölkələrin coğrafiyaları nəzərə alınaraq, komandoların sayının artırılması reallığı ilə üzləşdi. Bu bir il ərzində normal piyada birlikləri komando birliklərinə çevrildi, eyni zamanda yeni komando briqadaları yaradıldı. Ordunun idarəçiliyində də dəyişikliklər edilərək, dinamik idarəçilik modelinə keçildi. Nəticədə, çox qısa bir müddətdə Azərbaycan Silahlı Qüvvələri müasir dövrün tələbləri, qonşu ölkələrin coğrafiyaları və ordularının imkan qabiliyyətlərinin tələb etdiyi formaya uyğunlaşdı. Əgər idarəetməniz, doktrinanız, müdafiə sənayesi fəaliyyətləriniz müasir və dinamik deyilsə, rəqiblərinizdən geridə qalacaqsınız. Məhz bu kontekstdə Azərbaycanın Ali Baş Komandanının ordu quruculuğuna diqqət və qayğısı Azərbaycanın regionda güclü bir dövlət olmasını şərtləndirib. Bu islahatların davam etdirilməsi əhəmiyyətlidir", - deyə Y.Karauz qeyd edib.

General həmçin əlavə edib ki, Vətən müharibəsi Azərbaycanın müdafiə sənayesi sahəsindəki fəaliyyətlərinin də doğru istiqamətdə aparıldığını göstərdi.

"Azərbaycan dünyada müasir texnikası olan nə qədər ölkə varsa, onlarla əməkdaşlıq edib. Təbii ki, müharibə dövründə uğurlu olan və olmayan silah sistemləri də olur. Post müharibə dövründə bu məsələlər nəzərdən keçirilir, sistemlərin daha da mükəmməlləşdirilməsi istiqamətində addımlar atılır. Burada Azərbaycanın uğurlu olduğu iki əsas məqam var. Birincisi, tək bir ölkədən asılı olmamaq, digəri də həddən artıq müxtəlifliyə getməmək. Bir orduya təxminən 10 ölkənin silah sistemi daxil olursa, bunların bir-biriləri ilə koordinasiyasında çox ciddi problemlər yaşana bilər. Azərbaycan Vətən müharibəsinin qazandırdığı təcrübələr işığında mövcud İHA, SİHA, elektron sistemlər, beşinci nəsil müharibələrin tələbləri, hibrid müharibələrinə hazırlıqla bağlı da fəaliyyətlərini davam etdirir. Artıq sadəcə al-sat mövqeyindən çxış etmir, Şuşa bəyannaməsində də qeyd olunduğu kimi, Türkiyə və digər ölkələrlə birgə istehsalat sahəsində əməkdaşlıq edir. Bu, həm ordunun imkanlarının artırılması, həm də digər ölkələrə hərbi texnikaların satılması baxımından mühüm amildir", - deyə o vurğulayıb.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az