• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
17-12-2021, 10:11

Azərbaycan Brüsseldə bunlara nail oldu - TƏHLİL

Azərbaycan Brüsseldə bunlara nail oldu - TƏHLİL


Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.

Görüşən nəticəsinə dair verilən bəyənatda Aİ Şurasının Prezidenti tərəfindən Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib.

Şarl Mişel bildirib ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub.

Bəyanatda regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyi ifadə edilib. Qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulanıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Brüssel bəyanatı Azərbaycanın qalib tərəf kimi Soçi bəyanatında diktə ediyi şərtlərin növbəti dəfə təsdiqlənməsi baxımından böyük əhəmiyyətə malikdir.

"Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Azərbaycanın qalib tərəf kimi təklifi, eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı yekun olaraq Azərbaycanın fikirləri Rusiya tərəfindən təsdiqləndi. Avropa İttifaqı isə Brüssel bəyanatı ilə həmin bu şərtlərin onlar üçün də məqbul olması barədə öz razılığını ortaya qoymuş oldu. Eyni zamanda ilk dəfə olaraq birinci Qarabağ müharibəsindən bu yana itkin və əsir düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi ilə bağlı Ermənistana çağırış edildi. Bugünə qədər Ermənistan Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş azərbaycanlılarla bağlı heç bir məlumat təqdim etmirdi. Təəssüflər olsun ki, tək Ermənistan yox, həmçinin dünyanın insan hüquqları təşkilatları, beynəlxalq qurumları Qərbin siyasi mərkəzləri bununla bağlı Ermənistana hər hansı bir təzyiq etmirdi",- deyə o qeyd edib.

Politoloq bildirib ki, Paşinyan Brüssel görüşünə qədər sərhəddə təxribatlar törədərək, müxtəlif təxriabtçı bəyanatlar verərək növbəti dəfə Qərbdən hansısa siyasi dəstək almağa çalışırdı.

"Lakin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dünən ortaya qoyduğu mövqe bizim üçün əlamətdar idi. Çünki Avropa İttifaqı Azərbaycanın haqlı və qalib tərəf kimi rəli sürdüyü şərtləri bir daha təsdiqlədi. Eyni zamanda gələcəkdə Cənubi Qafqazda sülhün əsas prioritet olması ilə bağlı Avropa İttifaqı Rusiya ilə eyni mövqeyi bölüşür. Bu da düşünürəm ki, pandemiyadan sonrakı dövrün siyasi konturları baxımından təkcə Azərbaycan və Ermənistan üçün yox, bütün region üçün mühüm əhəmiyyətə malikdir",-deyə politoloq vurğulayıb.

"Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan rəhbərlərinin Brüssel görüşü prinsipcə Soçi görüşünün davamı oldu.

"Brüssel görüşü Soçi razılaşmalarını daha da möhkəmləndirdi. Keçmiş münaqişə kontekstində o məsələləri ki Ermənistan bəhanələrlə gecikdirirdi, Brüssel müzakirələri Ermənistanın pozucu manevr imkanlarını daraltdı. Azərbaycan Prezidenti Brüsseldə Ermənistanın üzərinə daha konkret öhdəlik və məsuliyyətlərin qoyulmasına nail ola bildi. Ermənistanın Brüseldə Minsk Qrupu formatı və ya status danışıqlarına oxşar məzmunda bəyanatlar səslənməsinə bəslədiyi ümidlər tam alt-üst oldu. Nə Minsk Qrupu həmsədrlər qrupu, nə də status danışıqları anlayışlarından iatifadə edilmədi. Əksinə Avropa İttifaqı tərəfləri münaqişə vəziyyətlərini aradan qaldırmağa və sülh sazişi imzalamağa çağırdı. Aİ- nin saziş barədə çağırışı onun münaqişənin bitdiyi barədə Azərbaycanın mövqeyini qəbul etməsinin göstəricisi kimi qəbul edilə bilər",- deyə o qeyd edib.

A.Quliyev bildirib ki, Brüssel görüşünün mühüm nəticələrindən biri Azərbaycanın "dəhliz diplomatiyasının" qalib gəlməsidir. Prezidentin "Zəngəzur dəhlizi Laçın dəhlizinə analoji olmalıdır" məntiqi Avropada tam dəstəkləndi.

"Brüssel görüşü Ermənistanın üzərinə Zəngəzur dəhlizi ilə bağlı işçi qrup yaratmaq öhdəliyini daha konkret şəkildə qoydu. Ən mühüm nəticələrdən biri də odur ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizində Ermənistanın "dəmiryolu və avtomobil yolu" kimi vəziyyəti qəlizləşdirən yanaşmalarına son qoydu. Prezident İlham Əliyev Brüsseldə birmənalı təsdiqlətdi ki, Zəngəzur dəhlizində həm dəmiryolu, həm də avtomobil yolu olacaq və dəhliz hərəkətə maneəsizlik rejimində işləyəcək", - deyə o qeyd edib.

Ekspert həmçinin Brüssel görüşünün itkin azərbaycanlıların taleyini aydınlaşdırmaq məsələsini aktual etdiyinə görə də əhəmiyyətli olmasını, Ermənistanın hələ 90-cı illərdə məhv etdiyi etnik azərbaycanlıların taleyini aydınlaşdırmağa imkan açdığını vurğuladı.

Yekun olaraq politoloqlar hesab edir ki, Soçi razılaşmasının arxasınca Brüssel razılaşmaları bölgəmizlə bağlı Azərbaycanın irəli sürdüyü sülh platformalarına böyük perspektivlər təmin edir.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az