• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
11-12-2021, 08:39

İnsan hüquqları günündə Ombudsman Aparatından qaziyə ittiham - Belə də olurmuş...

İnsan hüquqları günündə Ombudsman Aparatından qaziyə ittiham - Belə də olurmuş...

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında “Azərbaycan Respublikasının Konstitusiya Qanunu cəmi 20 maddədən ibarət olmaqla 20 il qabaq - 28 dekabr 2001-ci ildə qəbul olunub. Sözügedən qanunun 1-ci maddəsində müvəkkillik institutunun dövlət və yerli özünüidarə orqanları , vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquq və azadlıqlarının bərpa edilməsi və pozuntuların qarşısısının alınması üçün yaradıldığı doğrulanıb. Müvəkkilin fəaliyyətinin əsaslarından biri 1.9 maddəsində vurğulanıb : “ MÜVƏKKİLİN MƏHKƏMƏLƏRDƏ SÜRÜNDÜRMƏÇİLİK, SƏNƏDLƏRİN İTİRİLMƏSİ və VAXTINDA VERİLMƏMƏSİ, MƏHKƏMƏ QƏRARLARININ İCRASININ GECİKDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR İNSAN HÜQUQLARININ POZULMASINA DAİR ŞİKAYƏTLƏRƏ BAXMAQ HÜQUQU VARDIR”. Bəs Ombudsman niyə bu hüquqdan yararlanmır, əvəzində aparat rəhbəri onlarla illərdir məhkəmə qərarının icra olunmaması ilə bağlı hüquqları pozulan şəxsi İTTİHAM EDİR?!

Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011 tarixli 2 qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ qazisinə verilən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev -10-dakı qeyri-yaşayış sahəsini borclu dövlət orqanları – Nizami RİH, ƏMDK, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələri mütəşəkkil cinayətkar dəstə şəklində saxta şəhadətnamə ilə ələ keçirib, məhkəmə qərarından 2 il sonra qondarma şəxsin (öncə həmin ünvandakı “Kapitalbank”ın Nizami filialının, bank bunu yalanlayanda isə 14 yaşlı uşağın) adına sənədləşdirib satıblar. Qarabağ qazisi əlində məhkəmə qərarı olduğu halda, əmlakından yararlana bilmir. Ombudsmanın birbaşa səlahiyyətlərinə aid olsa da, hüquqpozucu dövlət orqanlarının qeyri-prosessual basqısı altında nəinki tədbir görülməsini, vətəndaşın hüququnun bərpasını təmin edir, əksinə, onu ittiham edir! (?) Belə insan hüquqları müvəkkilliyi olar? Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı 10 il qabaqkı “ittiham aktı”na görə xüsusi ittiham qaydasında məhkəməyə çəkilməsindən dərs almayıb, deyəsən. Ümumdünya insan hüquqları günündə A. Səfixanlı Xətai məhkəməsinin 26.05.2009 tarixli qətnaməsi üzrə icra sənədinin bu vaxtadək icra olunmaması barədə Ombudsmana şikayətə cavab olaraq bildirib ki, Ədliyyə Nazirliyinə sorğu göndərilib və nəticəsi barədə şikayətçiyə 05.05.2020 tarixli (yəni 1 il 7 ay qabaq -M. B.) məktubla cavab verilib. Təkrar ərizəyə isə 28.07.2020-ci ildə (1 il 5 ay qabaq – M.B.) cavab verilərək “Ombudsman haqqında” qanunun 11. 1.5 maddəsinə əsasən, təkrar şikayətdə yeni məlumatlar, faktlar, sübutlar olmadıqda həmin şikayətə Ombudsman tərəfindən baxılmadığı bildirilmişdir. Bu cavabın insan hüquqlarına tüpürməkdən özgə, hüququ pozulan şəxsə ittiham yetkisi bağışlaması göz önündədir. Təsəvvür edin, vətəndaş 13 ildir məhkəmə qərarının icrasını tələb edir, ombudsman isə aparat rəhbərinin köhnə tarixə cavabları ilə hüququ “bərpa edir”?! Ümumiyyətlə, Ombudsman Aparatı rəhbərinin insan hüquqlarının pozulması barədə şikayətlərə baxmaq hüququ yoxdur. Belə çıxır, Aydın Səfixanlı sözügedən hüquq pozuntusunda maraqlıdır və şikayəti Müvəkkildən gizlədir. Bu isə Müvəkkilin fəaliyyətinə maneə deməkdir və “Ombudsman haqqında” qanunun 20-ci maddəsinə əsasən, məsuliyyət yaradır. Dəhşətə baxın, qanunun 17-ci maddəsinə uyğun olaraq, Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi – analitik , informasiya , maddi -texniki, maliyyə və təsərrüfat təminatının həyata keçirilməsi üçün yaradılan aparat (rəhbəri) onun fəaliyyətinə şikayəti gizlətməklə mane olur! (?) Onu da vurğulayaq ki, Aydın Səfixanlının “təkrar şikayətdə yeni məlumatlar olmaması” haqqında ittihamları da heç bir məntiqə sığmır və tam əsassızdır. Birincisi, şikayətdən sonra da məhkəmə qərarının icrası təmin edilmirsə, bu elə yeni fakt, sübutdur. İkincisi, şikayətdə 26 may 2009 və 21.06.2011 tarixli 2 məhkəmə qərarının icra olunmaması vurğulanıb. Ombudsman Aparatının qeyri-prosessual marağı 21.06.2011 tarixli qətnaməni və onun əsasında verilən 22.07.2011 tarixli icra vərəqəsini görməzliyə gətirib. Baxın, məhkəmələrdə süründürməçilik , sənədlərin itirilməsi və vaxtında verilməməsi, məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulması barədə şikayətə “baxan” aparat rəhbəri özü süründürməçilik edir, sənədləri gizlədir, icranın təmin olunması üçün ombudsmanın səlahiyyətlərindən və hüququndan yararlanmasına mane olur. Belə müvəkkil xidməti qarşılığında, əlbəttə, korrupsiya çiçəklənər.

Məğrur Bədəlsoy

P . S. Ombudsmanın diqqətinə Aydın Səfixanlının gizlətdiyi , görməzliyə vurduğu Xətai məhkəməsinin (hakim İlqar Əliyev ) 22. 07.2011 tarixli icra sənədini bir daha “yeni fakt, sübut” kimi çatdırırıq :” Xətai rayon məhkəməsi 21.06.2011-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və qeyrilərinə qarşı “qətnamənin icrasına mane olduqlarına görə məsuliyyətin müəyyən edilməsi və Nizami rayonu, Bəhruz Nuriyev 10a ünvanında boş olan yerin istifadəsinə verilməsi” tələbinə. .baxaraq qərara aldı : İddia qismən təmin edilsin. Xətai məhkəməsinin 26.05.2009 tarixli 2 (011)-451 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin Bəhruz Nuriyev -10-da davam etdirilməsi Xətai və Nizami icra şöbələrinə həvalə edilsin. //dia.az//



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az