• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-10-2026 Azərbaycanda polis rəisinin müavini vəfat edib
  • 18-10-2026 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
  • 18-10-2026 Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
  • 18-10-2026 Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
  • 18-10-2026 Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı
  • 18-10-2026 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)
  • 18-10-2026 "Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
  • 18-10-2026 Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
  • 18-10-2026 Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
  • 18-10-2026 "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
  • 18-10-2026 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər

XƏBƏRLƏR

    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
11-12-2021, 08:24

Vidadi Muradov öz şirkətindəki çayçını direktor kimi rəsmiləşdirib

Vidadi Muradov öz şirkətindəki çayçını direktor kimi rəsmiləşdirib

Çayçı-direktor: “Möhtərəm hakim, işə xitam verilsin, inşallah, yığışıb bir çay içərik”

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov noyabrın əvvəlində ev dustaqlığına buraxılandan 3 gün sonra vəfat etsə də, onunla bağlı cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir. O, bu ilin yanvarında həbs edilmişdi.

Vidadi Muradov haqqında 21.6 milyonluq yeyinti ilə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır.

Bu məhkəmə prosesində hazırda şahidlərin dindirilməsi mərhələsidir. Dekabrın 9-da keçirilən məhkəmə iclasında “Azər-İlmə” MMC-nin direktoru Xəqani Talıbov dindirilib. Bu şirkət Vidadi Muradova məxsus olub. Onunla bağlı cinayət işində “Azər-İlmə” ilə bağlı ittihamlar da yer alıb. İttihama əsasən, Vidadi Muradov öz şirkətinin – “Azər-İlmə”nin ofisini “Azərxalça” üçün bazar qiymətlərindən daha baha qiymətə icarəyə götürüb. Başqa sözlə, büdcə vəsaitlərini icarə adı altında öz şirkətinə köçürüb.

Məhkəmədə dindirilən Xəqani Talıbova gəlincə, o, “Azər-İlmə” MMC-də çayçı, aşpaz işləyib. Lakin sonradan Vidadi Muradov onu şirkətin direktoru təyin edib. Öz oğlu Aydın Muradovu isə Xəqani Talıbovun müavini təyin edib.

“Vidadi Muradovla qohum deyilik. Amma qohumdan da yaxın idik. Belə deyək, can-ciyər idik. Ona görə də kömək elədi, direktor oldum. Vidadi Muradovun oğlu Aydın Muradov da mənim müavinimdir”, – Xəqani Talıbov bildirib.

Sualları cavablandıran şahid deyib ki, ali təhsili yoxdur. Bəs o zaman Vidadi Muradov çayçını hansı səbəbdən direktor, oğlunu isə ona müavin təyin etmişdi? Bu sualı şahidə prokuror ünvanlayıb.

“Heç bir universitet bitirməmişəm, orta təhsilim var. Dediyim kimi, Vidadi müəllimlə can-ciyər idik, ona görə məni direktor təyin elədi. Hazırda da direktoram. Möhtərəm hakim, işə xitam verilsin, inşallah, yığışıb bir çay içərik”, – Xəqani Talıbov cavab verib.

O vurğulayıb ki, direktor kimi ona təqdim olunan sənədlərə qol çəkib.

Özəl şirkətlərdən birinin icraçı direktoru Yaşar Ələkbərov da məhkəmədə dindirilib. O bildirib ki, tender keçirilmədən “Azərxalça”nın bölgələrdə yerləşən 13 müəssisəsinin təmir-tikintisi onlara həvalə edilib. Bu məqsədlə şirkətin hesabına pul köçürülüb. Lakin o vəsaitə Vidadi Muradov həm də öz evini təmir etdirib. Yaşar Ələkbərovun sözlərinə görə, “Azərxalça”nın sabiq sədrinin Həsən Əliyev küçəsində yerləşən evini təmir eləyiblər. Təmir zamanı təxminən 800 min manatdan artıq vəsait xərclənib: “Azərxalça” ilə müqaviləni mən bağlamışam. Bundan sonra 13 müəssisədə aparılan işlərdə icraçı direktor olmuşam”.

İttihama əsasən, ayrılan vəsaitlərin bir hissəsinin mənimsənilməsi nəticəsində təmir-tikinti işləri tam həyata keçirilməyib, xeyli çatışmazlıqlar olub.

Yaşar Ələkbərov işlərində çatışmazlıq haqda iddialarla razılaşmayıb. Prokuror xatırladıb ki, onun özü də istintaqa ifadəsində Vidadi Muradovun onlara qanunsuz göstərişlər verdiyini etiraf edib. Bundan başqa, çatışmazlıqlarla bağlı konkret faktlar göstərib.

“Deyirsiniz ki, mənimsəmə olmayıb. Bəs siz özünüz istintaqa ifadənizdə yazmısınız ki, Şabranda yerləşən müəssisələrin birinə sənəd üzərində iki nasos quraşdırılıb. Amma faktiki orada nasoslar yoxdur”, – prokuror bildirib.

Yaşar Ələkbərov istintaqdakı ifadəsini təsdiqləyib. O, əlavə edib ki, baş podratçı müqaviləsində aparılan işlərin sifarişçi ilə razılaşdırılması məsələsi öz əksini tapmışdı.

Başqa bir özəl şirkətin direktoru Vüqar Yusifov da şahid qismində dindirilib. O bildirib ki, Vidadi Muradov şirkətə müqavilədə nəzərdə tutulmayan əlavə işlər də gördürüb.

Məhkəmə prosesi dekabrın 15-də davam edəcək.

65 yaşlı Vidadi Muradov 21 milyon 673 min manatlıq mənimsəmə, 640 min manat vergidən yayınma kimi əməllərdə ittiham olunur. Vidadi Muradova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə), 213.3 (xüsusilə külli miqdarda vergidən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
İttihama əsasən, Vidadi Muradov öz şirkəti “Azər-İlmə” MMC-nin Bakıda yerləşən binasını dövlət şirkəti olan “Azərxalça” ASC üçün bazar qiymətlərindən daha yüksək qiymətə icarəyə götürüb. “Azərxalça” ASC-nin xalça ipi alınması məqsədilə nəzərdə tutulan vəsaiti formal olaraq, müxtəlif şirkətlərin hesabına köçürülüb. Həmin şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb geri qaytarıblar. “Azərxalça”nın ölkənin müxtəlif bölgələrində 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda yeyintinin olduğu cinayət işinin materiallarında əksini tapıb.

Prezident İlham Əliyev Vidadi Muradovu 2016-cı ilin martında “Şöhrət” ordeni, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edib.

Vidadi Muradovun oğlu Cavid Muradov paytaxtın Sabunçu rayon Polis İdarəsinin rəisidir. Bundan əvvəl isə o, Səbail rayon Polis İdarəsinin rəisi idi. -//meydan.tv//

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az