• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
8-12-2021, 06:22

Elgün Əliyev: “Getsin nazirin nazirinə şikayət etsin, nə olacaq?”

Elgün Əliyev: “Getsin nazirin nazirinə şikayət etsin, nə olacaq?”


Hər kəsə məlumdur ki, son bir neçə il ərzində ölkəmizin hüquq-mühafizə orqanlarında, ələlxüsus Daxili İşlər Nazirliyinə tabeli dövlət qurumlarında həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlar və s. hər kəsin diqqətini cəlb etməkdədir. Çünki, bu dövlət qurumu müstəqil Azərbaycan Respublikasının əsas dövlət sütunlarından biri hesab olunur və belə bir səbəbdən də, hər kəs daxili işlər orqanı əməkdaşlarının atdıqları addımlara lazımınca diqqət yetirir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, cənab Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Belə bir təyinatdan sonra Nazirliyin bütün tabeli sturukturlarında fərqli ab-hava yaşanmağa başladı. Bundan əlavə, tam əksəriyyətin düşüncəsində belə bir fikir də formalaşdı ki, cənab Vilayət Eyvazovun gənc və enerjili, təcrübəli bir şəxs olması, məhz ölkəmizin bu sahəsində yaşanan bəzi problemləri qısa zaman kəsiyində aradan qaldırmağa imkan verəcək. Bəli, həqiqətən də bu belə oldu. Faktdır ki, ötən 2 il 5 ay ərzində bu yöndə lazımi addımlar atıldı və hal-hazırda da atılmaqda davam edir. Adicə bir faktı qeyd edək ki, DİN-nin, BDYPİ-nin, BŞDYPİ-nin və Nazirliyin digər tabeli qurumların ictimaiyyətlə əlaqələr şöbəsi əməkdaşlarının problemli məsələlərə adekvat reaksiya vermələri, ünvanlanan sualları lazımi səviyyədə cavablandırmaları və s. bir daha söylədiklərimizi tam şəkildə təsdiq etmiş olur. Təəssüf hissi ilə qeyd edək ki, indiyə kimi cənab Nazirin rəhbərliyi altında lazımi addımların atılmasına baxmayaraq, hələ də yol polisi əməkdaşlarından bəziləri verilmiş tapşırıqlara məhəl qoymurlar, çoxsaylı qanunsuzluqlara imza atmaqda davam edirlər. Belə bir səbəblər üzündəndir ki, ayrı-ayrı sürücülər yol polisi əməkdaşlarının müəyyən hoqqaları ilə üz-üzə qalırlar, bəzən də əsassız şəkildə getgələ salınırlar. Belə sürücülərdən biri də Zaqatala rayonu, Çobankol kənd sakini Mirzəyev Təbriz Niyazi oğludur. Adı çəkilən bu şəxs Atvaktual.az xəbər portalının redaksiyasına təqdim etdiyi şikayət ərizəsində, Zaqatala RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşı Mahir adlı yol polisi əməkdaşının əməllərindən kəskin narazılığını ifadə edir və onu bildirir ki, “Yol polisi bölməsinin Mahir adlı əməkdaşı ilə qardaşım Pərviz Mirzəyev arasında hansısa səbəblər üzündən ədavət yaşanır. Bu hər iki şəxsin şəxsi işi olsa da, bu yol polisi əməkdaşı qardaşımın heyfini məndən çıxmağa çalışır. Məsələn, 30 noyabrda şəxsi avtomobilimi rayon mərkəzindəki dayanacaqda saxladım, bir neçə saatdan sonra avtomobilimi sürüb getmək istədikdə, yol polisi bölməsinin Mahir adlı əməkdaşı mənə tərəf gəlib şəkil çəkməyə başladı. O halda ona sual verdim ki, avtomobilimin şəkilini niyə çəkirsən? Cavabında o, “Qardaşın Pərviz Mirzəyevlə aramızda ədavət var. Avtomobilinin şəkilini ona görə çəkirəm ki, sənə 150 manat cərimə protokolu yaza bilim” dedi. Az sonra o, nəsə fikirləşdi və mənə “Get, bu dəfə cərimə protokolu yazmıram, növbəti dəfə rastıma çıxsan yazacağam” dedi. Mən bu yol polisinin əməllərini heç cür başa düşə bilmirəm. Çünki, bu şəxsin qardaşım Pərviz Mirzəyevlə nə ədavəti, hansısa xoşagəlməz problemi varsa, bunun mənə nə dəxli var?” Elə ki, Atvaktual.az xəbər portalı olaraq bu məsələ ilə bağlı Zaqatala Dövlət Yol Polisi bölməsinin rəisi, polis kapitanı Elgün Əliyev əlaqə saxladıq, ondan yaşananlara münasibət bildirməsini xahiş etdik, o halda o, “Mən məzuniyyətdəyəm, xahiş edirəm ki, məni bir daha narahat etməyin. Əgər sürücü şikayət edibsə etsin, nə olar! Getsin nazirin nazirinə şikayət etsin, nə olacaq?” cavabını verdi.

Bu yöndə atılan addımlar, verilən bu cür cavablar onu sübut edir ki, hal-hazırda Zaqatalada yol polisi əməkdaşı olan Mahir adlı şəxs hər cür əndazəni aşır və minbir hoqqalara da qol qoyur. Düşünürük ki, bu şəxsin atdığı addımlar, Zaqatala Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsini daşıyan Elgün Əliyevin verdiyi cavablar, bir çox rəhbər şəxslərin, ələlxüsus DİN-i cənab Vilayət Eyvazovun diqqətini cəlb edəcək. Yəqin ki, o halda hər iki şəxsin hərəkətlərinə, verdikləri cavablarına, məhz hüquqi müstəvidə “hüquqi qiymət” vermək mümkün olacaq. Çünki neçə illərdir ki, Prezident İlham Əliyev cəmiyyətimizi eybəcərləşdirən hər cür amillərə, əyintilərə, rüşvətxorluğa və s. qarşı mübarizə tədbirlərini gücləndirir, yol polisi əməkdaşlarından bəziləri isə bu yöndə verilmiş tapşırıqları, atılan addımları heç bir halda saya salmırlar. Bu da onu söyləməyə əsas verir ki, Mahir adlı yol polisi əməkdaşı hal-hazırda atdığı addımları ilə çalışdığı sahəyə üzqaralığı, utanc hissi gətirməkdədir. Çünki, bir tərəfdən ölkə rəhbəri İlham Əliyev cənabları, digər tərəfdən isə cənab nazir Vilayət Eyvazov lazımi addımlarını atırlar ki, yol polisi sahəsində hər cür əyintilərin qarşısını almaq mümkün olsun. O halda sual oluna bilər ki, bu cür əməl və amal sahibi olan yol polisi əməkdaşları belə bir davranışları, verdikləri cavabları və s. ilə hara gedirlər? Deməli, . . .

Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.


(Atvaktual.az )

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az