
BMT-nin Beynəlxalq məhkəməsi Ermənistanın Azərbaycana qarşı “müharibə əsirlərinin dərhal geri qaytarılması haqda” əsas iddiasını təmin etməyib. Bu barədə qurumun saytında bildirilir.
Xəbərdə deyilir ki, BMT məhkəməsi həmçinin erməni tərəfinin “Hərbi qənimətlər parkının bağlanması” və “Azərbaycan tərəfindən hərbi cinayətlərin araşdırılması haqda” iddialarını da təmin etməyib.
Beynəlxalq məhkəmə bəyan edib ki, Ermənistan bu məsələlərlə bağlı əsaslandırılmış sübutlar təqdim edə bilməyib.
Bundan başqa, BMT-nin beynəlxalq məhkəməsi Ermənistandan azərbaycanlılara qarşı irqi ədavətin, düşmənçiliyin qızışdırılmasının qarşısını almağı tələb edib. //virtualaz.org//
Nyus.Az

























