• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
8-12-2021, 05:23

Ermənistanın Zəngəzur dəhlizini açmaqdan başqa çıxış yolu yoxdur


Ermənistanın Zəngəzur dəhlizini açmaqdan başqa çıxış yolu yoxdur



Ermənistan regionda kommunikasiyaların açılması prosesini ləngitməkdə davam edir. Məlumdur ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olub. Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli bəyanatda və ondan sonra imzalanmş digər bəyanatlarda regionda kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı maddə əksini tapıb.

Nyus.Az Trend-ə istinadən bildirir ki, Milli Məclisin deputatı Cavid Osmanovun dediyinə görə, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli, bu istiqamətdə əməli və praktik fəaliyyət həyata keçirməli və konkret vaxt müəyyən etməlidir.

"Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı maddə mövcuddur. Eyni zamanda, cari ilin noyabr ayında Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə regionda kommunikasiyaların açılması ilə bağlı sənəd imzalanıb.

Ermənistan təxribatlar törətməklə, süni əngəllər yaratmaqla Zəngəzur dəhlizinin açılmasını ləngitmək niyyətindədirsə, bu, Ermənistan üçün baha başa gələcək. Ermənistanın başqa çıxış yolu yoxdur. Ermənistan 30 il müddətində işğalçılıq siyasəti yürütdüyünə görə dalan bir ölkəyə çevrilib. Bu gün Ermənistan yeganə çıxış yolu kimi üçtrərəfli sənədlərin icrasını təmin etməklə Zəngəzur dəhlizinin açılmasını həyata keçirməlidir", - deyə C.Osmanov bildirib.

Politoloq Ceyhun Əhmədli isə deyib ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi kifayət qədər aydın və birmənalıdır:

"Dövlətimizin başçısı müharibədən sonrakı dövrdə dəfələrlə bəyan edib ki, biz bu dəhlizin açılmasına nail olacağıq. Əlbəttə, Azərbaycan tərəfi hər zaman sülhün və dialoqun tərəfdarı olub. Buna görə də Zəngəzur dəhlizinin məhz danışıqlar yolu ilə açılması istiqamətində bütün imkanlarımızı səfərbər etmişik.

Lakin gedişat onu göstərir ki, Ermənistan xoşluqla bu dəhlizin açılmasını təmin etmək niyyətində deyil. Ötən müddət ərzində rəsmi İrəvanın dəfələrlə dəhliz ətrafında söz oyunu oynadığını, müxtəlif bəhanələr gətirərək dəhlizin açılması ilə bağlı öhdəliklərindən yayınmağa çalışdığını müşahidə etməkdəyik. Halbuki, hər hansı bir manipulyasiyaya gərək yoxdur, çünki 10 noyabr üçtərəfli bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR-nı birləşdirəcək yolun statusu çox aydın şəkildə təsbit olunub. Burada söhbət tam maneəsiz hərəkətin təmin olunmasından gedir ki, bunun özü eksteritoriallıq statusunu təsbit edərək həmin yolun dəhliz olduğunu deməyə əsas verir. Üstəlik, təhlükəsizliyə nəzarət edəcək tərəfin Rusiya sərhəd qüvvələri olması faktı da həmin marşrut xəttinin mahiyyət etibarilə dəhliz funksiyasını daşıdığını ortaya qoyur. Bir sözlə, Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı yersiz informasiya barrikadaları qurmaq cəhdləri rəsmi İrəvanın öhdəliklərini yerinə yetirməkdən boyun qaçırması kimi başa düşülməlidir", - deyə politoloq bildirib.

O qeyd edib ki, Ermənistanın bu cür irrasional davranışlar sərgiləməsi məyusedici haldır, amma bu, o demək deyil ki, Zəngəzur dəhlizinin açılması onların iradəsindən asılıdır.

"Ermənistan kapitulyant olduğunu unutmamalıdır. Həm də onu unutmamalıdır ki, Prezident İlham Əliyev sözü ilə əməli üst-üstə düşən liderdir. Əgər dövlətimizin başçısı deyirsə ki, gec-tez dəhliz açılacaq, deməli, Ermənistan üçün başqa çıxış yolu yoxdur. Cənab Prezident Vətən müharibəsi günlərində olduğu kimi, Ermənistan hakimiyyətindən dəhlizin açılması ilə bağlı konkret vaxt tələb edir. Bu, çox haqlı bir yanaşmadır. Biz qarşı tərəfdən öhdəliklərini icra etməyi tələb edirik", - deyə politoloq vurğulayıb.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az