• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
24-11-2021, 08:03

BŞDYP İdarəsinin 5-ci otağında rüşvətin əldə olunması barmaq işarələri ilə həyata keçirilir

BŞDYP İdarəsinin 5-ci otağında rüşvətin əldə olunması barmaq işarələri ilə həyata keçirilir


Son bir neçə ildir ki, ölkəmizin hüquq-mühafizə orqanlarının, ələlxüsus Daxili İşlər Nazirliyinə tabeli dövlət qurumların fəaliyyətləri daha çox ictimaiyyətin diqqətini cəlb etməkdədir. Çünki, bu sahə müstəqil Azərbaycan Respublikasının əsas dövlət qurumlarından biri hesab olunur və belə bir səbəbdən də, hər kəs daxili işlər orqanı əməkdaşlarının atdıqları addımlara lazımınca diqqət yetirir, hətta bəlli münasibətlərini ifadə etməyi də bacarırlar. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, cənab Vilayət Eyvazov ölkəmizin daxili işlər naziri vəzifəsinə təyin olundu. Belə bir təyinatdan sonra Nazirliyin bütün tabeli sturukturlarında fərqli ab-hava əmələ gəldi. Bundan əlavə, tam əksəriyyətin düşüncəsində belə bir fikir də formalaşdı ki, cənab Vilayət Eyvazovun gənc və enerjili, təcrübəli bir şəxs olması, məhz ölkəmizin bu sahəsində yaşanan bəzi problemləri qısa zaman kəsiyində aradan qaldırmağa imkan verəcək. Bəli, həqiqətən də bu belə oldu. Faktdır ki, ötən 2 il 5 ay ərzində bu yöndə lazımi addımlar atıldı və hal-hazırda da atılmaqda davam edir. Adicə bir faktı qeyd edək ki, DİN-nin, BDYPİ-nin, BŞDYPİ-nin və Nazirliyin digər tabeli qurumların ictimaiyyətlə əlaqələr şöbəsi əməkdaşlarının problemli məsələlərə adekvat reaksiya vermələri, ünvanlanan sualları lazımi səviyyədə cavablandırmaları və s. bir daha söylədiklərimizi təsdiq etmiş olur. Təəssüf hissi ilə qeyd edək ki, cənab Nazirin rəhbərliyi altında indiyə kimi lazımi addımların atılmasına baxmayaraq, hələ də yol polisi əməkdaşlarından bəziləri verilmiş tapşırıqlara məhəl qoymurlar, çoxsaylı qanunsuzluqlara imza atmaqda davam edirlər. Belə bir səbəblər üzündəndir ki, ayrı-ayrı sürücülər yol polisi əməkdaşlarının müəyyən hoqqaları ilə üz-üzə qalırlar, bəzən də əsassız şəkildə getgələ salınırlar. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi-1, mən-313 ünvanında yaşayan Baxşıyev Kərim Baxış oğlu da, məhz belə sürücülərdən biri olur. Məsələn, Atvaktual.az xəbər portalının redaksiyasına 11 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunun Dərnəgül şosesində yaşanan olayla bağlı şikayət ərizəsini təqdim edən Kərim Baxşıyev bildirir ki, “11 noyabrda şəxsi avtomobilimlə evə gedirdim, 10-YP-531 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən yol polisi əməkdaşlarından biri “Sən mobil telefonla danışırdın” deyib yolda məni saxladı. Az sonra sərxoş olub-olmadığımı yoxladı, o halda ona spirtli içki içməyim bəlli oldu. Belə bir səbəbdən də, yol polisi əməkdaşı sənədlərimi aldı. Sənədlərim yol polisi əməkdaşında qalsa da, avtomobilimi özüm idarə edib evimizə getdim. Üç gündən sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə (BŞDYP) gedib 5-ci otağa daxil oldum. Bu otaqdakı yol polisi əməkdaşına mənə nə köməklik edə bilərsiniz deyə sual etdikdə o, “Sənə nə köməklik edəcəyik” dedi və əl barmaqları ilə işarə edib 600 manat haqq-hesab verməli olacağımı bildirdi. Bu qədər məbləği verə bilməyəcəyəm, imkansız şəxsəm, himayəmdə üç azyaşlı övladım var desəm də, o, bunların heç birinə məhəl qoymadı. Bir neçə dəqiqədən sonra isə, mobil telefonuma 400 manat cərimə olunmağımla bağlı “SMS” gəldi. O halda dərk etdim ki, yol polisi əməkdaşları olmazın qanunsuzluğa imza atıblar. Yəni, mənə 11 noyabrda heç bir cərimə protokolu yazılmır. Üç gündən sonra yazılır ki, 14 noyabrda mobil telefonuma cərimə olunmağımla bağlı “SMS” gəlir. Bu da onu sübut edir ki, 10-YP-531 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən yol polisi əməkdaşları, BŞDYP İdarəsinin 5-ci otağında olan şəxslə əlbir olub, məhz belə bir qanunsuzluqlara imza atırlar. Düşündürücü hal odur ki, olay 11 noyabrda baş verir, həmin gün barəmdə heç bir cərimə protokolu yazılmır. 14 noyabrda BŞDYP İdarəsinin 5-ci otağında haqq-hesabla bağlı ümumi razılaşma əldə olunmadıqdan az sonra isə, məhz cərimə olunmağımla bağlı mənə “SMS” gəlir?”.

Beləliklə, bütün bunlar onu sübut edir ki, hal-hazırda 10-YP-531 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən yol polisi əməkdaşları görməli olduqları vəzifələrini belə bir qaydalar əsasında həyata keçirirlər. Düşünürük ki, onların bu cür addımları bir çox rəhbər şəxslərin, ələlxüsus DİN-i cənab Vilayət Eyvazovun diqqətini cəlb edəcək və yol polisi əməkdaşlarının belə bir hərəkətlərinə, məhz hüquqi müstəvidə “hüquqi qiymət” də veriləcək. Çünki neçə illərdir ki, Prezident İlham Əliyev cəmiyyətimizi eybəcərləşdirən hər cür amillərə, əyintilərə, rüşvətxorluğa qarşı mübarizə tədbirlərini gücləndirir, yol polisi əməkdaşlarından bəziləri isə, bu yöndə verilmiş tapşırıqları, atılan addımları heç bir halda saya salmırlar. Bu da onu söyləməyə əsas verir ki, 10-YP-531 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən yol polisi əməkdaşları atdıqları addımları ilə, məhz çalışdıqları sahəyə üzqaralığı, utanc hissi gətirirlər. Çünki, bir tərəfdən ölkə rəhbəri İlham Əliyev cənabları, digər tərəfdən isə cənab nazir Vilayət Eyvazov lazımi addımlarını atırlar ki, bu sahədə hər cür əyintilərin qarşısını almaq mümkün olsun. O halda sual oluna bilər ki, bu cür əməl və amal sahibi olan yol polisi əməkdaşları belə bir yanaşmaları ilə hara gedirlər və nəyə nail olmaq istəyirlər? Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.


(Atvaktual.az)

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az