• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
22-11-2021, 21:28

İmişlinin başçısının öz nümayəndəsindən xəbəri varmı? - GİLEY

İmişlinin başçısının öz nümayəndəsindən xəbəri varmı? - GİLEY


Artıq tam əksəriyyətə məlumdur ki, COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilmiş yoluxucu xəstəlikdir və bu xəstəlik 2019-cu ilin sonlarından yayılaraq bütün dünyanı əhatə etmişdir. 2020-ci ilin 23 yanvar tarixində ÜST bu xəstəliklə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci ilin 28 fevralında yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını, 2020-ci ilin 11 martında isə, bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir. 2020-ci il 27 fevral tarixindən COVID-19 xəstəliyinin qarşısının alınması üçün SARS-CoV-2 virusu pandemiyasının törətdiyi təhlükəyə qarşı yönəldilmiş profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bu xəstəliyin insanların sağlamlığı üçün təhlükəli olmasını nəzərə alaraq, ÜST tərəfindən dünyada bu xəstəliyə qarşı mübarizədə güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olduğunu bəyan etmişdir. Ölkəmizdə mövcud pandemiya şəraitində bu istiqamətdə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir ki, bunlardan biri də, əhali arasında planlı vaksinasiyanın həyata keçirilməsidir. Bu da “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın qəbul edilməsini zəruri edir. Strategiya özündə yalnız dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya tədbirlərini əhatə edir.

Gundemxeber.az-ın redaksiyasına yerli sakinlər tərəfindən çatdırılan məlumatlara görə xeyli müddətdir ki, İmişli rayonunun Hacırüstəmli kəndində dövlətimizin bu yöndə həyata keçirdiyi siyasətə kölgə salınır. Yəni, sakinlərin vaksinasiya olunması zamanı heç bir normativ qaydalara əməl olunmur. Belə ki, Hacırüstəmli kəndində lazımi şəraiti olmayan bir tibb məntəqəsi var və uzun müddətdir ki, həmin məntəqədə adını dəqiqləşdirə bilmədiyimiz bir şəxs diş texniki olaraq fəaliyyət göstərir. Elə ki, yayılmış pandemiyanın qarşısının alınması məqsədilə ölkəmizdə sakinlərin vaksinasiya olunmalarına zərurət yarandı, o halda Hacırüstəmli kənd sakinlərinin və digər şəxslərin vaksinasiya olunmaları işləri bu şəxsə həvalə olunur. Unutmaq olmaz ki, diş texniki olan bir şəxsin sakinləri vaksinasiya etməsi yolverilməz hal olsa da, o, heç bir halda qanunun belə bir tələbinə əməl etmir.

Bundan əlavə, sakinlərin vaksinasiya olunmaları məqsədilə verilən dərmanlar (Sinovac və Pfizer) heç bir normativ qaydalara əməl olunmadan Hacırüstəmli kənd icra nümayəndəsi Yavər Şıxəliyevə verilir və bu şəxs də, məhz həmin dərmanları uzaq məsafədən götürüb kənddəki tibb məntəqəsinə çatdırır. Sakinlərin ad və soyadlarının portala salınması işlərini, Hacırüstəmli kənd icra nümayəndəsinin doğma əmisioğlu İkram Şıxəliyev həyata keçirir. Əldə etdiyimiz məlumatlara görə, bu şəxs Yavər Şıxəliyevin doğma əmisi oğlu olmaqdan əlavə, eyni zamanda icra nümayəndəliyində baş mühasib vəzifəsini daşıyır və hər iki əmioğlunun birgə fəaliyyəti, məhz vaksinasiya zamanı çoxsaylı qanunsuzluqlara qol qoymalarına əməlli-başlıca yollar da açır. Məsələn, dolaşan söz-söhbətlərdən bəlli olur ki, Yavər Şıxəliyevin Azərbaycanın uzaq məsafədə yerləşən şəhər və rayonlarda yaşayan bir çox tanıdığı və tanımadığı adamları Hacırüstəmli kənd tibb məntəqəsində “vaksinasiya olunublar”. Belə bir halların varlığı ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. Görəsən, kənd icra nümayəndəsi vəzifəsini daşıyan bu şəxsin qohum-əqrəbalarının yaşadıqları ərazilərdə tibb məntəqələri yoxdurmu ki, onların bir çoxu vaksinasiya olunmalarını Hacırüstəmli kənd tibb məntəqəsində həyata keçirməyə qərar verirlər? Deməli, ... Adı çəkilən bu şəxslərin qol qoyduqları qanunsuzluqların nəticəsi o olur ki, bu ilin 8 noyabrında hüquq-mühafizə orqanı əməkdaşları kənd icra nümayəndəsi Yavər Şıxəliyevi bir sutka, baş mühasib İkram Şıxəliyevi üç sutka, diş texniki işləri ilə məşğul olan şəxsi isə, dörd sutka ərzində saxlamalı olurlar. Düşündürücü hal odur ki, hər üç şəxs hansısa qanunsuzluq əməllərinə görə saxlanılsalar da, az sonra sərbəst buraxılırlar. Amma, buna baxmayaraq hüquq-mühafizə orqanının müvafiq qurumlarının iki nəfər əməkdaşı həmin günün səhəri Hacırüstəmli kənd icra nümayəndəliyinə gedib, bu kimi məsələlərlə bağlı lazımi araşdırmalar aparırlar. Bu haqda geniş ictiaiyyətə ətraflı məlumatlar verilməsə də, redaksiyamıza baş verənlərlə bağlı müəyyən məlumatlar çatdırılıb.

Yerli sakinlər tərəfindən Gundemxeber.az-ın redaksiyasına çatdırılan başqa bir məlumatda o da qeyd olunur ki, bir müddət bundan öncə sakinlərin vaksinasiya olunmalarını həyata keçirmək üçün, Hacırüstəmli kənd tibb məntəqəsinə MRX-dan bir nəfər Göyçək adlı (ad şərtidir) tibb bacısı göndərilir. Ötən günlərin birində iş saatlarından sonra kənd icra nümayəndəsinin müavini Niyaməddin Cəfərovla tibb bacısı arasında hansısa səbəbdən Göyçək tibb məntəqəsini birdəfəlik tərk edir və o, bir daha işə çıxmır. Çox keçmir ki, tərəflər arasında baş verənlər haqda Yavər Şıxəliyev az-çox məlumatlı olur və belə bir səbəbdən də, onun müavini Niyaməddin Cəfərovla əməlli-başlıca qarşıdurması yaranır. Hətta vəziyyət o həddə gəlib çatır ki, icra nümayəndəsi müavininə “Səhərdən işə gəlmə” desə də, Niyaməddin Cəfərov onun belə bir tapşırığına əhəmiyyət vermir və “Sən mənə nə edə bilərsən, axı səni də, məni də icra başçısı təyin edib” deyir.

Diqqəti daha çox cəlb edən halın varlığı odur ki, İmişli RİH-nin başçısı Elçin Rzayevin yaşanan problemlərə əhəmiyyət verməməsidir. O halda sual oluna bilər ki, nədən rayon rəhbərliyi Hacırüstəmli kənd icra nümayəndəsi Yavər Şıxəliyevlə, icra nümayəndəsinin müavini Niyaməddin Cəfərovla və baş mühasib İkram Şıxəliyev bağlı heç bir tədbir görmür və susmağa qərar verir?. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

P.S. Növbəti saylarımızda Hacırüstəmli kənd icra nümayəndəsi Yavər Şıxəliyevin qol qoyduğu ilginc əməllərinidən də bəhs edəcəyik. Odur ki, bizi izləməyi unutmayın.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az