• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
13-11-2021, 11:19

Prezident İlham Əliyevin Türk dünyasında Liderliyinə verilən ali dəyər - TƏHLİL

Prezident İlham Əliyevin Türk dünyasında Liderliyinə verilən ali dəyər - TƏHLİL

Dünən İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib. Ali Orden dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.

Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təltif edilməsi haqqında qərarı Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.

"Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Trend-ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeninə layiq görülməsi ümumtürk dünyasında vahid dəyərlər sisteminin formalaşması prosesinin ən parlaq təzahürüdür. Bu hadisə bir daha sübut edir ki, türk dövlətlərinin inteqrasiyası və yaxınlaşmasında dövlət başçılarının şəxsi keyfiyyətləri və töhfələri önəmli rol oynayır. Heç bir şübhə yoxdur ki, ümumtürk inteqrasiya proseslərinə hər bir liderin verdiyi töhfələr diqqətlə izlənilir və türk dünyasının ümumi gücünə güc qatmağı bacaran ölkə liderlərinin əməyi layiqincə qiymətləndirilir:

"Prezident İlham Əliyev türk dövlətlərinin birgə gücünə güc qatan lider olduğunu dolğun şəkildə sübut edib. Azərbaycan Prezidentinin Ali Ordenə layiq görülməsi ölkəmizin nailiyyətləri ilə tanış olan hər bir türk üçün, azərbaycanlı üçün qürur mənbəyi və örnəkdir. Türkiyə, Qırğızıstan, Özbəkistan və Qazaxıstan liderlərinin İlham Əliyevin fəaliyyətinə qiymət verməkdə bimənalı eyni fikirdə olmaları dünyanın diqqətini cəlb edən hadisə olmaqla bərabər, xüsusilə son 12 ildə aparılan siyasətin mahiyyətinə və nəticələrinə tam uyğundur" - deyə A.Quliyev qeyd edib.

A.Quliyev bildirib ki, Türk Şurasının formalaşması 21-ci əsrin ən populyar inteqrasiya formatıdır. Bu prosesin struktural xarakter almasında Prezident İlham Əliyevin xidmətləri böyük və danılmazdır. Hələ 2009-cu ildə Şuranın Naxçıvanda ilk zirvəsinin uğurla keçirilməsi İlham Əliyevin şəxsində ümumtürk inteqrasiyasına yeni generativ gücün gəlməkdə olduğunu göstərdi. Ali Orden türk dövlətlərinin inkişafına və yaxınlaşmasına Azərbaycan Prezidentinin verdiyi töhfələrə adekvatdır. Türk dövlətlərinin başçıları Prezident İlham Əliyevi Ali Ordenə layiq görməklə 44 günlük müharibədə Azərbaycanın qələbəsinin həlledici gücünün ünvanını dəqiq göstərdilər. Türk dövlət liderləri Azərbaycan xalqının və şəxsən Prezident İlham Əliyevin 44 günlük müharibədə möhtəşəm qələbəsindən qürur duyduqlarını dünyada hər kəsə mesajladılar. Türk dünyasının tarix araşdırmaçıları inteqrasiya proseslərində Prezident İlham Əliyevin roluna hələ bundan sonra da çox müraciət edəcəklər:

"Prezident İlham Əliyevin 2009-cu ildə ilk türk zirvəsindəki bəyanatlarına və xüsusən də " Zəngəzurun Ermənistana verilməsi türk dünyasını coğrafi olaraq parçaladı" bəyanatına tarixçilərin əsas istinad nöqtələrindən biri kimi baxacaqlarına artıq indidən heç bir şübhə yoxdur. 2009-cu ildən başlayaraq Prezident İlham Əliyevin bu bəyanatı türk inteqrasiyasının əsas hədəflərindən birini təyin etdi. Məhz həmin tarixdən başlayaraq türk dünyasını coğrafi olaraq bütövləşdirmək uğrunda mübarizə daha prinsipial və intensiv xarakter aldı. Zəngəzur dəhlizinin ümumtürk inteqrasiyasında əsas strateji hədəfə çevrilməsi Prezident İlham Əliyevin müstəsna tarixi xidmətidir. 2009-cu ildə Prezident İlham Əliyevin əsas təkanverici qüvvələrindən biri olduğu proses düz 12 ildən sonra Zəngəzur dəhlizinin reallaşma faktını ortaya çıxardı" - deyə ekspert əlavə edib.

Ekspert bildirib ki, Türk Şurasının təşkilatlanmasında və müxtəlif beynəlxalq regional təşkilatların sırasında tanınaraq xüsusi sambala yetişməsində də Prezident İlham Əliyevin rolu böyükdür:

"Azərbaycan Prezidentinin təşkilata sədrlik etdiyi son iki il məzmun və səmərə baxımından daha zəngindir. Məhz Prezident İlham Əliyevin sayəsində pandemiya ilə qlobal mübarizə tarixinə Türk Şurasının adı qızıl hərflərlə yazıldı. Məhz Prezident İlham Əliyevin təşəbbüsü əsasında Türk Şurası tarixə pandemiya ilə ilk beynəlxalq mübarizə platforması kimi düşdü. Türk dövlətləri çərçivəsində Prezident İlham Əliyevin mühüm xidmətlərindən biri də enerji siyasətinin əlaqələndirilməsinə verdiyi töhfələrlə bağlıdır. Heç kim inkar edə bilməz ki, Prezident İlham Əliyev əsasən türk dövlətlərinin potensialları hesabına enerjinin istehsalı, nəqli və istehlakı çərçivəsində dünyanın ən sağlam işləyən dövlətlərarası əməkdaşlıq formatını yarada bildi.

"Prezident İlham Əliyevin Ali Ordenə layiq görülməsi Türk Şurası tarixində həm də yeni mərhələnin başlandığının bariz göstəricisidir" - deyə A.Quliyev əlavə edib.

Siyasi şərhçi Elçin Mirzəbəyli isə Trend-ə bildirib ki, Türk Dövlətləri Təşkilatı adlanan beynəlxalq təsisatın Zirvə Toplantısında Azərbaycan Prezidentinin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi dövlətimizin başçısının Türk Dünyasındakı liderliyinə və bütövlükdə Azərbaycan xalqına qardaş türk xalqları tərəfindən verilən yüksək dəyərin nümunəsidir.

"Bu Ali Mükafat Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir.

Prezident İlham Əliyev qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla birlikdə Ulu öndər Heydər Əliyevin "Bir millət - iki dövlət" ideyası üzərindən Azərbaycan-Türkiyə münasibətlərini tarixinin ən yüksək zirvəsinə yüksəltdi, iki qardaş ölkənin sarsılmaz birliyinin polad dayaqları üzərindən bütün qardaş xalqların və dövlətlərin bir araya gəlməsinə, bölgədə yaşayan bütün xalqların təhlükəsizliyinə, firavan həyatına təminat verən əməkdaşlıq modelinin ortaya çıxmasına zəmin yaratdı" deyə E.Mirzəbəyli qeyd edib.

E.Mirzəbəyli vurğulayıb ki, Prezident İlham Əliyevin adı Türk Dünyasının tarixinə Çanaqqala zəfərindən sonra ən böyük qələbəyə imza atan, türk xalqlarının qürurunu yüksəldən, özünəinam hissini qaytaran Ali baş Komandan kimi yazıldı. Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin torpaqlarımızın azad edilməsi uğrunda nümayiş etdirdikləri misilsiz qəhrəmanlıq nümunələri Türk dünyasını silkələdi, özünə qaytardı, gələcəyə daha böyük inamla baxmasına zəmin yaratdı. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi döyüş əməliyyatlarının həyata keçirilməsində, Azərbaycan Respublikasının Prezidenti kimi diplomatik müstəvidə və informasiya müharibəsində nümayiş etdirdiyi yüksək liderlik keyfiyyətləri türk tarixinin şərəfli səhifələrinin yünidən yazıldığına və bundan sonra da yazılacağına əminlik yaratdı.

"Ordumuzun böyük Zəfərinin nəticəsi olaraq, Ermənistanın imzaladığı kapitulyasiya aktında Prezident İlham Əliyevin israrlı mövqeyi nəticəsində Azərbaycanla onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını və təbii ki, bütün Türk Dünyasını birləşdirəcək Zəngəzir Dəhlizi ilə bağlı məğlub ölkənin üzərinə qoyulan öhdəliyin yer alması, Azərbaycanın dövlət başçısının təkcə öz ölkəsinin deyil, bütün Türk Dünyasın ortaq maraqları ilə bağlı məsələlərdə də güzəştsiz, prinsipial bir yanaşma sərgilədiyini ortaya qoydu" - deyə o əlavə edib.

Trend İnformasiya Agentliyinin Təhlil Şöbəsi

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az