• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
13-11-2021, 08:30

Doğum günü şəhid olan qəhrəman

Doğum günü şəhid olan qəhrəman


Bu gün İkinci Qarabağ Savaşı Şəhidi Nicat Höccət oğlu Qasımzadənin anım günüdür. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Biləsuvar üzvləri şəhidin ailəsini və məzarını ziyarət ediblər.

Nicat Qasımzadə 2000-ci il noyabrın 10-da Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 2007-2018-ci illərdə Ə.Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində təhsil alıb. Nicat Qasımzadə 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Qasımzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Qasımzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 12 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Zəhmətabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edildi.



Şəhidin məzarı başında çıxış edən dayısı İlham Ağayev Nicat barədə danışıb. O, bildirib ki, Nicat ailədə vətənpərvər ruhda böyüyüb:”Vətənini, dövlətini və millətini canından artıq sevirdi. Milli Qəhramanımız Mübariz İbrahimov şəhid olandan sonra hərbçi olacağını deyirdi. Mübariz İbrahimovun qəhramanlıq səlnaməsini həyat fəlsəfəsinə çevirmişdi. Atası zəhmətlə, halal böyütmüşdü Nicatı. Məktəbi bitirdikdən sonra imtahan verərək Tovuz Dövlət Sosial İqtisadi kollecinə qəbul olub. Kollecdə oxumaq istəməyib. Məqsədi əsgərliyi bitirib, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olmaq olub. 2019-cu il yanvarın 3-də hərbi xidmətə yola düşüb. 3 ay müddətinə Goranboyda N saylı hərbi hissədə xidmət edib. Bundan sonra Ağdama göndərilib. Xidməti dövründə seçilən əsgər olub. Ağdamda 3 ay artilleriya manqa komandiri olub. Yüksək atıcılıq qabiliyyətinə yiyələnən Nicat pulemyot atıcısı olub. Xidmətinin bitməsinə 2 ay qalmış kiçik çavuş rütbəsi alıb.

Xidmətdən yenicə qayıtsa da, sentyabrın 27-dən başlayan Vətən Müharibəsinə qatılıb. Füzuli, Cəbrayıl, Şuşa uğrunda gedən savaşda düşmənə qan uddurub.

İkinci Qarabağ Savaşı başlanan kimi sevinirdi, deyirdi torpaqlarımızı yağılardan azad edəcəyik. Şuşanı, Laçını, Kəlbəcəri və işğalda olan torpaqları azad edəcəyik. Nicat Şuşada şəhid oldu, şəhidlik məqamına orda yetişdi. Xəyalları torpaqları azad görmək idi, Şuşanı azad görmək idi Azad gördü, bu gün ruhu şaddır. Vətən azad olduqca onlar da daima yaşayacaq, ruhları şad olacaq”.



Daha sonra VHP Ali Məclisinin üzvü, Millət Vəkili Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayev çıxış edərək Vətən Müharibəsindən danışıb , 44 gün ərzində igidlərimizin qəhramanlıq tarixindən söz açıb: “44 günlük savaşda ordumuz böyük uğur göstərib, bizi xəcalətdən azad ediblər. 30 illik düşmən işğalında olan torpaqları azad etməklə ölkəmizin qüdrətini, böyüklüyünü göstəriblər. Nicat da həmin qəhramanlardan, Şuşa fatehlərindəndir. Nicat noyabrın 9-dan 10-na keçən gecə müharibənin bitməsinə saatlar qalmış, ad günündə, Şuşada ürəyindən aldığı qəlpə yarası ilə şəhid olub. O, 44 günlük döyüş müddətində düşmənin 30-a yaxın canlı qüvvəsini, texnikasını məhv edib. Yaralı döyüş yoldaşlarını meydandan çıxarıb, sıldırım qayalıqlarla Şuşaya dırmanmasında yaxından yardımçı olub.Biz onlara, onların qəhramanlıq şücaətlərinə borcluyuq. Bu gün də onlar qarşısında baş əyirik, ruhları şad olsun”.

VHP Biləsuvar rayon təşkilatının sədri Məharət Ağayev çıxışında bildirib ki, Mübariz İbrahimov kimi oğullar yetişdirmiş Biləsuvar qəhramanlar diyarıdır: “Milli Qəhraman Mübariz İbrahimovun qəhramanlıq salnaməsindən sonra biləsuvarlı gənclər orduda xidmət etməyi amal seçdilər özlərinə. Onlardan biri də Nicat idi. İkinci Qarabağ Savaşında gənclərimizin qəhramanlığını gördük. Bütün qoşun növlərimizdə gənclərimizşücaətlə döyüşdülər. Biz bu günkü qələbəmizi onlara, şəhidlərimizə, qazilərimizə borcluyuq”.

Şəhidin atası Höccət Qasımov bildirdi ki, Nicat vətən qarşısında borcunu yerinə yetirərkən şəhid olub: “Nicat əsgərliyini başa vurub gələndə çox sevindik, elə bildik bir dəfəlik evimizə qayıtdı. Sevincimiz uzun çəkmədi. Heç 3 ay tamam olmamış 21 sentyabr 2020-ci ildə qismən səfərbərliklə 2-ci Qarabağ müharibəsində iştirak etmək üçün çağrıldı. Füzuli, Cəbrayıl, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Nicat hələ kiçik yaşlarından qəhrəmanlıq göstərmiş şəhidlərə baxaraq böyüyüb. Özü də onlar kimi olacağına söz verib. Rəbbim özünü də şəhidlik mərtəbəsinə ucaltdı. Nicat noyabrın 9-dan 10-na keçən gecə müharibənin bitməsinə saatlar, bəlkə də saniyələr qala ad günündə Şuşada ürəyindən aldığı qəlpə yarası ilə şəhid olub. Noyabrın 10-u şəhid olsa da, bu xəbər bizə 12-si səhər çatdırıldı. Xəbəri eşidəndə dünyamız başımıza uçdu. Anası onunla sonuncu dəfə noyabrın 3-ü danışmışdı. Elə deyirdi ki, narahat olmayın, hər şey yaxşıdır. Orada onunla vuruşan dostları deyirdi ki, Nicat bizi neçə dəfə ölümdən xilas edib. Məkanın cənnət olsun, övladım”
. //vhp.az//










Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az