• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
11-11-2021, 06:49

İşğaldan azad edilmiş ərazilərə texniki missiya göndərmək məqsədilə Azərbaycan və YUNESKO fəal şəkildə dialoq aparır - Ceyhun Bayramov

İşğaldan azad edilmiş ərazilərə texniki missiya göndərmək məqsədilə Azərbaycan və YUNESKO fəal şəkildə dialoq aparır - Ceyhun Bayramov


İşğaldan azad edilmiş ərazilərə texniki missiya göndərmək məqsədilə Azərbaycan və YUNESKO fəal şəkildə dialoq aparır.

Nyus.Az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov YUNESKO Baş Konfransının 41-ci Sessiyasının Ümumi Siyasət Debatında çıxışı zamanı deyib.

C.Bayramov bildirib:

"Hörmətli Baş Konfransın Prezidenti,

Hörmətli İcraiyyə Şurasının Sədri,

Hörmətli xanım Baş direktor,

Zati-aliləri, Xanımlar və Cənablar,

İlk öncə zati-aliləri cənab Santiaqo İrazabal Mouraonu Baş Konfransın 41-ci Sessiyasına sədrlik etməyə başlaması münasibətilə təbrik etmək və ona bu vəzifənin icrasında uğurlar arzu etmək istərdim. Baş Konfransın 40-cı Sessiyasına sədrliyini müvəffəqiyyətlə başa vurması münasibətilə zati-aliləri cənab Ahmet Altay Cengizerə də öz təşəkkürümü ifadə etmək istəyirəm.

Fürsətdən istifadə edərək, xanım Odri Azuleyi yenidən YUNESKO-nun Baş Direktoru seçilməsi münasibətilə təbrik etmək və ona ikinci mandatı müddətində uğurlar arzu etmək istərdim.

Xanımlar və Cənablar,

Biz bu il YUNESKO-nun yaradılmasının 75 illiyini qeyd edirik. Bütün bu illər ərzində YUNESKO mədəniyyətin təbliği üçün kişi və qadınların şüurlarında sülhün yaradılması, mədəniyyətlərarası dialoqun davamlılığının təmin edilməsi, təhsilin hər kəs üçün daha əlçatan olması, təbiətin mühafizəsi və sosial və iqtisadi şəraitin yaxşılaşdırılması kimi bəşəriyyətin əsas prinsiplərini müdafiə etmişdir.

Bu gün YUNESKO-nun aktuallığı hər zamankindən daha çoxdur, çünki biz misli görünməmiş çətinliklərdən keçirik. COVID-19 pandemiyası bütün dünya üçün ciddi təhlükə yaratmaqda davam edir. Hökumətimiz ilk gündən pandemiyanın öz əhalisinə, eləcə də beynəlxalq ictimaiyyətə mənfi təsirini minimuma endirmək üçün ciddi tədbirlər görür. Əhalimizin 60%-i artıq peyvənd olunub. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində maliyyə töhfələri vermişik və pandemiya ilə mübarizəni dəstəkləmək üçün 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərmişik.

Cənab Prezident,

Azərbaycanın YUNESKO ilə uzun müddətdir davam edən əlaqələri var və gələn il biz YUNESKO-ya üzv olmağımızın 30 illiyini qeyd edəcəyik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yorulmaz səyləri sayəsində bizim YUNESKO ilə güclü, dinamik tərəfdaşlığımız var. Bu 30 il ərzində Azərbaycan YUNESKO-nun mühüm və etibarlı donor tərəfdaşına çevrilib.

Azərbaycan dünyanın müxtəlif yerlərində YUNESKO-nun nəcib missiyasını dəstəkləyir və mədəniyyətlərarası dialoqun təşviqində Təşkilatın əsas tərəfdaşlarından biridir. Azərbaycan və YUNESKO arasında yaradılmış Etimad Fondu vasitəsilə qız uşaqlarının təhsili, maddi və qeyri-maddi mədəni irsin qorunması, elm və innovasiya texnologiyaları, fəlakət riskinə hazırlıq kimi prioritet istiqamətlərdə Afrika, Asiya və Latın Amerikası regionlarındakı YUNESKO-ya üzv dövlətlərə dəstək verir.

Azərbaycan qlobal miqyasda həm mədəni, həm də təbii irsin qorunmasına sadiqdir. Afrikanın zəngin mədəni irsinin qorunub saxlanmasının son dərəcə vacibliyini nəzərə alaraq, Azərbaycan Afrika Ümumdünya İrs Fonduna maliyyə yardımı etmək qərarına gəlmişdir. Bundan başqa, Azərbaycan YUNESKO-nun Afrika Qlobal Prioritetini dəstəkləyir və beynəlxalq ictimaiyyəti inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına xüsusi diqqət yetirməyə çağırır.

Azərbaycan 2020-ci ilin martında YUNESKO tərəfindən yaradılmış Qlobal Təhsil Koalisiyasına qoşulmaq niyyətini ifadə edib. Bu baxımdan Azərbaycan bütün dünyada tələbələrə, xüsusən də ən həssas olanlara kömək etmək məqsədi daşıyan dəstəkləyici fəaliyyətlərə öz töhfəsini verəcəkdir. Azərbaycan hökumətinin Qlobal Təhsil Koalisiyasına bir milyon ABŞ dolları məbləğində töhfə verdiyini ifadə etməkdən qürur duyuram.

Hörmətli Nümayəndələr,

Bildiyiniz kimi, Azərbaycan öz ərazilərini Ermənistanın 30 illik işğalından azad edib və 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli Bəyanat imzalaması ilə Ermənistanla Azərbaycan arasındakı silahlı münaqişəyə son qoyulub.

Erməni işğalının nəticələri sarsıdıcı olmuşdur. Belə ki, Ermənistan istər 30 ildir işğal etdiyi ərazilərdə, istərsə də özlüyündə Ermənistanda Azərbaycanın mədəni irsinin məhv edilməsi, talan edilməsi və mənimsənilməsi istiqamətində sistemli siyasət həyata keçirmişdir.

İşğal dövründə yüzlərlə mədəni sərvət qəsdən və tamamilə dağıdılmış, zədələnmiş, talan edilmiş və tarixi-mədəni xarakterini dəyişmək məqsədilə dəyişdirilməyə məruz qalmışdır. 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan 2 məscid isə müsəlman dünyasına hörmətsizlik olaraq murdarlanaraq donuz və inək üçün tövlə kimi istifadə edilib. Minlərlə muzey eksponatı qeyri-qanuni yollarla Ermənistana aparılıb. Ermənistan tərəfinin bütün bu kimi hərəkətlərinin əsas məqsədi Azərbaycan mənşəyini göstərən işarələri aradan qaldırmaqdan ibarət idi, hansı ki mədəni soyqırımı nümunəsidir. Bundan əlavə, Ermənistan minalanmış ərazilərin xəritələrini paylaşmaqdan boyun qaçıraraq, qəsdən qaçqın və məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasının qarşısını alır.

Bu, həmçinin 1954-cü il Haaqa Konvensiyası və onun İki Protokolu, habelə 1970-ci il Konvensiyası kimi YUNESKO-nun sənədləri də daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasını təşkil edir.

Biz müxtəlif yazışmalarımızda Ermənistanın törətdiyi bu kobud pozuntular və qeyri-qanuni fəaliyyətlər barədə YUNESKO-ya xəbərdarlıq etmişik və son 30 il ərzində işğal olunmuş ərazilərə texniki missiya göndərilməsinin zəruriliyini xahiş etmişik. Təəssüflər olsun ki, Ermənistan hər dəfə bu missiyanın göndərilməsinə əngəl törədib. Bunu YUNESKO 2005-ci il hesabatında etiraf etmişdir.

Azərbaycan hökuməti onilliklər boyu davam edən işğalın yaratdığı kütləvi dağıntıların nəticələrinin aradan qaldırılmasına yönəlmiş əməli addımlar atmağa başlamışdır. Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, işğaldan azad edilmiş ərazilərdəki bütün mədəniyyət və dini abidələr mənşəyindən asılı olmayaraq lazımi qaydada mühafizə ediləcək və bərpa olunacaq. Azərbaycan bundan sonra da bu idealları və dəyərləri özünə rəhbər tutmağa davam edəcək və etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının bütün hüquqlarını təmin edəcəkdir. Azərbaycanda 50-dən çox müxtəlif etnik qrup yaşayır.

Azərbaycan münaqişədən sonrakı reabilitasiya prosesində YUNESKO ilə əməkdaşlığı etmək istəyindədir. Münaqişənin başa çatmasından ötən aylar ərzində işğaldan azad edilmiş ərazilərə texniki missiya göndərmək məqsədilə Azərbaycan və YUNESKO fəal şəkildə dialoq aparır. Tərəflər missiyanın səmərəliliyini və müstəqilliyini təmin edəcək bir sıra mürəkkəb texniki, hüquqi və siyasi məsələlərdə razılığa gəliblər.

Mədəni irsimizə dəymiş misli görünməmiş zərərin qiymətləndirilməsi hökumətimiz üçün prioritet məsələdir və biz ən tez zamanda müstəqil texniki missiyanı qəbul etməyə hazırıq. Təəssüf ki, Ermənistan missiyanı əngəlləməyə və siyasiləşdirməyə çalışır ki, bu da missiyanın uğurla həyata keçirilməsinə xələl gətirir. Ermənistan bu prosesə müdaxilə etməməli və öz siyasi məqsədləri üçün Təşkilatın istismarına son qoymalıdır.

Zati-aliləri,

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bu il Azərbaycanda "Nizami Gəncəvi ili" elan edilib. Oktyabrın 4-də Azərbaycan YUNESKO-nun Baş Qərargahında Nizami Gəncəviyə həsr olunmuş tədbir təşkil edib və biz bu tədbirə ev sahibliyi etdiyinə görə xanım Baş Direktor öz təşəkkürümüzü bildiririk. Həmçinin, bu günlərdə Azərbaycan, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 40-dan çox ölkənin nümayəndələrini birləşdirən 8-ci Bakı Qlobal Forumuna ev sahibliyi edib.

YUNESKO-nun ideallarına və öhdəliklərinə müvafiq olaraq, Azərbaycan dünyada mədəniyyətlərarası dialoqu, tolerantlıq və xalqların birgə yaşayışı təşviq edir. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə başlanmış "Bakı Prosesi" beynəlxalq və regional təşkilatlar, o cümlədən YUNESKO ilə tərəfdaşlıq əsasında mədəniyyətlərin yaxınlaşmasını təşviq edən qlobal platformaya çevrilmişdir.

Biz Qoşulmama Hərəkatına sədrliyi davam etdirməkdən şərəf duyuruq və 120 üzv ölkənin sədrliyimizi daha bir il, 2023-cü ilin sonuna qədər uzatmaq barədə yekdil qərarını yüksək qiymətləndiririk.

Bildiyiniz kimi, Azərbaycan 2021-2025-ci illər üçün YUNESKO-nun İcraiyyə Şurasına namizəddir. Əgər sizin dəstəyinizlə seçilərsə, Azərbaycan YUNESKO-ya öz məqsəd və ideallarını həyata keçirməkdə daha çox töhfə vermək və yardım göstərmək imkanlarına sahib olacaq. Qoşulmama Hərəkatının hazırkı sədri kimi Azərbaycan İcraiyyə Şurasında inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi üçün səylərini əsirgəməyəcək.

Təşəkkür edirəm".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az