• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
11-11-2021, 06:06

Vətən sevdalısı idi, Vətənə də qurban getdi... - FOTO

Vətən sevdalısı idi, Vətənə də qurban getdi... - FOTO


O, bizə 18 il oğulluq edib. Həmin yaşdan sonra Vətənin övladı olub. Dünyaya oğlan uşağı gələndə valideynlərə gözaydınlığı verir, təbrik edirlər. "Oğul düşmən çəpəridir",- deyiblər. Biz Yaşarı düşmən çəpəri kimi bu gün üçün böyütmüşdük, bu yolda da getdi. Anası, bacısı, ailəsi, kəndi, rayonu, xalqı, milləti üçün qurban getdi, çünki o, bu xalqın oğlu idi.

Bu sözləri şəhid polkovnik-leytenant Yaşar Sadıqovun atası Füzuli kişi dedi.

Oğul həmişə kürəyini qoru. Amma indi başa düşürəm ki, mən ona "ürəyini qoru" deməli imişəm. O vaxt mən haradan biləydim ki, o, düşmən gülləsinin qabağına ürəyini verəcək...

Yaşar çox abırlı, qız kimi, gəlin kimi həyalı bir övlad idi. O, heç vaxt atasının yanında oturmazdı. Atası evə daxil olan kimi o biri otağa keçirdi. Həmişə gecə saat 12-də gəlib səhər saat 5-də işə gedərdi. O, öz işinə çox bağlı idi. Biz onu doyunca görmədik, üzünə həsrət qaldıq...

Bu sözləri də anası Əsli deyir.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Yaşar Sadıqov 1975-ci il avqustun 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. 1991-1995-ci illərdə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alıb.

Onda hərbçi olmağa maraq əmisi Sahil Birinci Qarabağ müharibəsində döyüşərkən yaranmışdı. Əmisinin hərbi formasına maraqla tamaşa edər, gələcəkdə hərbçi olacağını deyərdi. Elə bu maraq hissi də onu hərbi işin ardınca apardı.

Uzun illər müxtəlif hərbi hissələrdə qulluq edib. 17 il Naxçıvanda olub, sonra xidmət yerini Qusara və Beyləqana dəyişiblər. Harada qulluq etməsindən asılı olmayaraq, onun qulluq etdiyi hərbi hissə həmişə intizamı, qaydalara dəqiq riayət etməsi ilə fərqlənib.

Yaşar hamının - qohum-əqrəbaların, dostların, hərbi hissədə zabitdən tutmuş əsgərədək hər kəsin sevimlisi idi. Onunla bir yerdə xidmət edən hərbçi yoldaşları, komandanlığı altında olan əsgərlər də Yaşarın əsl vətənpərvər, yurda, torpağa bağlı bir zabit olduğunu xatırlayırlar. Naxçıvanda hərbi hissədə kəşfiyyat rəisinin müavini olan vaxt Batabat istiqamətində səngərlərə baş çəkərkən özünün öyrətdiyi təlim iti onun paltarından tutub geri çəkib. Sən demə, o, dumanlı havada minalanmış erməni səngərinə gedib çıxıbmış. Təlim itinin sayıqlığı onun həyatını xilas edib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib, lakin bunların heç biri barədə ailə üzvlərinə bir kəlmə də deməyib.

Əsli xanım xatırlayır: "Vətən müharibəsi ərəfəsində zəng edib hal-əhval tutdu. Müharibədən, cəbhədən bir kəlmə də demədi. Ümumiyyətlə, o heç vaxt öz işi haqqında bir kəlmə də danışmazdı. Çalışırdı ki, işindəki gərginliyi, narahatlığı evdə hiss etdirməsin. Dedi ki, mənim başım bir az qarışıqdır, uşaqları gəlib Gəncədən aparın. Sonra başa düşdük ki, o, artıq həmin gün cəbhəyə gedirmiş. O, oktyabrın 2-də günorta şəhid olub. Biz bu barədə bir gün sonra xəbər tutduq. Sonra dedilər ki, sağdır, amma yaralıdır. Yalvarırdım ki, kaş bir ayağı, bir qolu olmasın, amma kaş ki, sağ olsun. Hamı mal-dövlətdən ona qurban deyəndə mən özümü qurban dedim. Sən demə, onu bir də görmək bizə qismət deyilmiş...".

Polkovnik-leytenant Yaşar Sadıqov 2020-ci il sentyabrın 27-dən erməni hərbi birləşmələrinin işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-də Murovdağ döyüşləri zamanı Ömər aşırımında şəhid olub. Uzun müddət nəşi tapılmayıb.

Əmisi oğlu və uşaqlıq dostu Seymur Əliyev deyir: "Yaşarın nəşi düz 4 ay 23 gün sonra 3728 metr hündürlüyü olan Ömər aşırımından tapıldı. Onun əlamətlərini tanıyan yaxın dostu kimi bu dəhşətli səhnəni ilk dəfə mən görmüşəm. Təpədən dırnağa Vətənə, torpağa bağlı olan belə bir oğulu, peşəkar zabiti itirmək çox ağırdır. Onun itkisi hamı kimi məni də çox göynədir, qan qohumumu, ən vəfalı və sadiq dostumu heç vaxt unuda bilməyəcəyəm".

Vətən müharibəsi şəhidi Yaşar Sadıqov 2021-ci il fevralın 27-də II Şəhidlər xiyabanında dəfn olunub.

Ölkə başçısının sərəncamları ilə "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medallarına layiq görülüb.

Şəhid polkovnik-leytenantın bir oğlu və bir qızı var, hər ikisi tələbədir. Onlar üçün də, ata-anası, qardaşları Gəray, Rəşad, Anar, bacısı Lətafət, qəhrəman komandiri tanıyan və tanımayan hər kəs üçün Yaşar həmişə qürur və iftixar mənbəyi olaraq xatırlanacaq, doğma xatirəsi ürəklərdən silinməyəcək...

Nyus.Az









Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az