• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
10-05-2018, 09:53

Ulu öndər xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi

Ulu öndər xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi

Tale elə gətirib ki, 2018-ci il tariximizə yubileylər, əhəmiyyətli siyasi hadisələr ili kimi daxil olub. Bu əlamətdar hadisələr – ölkə və xalq olaraq bizim üçün çox əhəmiyyətli və müqəddəsdir. Bundan bir neçə həftə əvvəl – 2018-ci il aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçirildi. Azərbaycan xalqı növbəti dəfə düzgün seçim edərək, böyük bir mütəşəkkilliklə gələcək taleyinə, inkişafa, tərəqqiyə, daha güclü və daha qüdrətli Azərbaycana, ölkə Prezidenti İlham Əliyevə səs verdi. Həmin gün xalq və dövlət həmrəyliyinin, xalqın öz rəhbərinə inamının, etimadının və etibarının nümayişi gününə çevrildi.

Aprelin 28-də görkəmli oftalmoloq-alim, adı Azərbaycan elm tarixinə qızıl hərflərlə yazılmış akademik Zərifə xanım Əliyevanın 95 illiyini böyük ehtiram və məhəbbətlə qeyd etdik.

Qarşıdan şərəf tariximiz, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, eyni zamanda, Azərbaycan parlamentinin 100 illiyi gəlir. Daha sonra ölkə və xalq olaraq qurtuluşumuzun 25 illiyini qeyd edəcəyik. Məhz həmin gün –15 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın ona ünvanlanan həyəcanlı səsinə səs verdi, ona uzanan ümid dolu əlləri öz güclü əli ilə tutdu, ona bəslənən sonsuz ümidlərə arxa durdu və Azərbaycanda yenidən hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycan adlı dövləti yoxdan var etdi. Bu qayıdış Azərbaycan dövlətçiliyinin sübutuna çevrildi. Bu qayıdış parçalanmaq, bölünmək, dünya xəritəsindən tamamilə yox olmaq təhlükəsi ilə üzləşən, vətəndaş müharibəsinin eşiyində olan Azərbaycanın bugünkü xoşbəxt günlərinin başlanğıcına çevrildi. Və xalq ona haqlı olaraq ulu öndər, ümummilli lider adlarını verdi.

Bu günlərdə biz ümummilli lider Heydər Əliyevin 95 illik yubileyini istər ölkədə, istərsə də xaricdə böyük təntənə ilə, bayram kimi qeyd edirik. Hər gün ona həsr edilən müxtəlif mövzulu toplantılar, konfranslar keçirilir. İnsanlar tribunalara qalxıb onunla bağlı xatirələrini, oxuduqlarını, bildiklərini, ürəklərindən keçən duyğularını dilə gətirirlər. Onun təkrarsız həyatına və fəaliyyətinə işıq tuturlar. Ulu öndər haqqında həm öz sağlığında, həm də haqq dünyasına qovuşduqdan sonra qalaq-qalaq məqalələr, elmi əsərlər yazılıb, filmlər çəkilib, şeirlər həsr edilib, musiqilər bəstələnib. Və bütün bunlar, əlbəttə ki, xalqın böyük ehtiramının, sevgisinin və minnətdarlığının ifadəsidir.

Azərbaycan mütəfəkkiri və şairi M. Hadi ötən əsrin əvvəllərində böyük bir ürək ağrısı ilə yazırdı ki, “Yox millətimin xətti bu imzalar içində”. M. Hadi bu misraları yazarkən bilmirdi ki, çox keçməyəcək, qədim Azərbaycan torpağı Naxçıvanda sadə bir ailədə bir oğlan uşağı dünyaya gələcək və o, böyüyüb təkcə ailəsinin, yaxınlarının, onu tanıyanların deyil, xalqın ümidinə, qüruruna, yolgöstərəninə, liderinə çevriləcək. Və elə bu misraların yazıldığı XX əsrdə, öz zəkası, iradəsi və uzaqgörənliyi ilə millətinin xəttini nəinki imzalar içərisinə çıxaracaq, vətənini dünyanın sayılan dövlətlərindən birinə çevirəcək.

Aqillərdən biri deyib ki, əgər öldükdən sonra da yaşamaq istəyirsənsə, o zaman ölümsüz bir əsər yarat. Heydər Əliyev də ölümsüz bir əsər yaratdı! Bu əsərin adı müstəqil, sarsılmaz, qüdrətli Azərbaycandır! Onun bizə miras qoyub getdiyi həmişəyaşar iki ideologiya var- biri azərbaycançılıq, digəri dövlətçilik!

Bu gün ətrafımızda baş verən yaxşı nə varsa, hamısının arxasında o böyük İnsan, onun ölməz ideyaları, Vətənini və xalqını canından çox sevməsi durur.

Bəzən düşünürsən ki, görəsən bir ölkənin və bir cəmiyyətin hərtərəfli inkişafı üçün elə bir sahə varmı ki, Heydər Əliyev o sahənin mahir bilicisi olmasın, peşəkarına çevrilməsin?

Heydər Əliyev və Azərbaycan tarixi, Heydər Əliyev və Azərbaycan siyasəti, Heydər Əliyev və Azərbaycan ədəbiyyatı, Heydər Əliyev və Azərbaycan təhsili, Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu, Heydər Əliyev və Azərbaycan sənayesi, Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı, Heydər Əliyev və Azərbaycan mədəniyyəti və s.

Ulu öndərin ölkə və xalq qarşısında xidmətləri o qədər böyükdür ki, onların hər biri haqqında qəzet məqaləsində müfəssəl məlumat vermək, əlbəttə, imkansızdır. Ümummilli lider deyirdi ki, “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.” Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə buna görə də hələ Sovet rejiminin hökmran olduğu zamanlarda belə, mədəni-mənəvi dəyərlərin qorunması, xalqın kimliyinin özünə qaytarılması uğrunda hətta edilməsi mümkün olmayanları edirdi, ən cəsarətli addımları atırdı.

Mən onun Azərbaycan mədəniyyətinin bugünkü yüksəlişində göstərdiyi misilsiz xidmətlərdən sadəcə birini xatırlatmaq istəyirəm. Çünki həmin hadisə mənim - ədəbiyyata, incəsənətə dərin köklərlə bağlı olan bir yeniyetmə qızın xatirələrindən, mənəviyyatının formalaşmasından qırmızı xətlə keçir.

1982-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul etdi. Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan qərar 14 gündən sonra, 26 oktyabrda Azərbaycan ictimai-siyasi həyatına, ədəbi mühitinə əlamətdar bir tarix kimi yazıldı. Bu qərarin icra olunmasına bilavasitə Heydər Əliyev özü rəhbərlik edirdi. Heydər Əliyev Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərinə – Sov.İKP MK Baş katibi Leonid Brejnevə, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropova müraciət etmişdi. Bu məsələni həll etmək üçün yüksək nüfuza sahib olmaq və onların icazəsini almaq vacib idi. Amma ən başlıcası, bu addımı atmaq böyük cəsarət tələb edirdi. Təbii ki, həmin dövrdə bütün bunları yalnız Heydər Əliyev edə bilərdi. Və etdi! Onun rəhbərliyi ilə təşkil edilən komissiya iki həftə ərzində uzaq və soyuq Sibir torpaqlarında böyük ədibin məzarını axtardı, tapdı, qəbirdən qalıqlar çıxarıldı... Və Cavid əfəndi üzü Vətənə yol tutdu. O dövrdə Naxçıvan Vilayət Partiya Komitəsinin katibi olmuş Həmid Cəfərov yazır ki, “Əvvəlcədən planlaşdırdığımız kimi, Hüseyn Cavid Şevçenko –Tayşet –İrkutsk –Moskva –Yerevan –Naxçıvan marşrutu ilə doğma yurduna qayıtmalı idi. İrkutskdan Moskvaya uçarkən stüardessa mənə Bakıdan gələn tapşırığı çatdırdı: Heydər Əliyevin göstərişi ilə siz oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız”. Azərbaycan rəhbərinin – Heydər Əliyevin tapşırığı ilə marşrut dəyişildi.

Bu adi bir tapşırıq deyildi və bir tale yazısı idi. Cavid doğulduğu torpağa Ermənistandan deyil, uğrunda qurban getdiyi Azərbaycandan, Bakıdan qayıtmalı idi. Tarixi ədalət bərpa olunmalı idi. O, Sibirə Bakıdan getmişdi və özü də, ruhu da Bakıya mütləq qayıtmalı idi... Bax, bu idi Heydər Əliyev böyüklüyü! Bax, bu idi Heydər Əliyev cəsarəti! Bax, bu idi Heydər Əliyev uzaqgörənliyi!

Bu hadisə mənim, bayaq da dediyim kimi, 16 yaşlı gənc qızın həyatına əbədi bir möhür vurdu: vətəndaşlıq, vətənpərvərlik, qədirbilənlik, millilik qüruru, azərbaycanlılıq qüruru! Həmin gün Heydər Əliyev gənc qızın və mənim kimi düşünən yüzlərlə, minlərlə gəncin qəlbində ədəbi bir taxt qurdu. Sonsuz ehtiram, əbədi sevgi taxtı!

Bu qısa yazıda onun sadəcə bir xidmətinə toxunduq. Düşünürük ki, elə sadəcə bu xidməti Heydər Əliyevin Böyük Azərbaycanlılığının ən bariz nümunəsidir.

Ulu öndər deyirdi: “Mən Azərbaycanda əbədiyəm”. Bir daha onun bir sərraf dəqiqliyi ilə, ancaq qeyri-adi fitri istedad sahibi olan insanlara məxsus hissetmə bacarığı ilə dilə gətirdiyi ifadənin nə qədər həqiqət olduğunu Azərbaycanımızın bu günü, sabahı naminə ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi əzəməti fəaliyyətin timsalında görürük.

Heydər Əliyev – bir Günəşdir. Günəş qərinələr boyu yer üzünü aydınlatdığı kimi, Heydər Əliyev düşüncələri, ideyaları, əməlləri də hər zaman Günəş kimi Azərbaycanın üzərində doğacaq, xalq üçün yaratdığı qüdrətli Vətənimizdə ədəbi yaşayacaqdır!
Ramiz Hümmətov,
Ədliyyə Nazirliyinin 31 saylı dövlət notariat kontorunun rəisi.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az