• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları
  • 16-07-2026 Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
  • 16-07-2026 DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
  • 16-07-2026 Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
  • 15-07-2026 10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
  • 15-07-2026 ABŞ İranın dəniz blokadasını bərpa edib
  • 15-07-2026 FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
  • 15-07-2026 Nəvai Moskvadakı qəzaya görə məhkəməyə verildi
  • 15-07-2026 Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub - Yenilənib
  • 15-07-2026 Pezeşkian: Trampın təxribat xarakterli bəyanatlar verməsi təbiidir
  • 15-07-2026 ABŞ İrana yenidən zərbə endirib
  • 15-07-2026 Pezeşkian İran dövlət televiziyasını sərt tənqid etdi
  • 15-07-2026 "The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb
  • 15-07-2026 Abşeron İcra Hakimiyyəti "qanunsuzdur" dedi, amma tikinti dayanmadı-VİDEO

XƏBƏRLƏR

    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
    Argentina millisinin DÇ-dən kənarlaşdırılması ilə bağlı petisiya yaradıldı
31-10-2021, 12:28

Zəngəzur dəhlizi tənəzzülə uğrayan Ermənistan iqtisadiyyatının son xilas yoludur

Zəngəzur dəhlizi tənəzzülə uğrayan Ermənistan iqtisadiyyatının son xilas yoludur

2020-ci ildə Ermənistan iqtisadiyyatı (ÜDM) 7.4% aşağı düşüb. 2021-ci ildə isə proqnozlara əsasən 5.2%-dən maksimum 6.1%-dək yüksələcək.

Bu isə o deməkdir ki, bu il də Ermənistan iqtisadiyyatı pandemiya və müharibədən əvvəlki səviyyəyə qayıda bilməyəcək.

Nyus.Az Trend-ə istinadən bildirir ki, İqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramovun dediyinə görə, Ermənistan tənəzzülə uğramış iqtisadiyyatını kommunikasiyaların açılması sayəsində bərpa edə bilər:

"Ermənistanda iqtisadi vəziyyət müharibədən əvvəl kəskin şəkildə pisləşmişdi. Müharibə dövründə isə vəziyyətin daha da pisləşdiyi müşahidə olundu. Hətta beynəlxalq təşkilatlar tərəfindən kredit reytinqləri də aşağı salındı. Bu ondan xəbər verir ki, Ermənistan iqtisadiyyatının makroiqtisadi göstəricilərində də pisləşmə var və böhran vəziyyəti davam edir. Eyni zamanda ölkənin xarici borcunun ÜDM-dəki payı 60 faizdən çoxdur, valyuta ehtiyatları kifayət qədər kiçikdir və büdcənin fiskal imkanları məhduddur".

Millət vəkili eyni zamanda qeyd edib ki, Ermənistan mövcud durumdan çıxmaq üçün region ölkələri ilə əməkdaşlıqda, həmçinin kommunikasiyaların və paralel olaraq Zəngəzur dəhlizinin açılmasında maraqlı olmalıdır:

"Bu gün Ermənistanın qarşısında iki yol var. Birincisi, revanşist meyilləri davam etdirib, iqtisadi tənəzzülünü daha da dərinləşdirmək. Təbii ki, Azərbaycan istənilən revanşist meyillərə cavab vermək gücündədir və bu, sadəcə Ermənistanın özü üçün yeni bir təhlükə ola bilər. İkincisi kommunikasiyaların, eləcə də Zəngəzur dəhlizinin açılması ilə regionda iqtisadi əməkdaşlığın paralel şəkildə bərpa edilməsidir. Azərbaycan sülh müqaviləsi imzalamaqda və bütövlükdə regionda sülhün bərqərar edilməsində maraqlıdır. Ona görə də Ermənistan iqtisadiyyatının inkişafı eyni zamanda qonşularının ərazi bütövlüyünü tanıması və sülh şəraitində yaşamaq istəyindən asılıdr. Bu baxımdan Zəngəzur dəhlizinin açılması Ermənistan üçün iqtisadi əhəmiyyət daşıya bilər. Əgər Ermənistan müşahidə edilən iqtisadi tənəzzülün qarşısını almaq və mərhələli şəkildə bərpa etmək istəyirsə, kommunikasiyaların açılması onun üçün xüsusi bir alternativdir. Digər tərəfdən Zəngəzur dəhlizinin açılması bütövlükdə region ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq. Nəzərə alsaq ki, Türkiyə tərəfindən 6-lıq platforması təklif olunub. Bu, həm 3 region ölkəsinin (Azərbaycan, Gürcüstan, Ermənistan), həm də regionla qonşu 3 ölkənin (Türkiyə, Rusiya, İran) iqtisadi maraqlarına uyğun hesab olunur".

İqtisadçı-ekspert Rəşad Həsənov da qeyd edir ki, Ermənistan üçün rifahın yolu konstruktiv davranışdan, eyni zamanda bölgədə sülhün olmasından keçir:

"2020-ci ildə Ermənistan iqtisadiyyatı da daxil olmaqla dünyanın bir çox ölkəsinin iqtisadiyyatında yaranmış zərər, iqtisadi kiçilmə tam olaraq bərpa edilməyib. Ermənistanda isə vəziyyət daha acınacaqlıdır. Çünki Ermənistan 2020-ci ildə müharibədə ağır məğlubiyyətlə üzləşib. Bu məğlubiyyətdən sonra siyasi sabitlik pozuldu, eyni zamanda Ermənistan cəmiyyətində ümidsizlik yarandı, ölkə kifayət qədər ciddi hərbi xərclərlə üz-üzə qaldı. Hazırkı vəziyyətdə Ermənistan üçün rifahın yolu konstruktiv davranışdan, eyni zamanda bölgədə sülhün bərqərar olmasından keçir. Burada da Ermənsitanın üzərinə ciddi öhdəliklər düşür. Bunlardan biri Azərbaycanın ərazi bütövlüyünün rəsmən tanınması, ikincisi isə üçtərəfli bəyanata uyğun olaraq regionda kommunikasiyaların bərpası istiqamətində mövqe ortaya qoymasıdır. Türkiyə və Azərbaycan kimi əsas və böyük qonşularla iqtisadi-siyasi münasibətləri bərpa etmək Ermənistan üçün yaranmış çox ciddi çağırışlardan biridir."

Ekspert qeyd edib ki, artıq Ermənistan hökuməti və cəmiyyəti regionda yaranmış reallıqları qavrayır:

"Onlar başa düşür ki, Azərbaycan və Türkiyə ilə iqtisadi münasibətlərin bərpa olunması mövcud iqtisadi blokada kimi problemlərin həllində rol oynayacaq.

Zəngəzur dəhlizi Azərbaycan, Türkiyə və Rusiya üçün əhəmiyyətli olduğundan da çox Ermənistan üçün vacibdir. Dəhliz vasitəsilə ilə Ermənistan kifayət qədər ciddi üstünlüklər əldə edə bilər.

Kommunikasiyaların inkişafı Ermənistanın Türkiyə üzərindən Avropa bazarlarına çıxışı üçün əlverişli şərait yaradacaq."

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az