• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
30-10-2021, 08:33

Şəhid anası: Balamın bütün arzularını şəhidliyi əvəz etdi…

Şəhid anası: Balamın bütün arzularını şəhidliyi əvəz etdi…

Vətən müharibəsi şəhidi Ənvər İmanov cəmi iyirmi bir il yaşayıb. Müharibənin ilk günlərindən ordu sıralarında Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlının azad edilməsi uğrunda əməliyyatların fəal iştirakçılarından olub, növbəti döyüş tapşırığını yerinə yetirmək üçün kəşfiyyata getdiyi Xankəndi ətrafında düşmənlə qeyri-bərabər döyüşdə şəhidlik zirvəsinə yüksəlib.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bunlar şəhid Ənvər Emin oğlu İmanovun ömrünün son 32 gününün - döyüş yolunun əsas fraqmentləridir.

Şəhidin anası Mədinə İmanova söhbətə 21 il əvvəldən başlayır: "Ənvər evin böyük oğlu idi. O, 1999-cu il yanvarın 11-də anadan olub, 2016-cı ildə Sumqayıtdakı 41 saylı tam orta məktəbi bitirib. Bir il sonra - 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Balam hərbçi peşəsini çox sevirdi və buna görə də xidmətdən qayıtdıqdan sonra sənədlərini Müdafiə Nazirliyində - Hərbi Polisdə işə qəbul olunmaq üçün təqdim etdi. Oktyabrın 15-dən sonra işə çıxmalı idi".

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazidə genişmiqyaslı təxribatlar törətməsi və mülki əhalini atəşə tutması düşmənə qarşı adekvat cavabın verilməsini şərtləndirdi. Vəziyyətlə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə qismən hərbi səfərbərlik elan edildi. Ənvər İmanov da ilk könüllülərdən oldu.

Mədinə xanım oğlu ilə bağlı söhbətini belə davam etdirir: "Müharibəyə getməzdən əvvəl soruşdum: "Ənvər, istədiyin varmı?". Başını aşağı salıb "Deyərəm" dedi. Biz onun sevdiyi qızın kim olduğunu bildik və az sonra nişan apardıq. Müharibədən əvvəl - iyulun 20-də Ənvərin atası koronavirusdan dünyasını dəyişsə də, oğlum bu itkinin ağırlığına baxmayaraq sınmadı, ailənin bütün yükünü üzərinə götürdü. Onunla ən uzun danışığımız oktyabrın 24-də oldu. Əhvali-ruhiyyəsi yüksək idi, ümidli idi. Düşünürdüm ki, hər şey ürəyincədir. O isə danışdıqca-danışırdı: Oğlun qəhrəmanlar kimi, medalla qayıdacaq".

Söhbətin bu yerində qəhər Mədinə xanımın fikirlərini davam etdirməsinə imkan vermir. Lakin o, özünü ələ alıb sözünə davam edir. "Balamın arzuları çox idi, hamısı ürəyində qaldı. Bütün arzularını şəhidliyi ilə əvəz etdi...", - deyir və dərhal da təskinliyini belə ifadə edir: "Yaxşı ki, nişanlandı. Heç olmasa, o arzusuna qovuşdu. Hələ də onun yoxluğuna inanmıram və elə bilirəm ki, yanımızdadır".

Şəhidin nişanlısı Məleykə İbadova isə Ənvərlə bağlı xatirələrini bölüşərək deyir: "Biz Ənvərlə bir sinifdə oxuyurduq. Müharibə vaxtı imkan tapan kimi mənə zəng vurardı. Sonuncu dəfə - oktyabrın 27-də Tərtərdə olduğunu bildirdi. Duruxduğumu hiss edib "Narahat olma" dedi". Məleykə İbadov həmin telefon danışığından iki gün sonra şəhid olan Ənvərin qırx mərasiminə gələn döyüş dostlarının onun barəsində söylədiklərini xatırlayır: "Ürəyi geniş, sözü bütöv və qeyri-adi dərəcədə vətənpərvər idi. Onunla birlikdə kəşfiyyata həvəslə gedirdik".


Ənvərin məktəb illərindən danışan Azərbaycan Qol Güləşi Federasiyasının baş məşqçisi, onqat Azərbaycan, üçqat Avropa çempionu Zöhrab Məsimov onun bağlı xatirələrini bölüşərkən deyir: "O, qol güləşi idmanı ilə məşğul olmaq üçün mənim yanıma gəldi. Ənvər respublikada keçirilən yarışlarda iştirak edərək dəfələrlə mükafatçı olub, onun həm məşqçisi, həm də dostu idim. Yaş fərqimiz böyük olsa da, həmişə böyük qardaş, dost kimi məsləhətləşərdik. Olduqca tərbiyəli oğlan idi".

Həqiqi hərbi xidmət dövründə baş atıcı olan Ənvər İmanov Vətən müharibəsi zamanı döyüşən orduda kəşfiyyatçı bölüyünün tərkibində xidmət edib. Silah yoldaşları baş kəşfiyyatçı Ənvər İmanovun sonuncu döyüş tapşırığını yerinə yetirmək üçün hərbçi yoldaşı ilə Xankəndi ətrafına kəşfiyyata göndərildiyini bildiriblər: "O, kəşfiyyat tapşırığını yerinə yetirib qayıdarkən meşədə pusquya düşüb və mühasirəni yarıb keçməyə cəhd göstərərkən qəhrəmancasına həlak olub".

Onun şəhid olması xəbəri ailə üzvlərinə oktyabrın 29-da çatdırılıb. 2020-ci il oktyabrın 30-da Ənvər Emin oğlu İmanov böyük izdiham və əsgəri şərəflə Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Ənvər İmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az