
Bu dəqiqələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhəri ərazisində inşa edilmiş Beynəlxalq Hava Limanına enmək üçün Ankara Esenboğa Hava Limanından qalxıb. virtualaz.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğanı aeroportdan Ankara valise Vasip Şahin və digər rəsmilər yola salıblar.

Türkiyə prezidenti azərbaycanlı həmkarı ilə birlikdə bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışını edəcək, daha sonra Zəngilanda Türkiyə şirkətlərinin də iştirakı ilə yaradılacaq Ağıllı Aqroparkın təməlini qoyacaq. Ərdoğan və Əliyev habelə iki ölkə münasibətlərinin bütün aspektlərinə, actual regional və beynəlxalq məsələlərə dair müzakirələr aparacaqlar.
Nyus.Az

























