• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
9-05-2018, 19:46

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi DTX-də təntənəli qeyd edilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi DTX-də təntənəli qeyd edilib

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə tədbirlər keçirilib.

Nyus.Az Trend-ə istinadən bildirir ki, əvvəlcə DTX-nin rəhbərliyi, əməkdaşları və Heydər Əliyev adına Akademiyasının kursantları Fəxri xiyabana gələrək, müstəqil Azərbaycanın qurucusu, təhlükəsizlik orqanlarında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi Ulu Öndərin unudulmaz xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə tər gül dəstələri düzülmüşdür.

Dünya şöhrətli siyasi xadim, təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş təntənəli mərasim DTX-nin akt zalında davam etdirilmişdir. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev çıxış edərək şəxsi heyəti və veteranları Ümummilli Liderin 95 illik yubileyi münasibətilə təbrik etmiş, dahi rəhbərin şanlı peşəkarlıq məktəbinin davamçılarına respublikamızın müstəqilliyi, tərəqqisi və təhlükəsizliyi naminə şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır.

General-leytenant Mədət Quliyev bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində, o cümlədən sosial-iqtisadi, elmi-texniki və mədəni potensialın inkişafı, azərbaycançılıq məfkurəsinin və mədəniyyətin yüksəlişi, dövlətimizin gələcək müstəqilliyinin təməlinin qoyulması, qorunması və daha da gücləndirilməsi dövrü kimi daxil olmuşdur. 1993-cü ilin iyununda xalqın israrlı çağırışı və zamanın hökmü ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev ümumxalq dəstəyi, öz şəxsi qətiyyəti və iradəsi, müdrik və uzaqgörən siyasəti sayəsində qurtuluş missiyasını şərəflə yerinə yetirmiş və yenicə müstəqilliyini qazanmış ölkəmizi xaosdan, vətəndaş müharibəsindən, parçalanmadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas etmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi diqqətə çatdırmışdır ki, bu gün müstəqil Azərbaycan Respublikası Ulu Öndərin bəxş etdiyi tərəqqi yolunda inamla irəliləyir, dövlətçiliyini qətiyyətlə qoruyur və möhkəmləndirir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlər əldə edir. Heydər Əliyev siyasi irsi, respublikanın sükanı etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirir, milli inkişaf strategiyasını məharətlə həyata keçirir. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük zəfərlərə doğru inamla addımlayır.

General-leytenant Mədət Quliyev qeyd etmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi, qətiyyətli idarəçiliyi və siyasi nüfuzu sayəsində respublikada siyasi-iqtisadi sabitlik və xalq-dövlət birliyi dönməz xarakter almışdır. Mütərəqqi beynəlxalq ictimaiyyət və mötəbər qurumlar Ermənistanın işğalçı və təcavüzkar siyasətini birmənalı şəkildə pisləyir, Azərbaycanı regionda lider dövlət kimi tanıyırlar.

Bütün bunlar Ulu Öndərin müəyyən etdiyi və Prezident İlham Əliyevin ardıcıl olaraq müvəffəqiyyətlə gerçəkləşdirdiyi uzaqgörən inkişaf xəttinin möhtəşəm təntənəsidir. Ümummilli Lider Heydər Əliyevin ad gününü böyük sevinclə bayram edən Azərbaycan xalqı Ulu Öndərin ölməz xatirəsinə hədsiz ehtiram bəslədiyi kimi, onun layiqli siyasi varisi və sevimli Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlətçilik, tərəqqi, təhlükəsizlik və azərbaycançılıq siyasətini də böyük inamla və ürəkdən dəstəkləyir. Bunu aprel ayının 11-də keçirilmiş seçkilər bir daha sübut etmişdir.

General-leytenant Mədət Quliyev bildirmişdir ki, bizim və gələcək nəsillərin Heydər Əliyevin ruhu qarşısında müqəddəs borcu Ulu Öndərin qurub-yaratdığı və xalqımıza miras qoyduğu müstəqil Azərbaycanın çiçəklənməsi və güclənməsi naminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında daha da sıx birləşərək, fədakarlıqla çalışmaq, dövlətimizin qüdrətlənməsinə sədaqətlə xidmət etməkdir.

Sonra təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı münasibətilə imzaladığı sərəncamla orden və medallara layiq görülmüş DTX-nin hərbi qulluqçularına həmin təltiflər general-leytenant Mədət Quliyev tərəfindən təqdim olunmuşdur.

Xidmətdə fərqlənən digər əməkdaşların təltif olunmaları barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmrləri elan edilmiş, onlara medallar və "Fəxri əməkdaş" döş nişanları verilmişdir.

Sonda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan naminə göstərdiyi misilsiz xidmətlərdən bəhs edən sənədli film nümayiş olunmuşdur.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az