• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
16-10-2021, 07:45

Paytaxtın Nəsimi rayonunda yol hərəkətinin təhlükəsizliyi etibarlı təmin olunur

Paytaxtın Nəsimi rayonunda yol hərəkətinin təhlükəsizliyi etibarlı təmin olunur



Xalqımızın misilsiz bayramına, böyük iftixarına çevrilən Azərbaycanın böyük Zəfəri daxili işlər orqanlarının əməkdaşları üçün də müqəddəs dəyər kimi qəbul edilir. Vətən savaşındakı Qələbənin qazanılmasında daxili işlər naziri, çox hörmətli general-polkovnik Vilayət Eyvazovun rəhbərlik etdiyi bu şəxsi heyətin də əlahiddə töhfələri oldu. Daxili işlər orqanları savaşın ilk dəqiqələrindən etibarən Ali Baş Komandanın müsəlləh əsgərləri kimi vəzifə borclarını şərəflə, məsuliyyətlə icra etməyə başladılar. Hələ Birinci Qarabağ savaşı dönəmində ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti rəşadətlə döyüşmüş, böyük qəhrəmanlıq örnəyi yaratmışdı. Vətən savaşında bu mərdlik, vətənpərvərlik nümunələrini davam etdirən şəxsi heyət böyük şücaətlə xidmət göstərmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəf izlərini həkk etdirmişdir. Düşmənlə ağır döyüşlərdə Daxili İşlər Nazirliyinin mühüm təşkilati strukturu olan Daxili Qoşunların 66 hərbçisi şəhid olmuş, 346 nəfər isə yaralanmışdır. Prezident tərəfindən 1377 hərbi qulluqçu yüksək dövlət təltiflərinə, 4 nəfər “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülmüşdür.

Daxili işlər orqanlarının əməkdaşları arxa cəbhədə də rəşadətli xidmətlərini davam etdirirdilər. 2020-ci il sentyabr ayının 28-dən dekabrın 12-dək qüvvədə olan komendant saatı dövründə hərbi vəziyyət rejiminin əsas təminatçıları olaraq daxili işlər orqanları çox fədakar, əzmkar xidmət göstərdilər. Bütün şəxsi heyət bu prosesin layiqincə icrası üçün yalnız hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində deyil, ümumiyyətlə, respublika üzrə səfərbər oldular. Komendant saatının tətbiq olunduğu şəhər və rayonlarda minlərlə əməkdaş və hərbi qulluqçu cəlb edilərək, xüsusi giriş-çıxış rejiminin təşkili məqsədilə stasionar postlar quruldu, müvafiq icazəsi olmayan şəxslərin, o cümlədən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı. Həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, yaralanmış hərbi qulluqçuların yerləşdirildiyi mülki xəstəxanaların mühafizəsi gücləndirildi. Polis əməkdaşları mülki əhali üçün daldanacaqların və sığınacaqların hazırlanmasında yaxından iştirak etdi, zəruri hallarda insanların oraya yerləşdirilməsini, onlar arasında izahat işlərinin aparılmasını təmin etdi. Düşmənin artilleriya atəşinin nəticələrinin aradan qaldırılmasında, yaralanmış mülki şəxslərin dağıntılar altından çıxarılıb tibb müəssisələrinə çatdırılmasında aidiyyəti dövlət orqanlarına bütün lazımi kömək göstərildi. Yerli icra hakimiyyətləri ilə birgə dinc sakinlərin cəbhəboyu zonadan təxliyə olunması üzrə tədbirlər də görüldü. Müvəqqəti boşaldılmış yaşayış məntəqələrində asayişin qorunması, o cümlədən fiziki və hüquqi şəxslərə məxsus əmlakın talanmasının qarşısının alınması üçün fasiləsiz xidmət aparıldı. “102” xidmətinə daxil olan zənglər əsasında partlamamış yüzlərlə mərmilərin düşdüyü əraziyə ANAMA-nın qüvvə və vasitələri cəlb edildi, mərmilərin zərərsizləşdirilməsi prosesində zəruri təhlükəsizlik tədbirləri görüldü.

Ölkədə elan edilmiş qismən səfərbərlik tədbirlərinin təşkilində, o cümlədən çağırışçıların təyinat məntəqələrinə təhlükəsiz çatdırılmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarına polis tərəfindən lazımi kömək göstərildi:

Cəbhəboyu ərazilər istiqamətində bütün avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi üçün müvafiq təhlükəsizlik və nəzarət tədbirləri də həyata keçirildi. Bütövlükdə respublikanın daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən hərbi vəziyyət rejimindən irəli gələn vəzifələrin vaxtında və tam yerinə yetirilməsi, ictimai asayişin, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində bütüm zəruri tədbirlər görüldü.

44 gün çəkən Vətən müharibəsində polisin vacib strukturlarından olan yol polisi də sınaqdan üzüağ çıxdı. Polis general-mayoru Ramiz Zeynalovun səriştəli rəhbərliyi ilə DYP-nin bütün strukturları, yol-patrul xidməti əməkdaşları, şəhər-rayon yol polisi idarələri, şöbələri, bölmələrinin əməkdaşları bu mübarizədə layiqli yerlərini tutaraq ölkəmizin paytaxtı Bakı şəhərində və əyalətlərdə öz üzərinə düşən vəzifənin öhdəsindən lazımınca gəldilər və gəlməkdədirlər. Təcrübəli polis polkovnik Rəşid Piriyevin rəhbəri olduğu Bakı şəhər BPİ DYPİ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına, xüsusi karantin rejimi səbəbi ilə qurulan yoxlama-buraxılma postlarında karantin qaydalarına nəzarət yüksək səviyyədə təşkil edildi. Hərəkət iştirakçılarının hərəkətinə verilmiş icazələr yoxlanılaraq, inzibati tənbeh tədbirlərinin görülməsi nəticəsində xeyli sürücü inzibati məsuliyyətə cəlb edilib. Yol polisinin iş rejiminin gücləndirilməsi və üzərinə düşən vəzifələrin artmasına baxmayaraq polislərimiz vəzifələrini hər yönü ilə əksiksiz şəkildə həyata keçirirdilər. Bu müstəvidə ələlxüsus da paytaxt rayonlarının DYP xidmətlərinin işi olduqca təqdirəlayiq qiymətləndirildi.

İndi görünən düşmənlə müharibə başa çatıb. “Görünməz düşmən” adlandırdığımız koronavirusla mübarizə tədbirləri də uğurla həyata keçirildiyindən, karantinlə əlaqədar tətbiq olunan bir çox məhdudiyyətlər artıq aradan qaldırılıb. Bununla belə polisin qayğıları azalmayıb. Cinayətkarlıqla mübarizə, ictimai asayişin pozulması hallarının qarşısının alınması, yol hərəkətinin təhlükəsizliyinin təmini işində polis yenə ayıq-sayıqdır. Bakının mərkəzi hissəsi sayılan Nəsimi rayonunda da yol polisinin xidməti təqdirəlayiq hesab olunur. Təcrübəli polis zabiti Qara Abdullayevin rəhbərlik etdiyi Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin fəaliyyətini alqışlamaq üçün yetərincə misallar çəkmək, faktlar sadalamaq olar. Amma biz bu günlərdə hal şahidi olduğumuz bir faktdan söz açacağıq. Belə ki, az öncə Nyus.az saytının redaksiyasına Nəsimi rayonunun Eldar Tağızadə küçəsində, 164 saylı orta məktəbin həndəvərində piyada keçidinin ətrafının qaydaları gözləmədən parklanmış avtomobillər tərəfindən zəbt olunması barədə məlumat daxil olmuşddu. Həmin məlumat əsasında sözügedən ünvana yollanan əməkdaşlarımız yerində çəkiliş aparıb faktı ictimailəşdirmişdilər. Polisdin çevik reaksiyası özünü çox gözlətmədi. Çox keçmədən yol polisi naryadı həmin ünvana gələrək, qayda pozan avtomobil sahiblərinin barəsində inzibati qaydada tənbeh tədbiri gördülər. Doğrudur, avtomobil sahibləri arasında 164 saylı məktəbin müəllimləri də vardı. Onlar öz mülahizələrinə görə maşınlarını iş yerlərinin yaxınlığında parklamağı məqsədəmüvafiq hesab etdiklərindən, polisin tədbirinə haqsız yerə etiraz bildirirdilər. Həmin şəxslərlə də izahedici iş aparıldı.

Bu gün polisin öz xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər cür şərait yaradılıb, şəxsi heyət dövlətin qayğısı ilə əhatə olunub. Yol polisinin maddi-texniki bazasının müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb. Avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib, xeyli sayda radar, videokamera, nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb.

İnsanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılması barədə cənab nazirin müvafiq tapşırığına uyğun olaraq ərizə və şikayətlərin obyektiv araşdırılması, qəbulların müntəzəm keçirilməsi diqqət mərkəzində saxlanılır, daxil olmuş sorğu və müraciətlər operativ qaydada cavablandırılır. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov əməkdaşlardan tələb edirlər ki, hərəkət iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməli, etik davranış qaydalarına ciddi riayət etməli, bununla belə qətiyyətli və nəzakətli olmalıdırlar. Eyni zamanda, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir. Nazir və idarə rəisi başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, insanların həyat və sağlamlığının avtomobil qəzalarından qorunması kimi vacib və şərəfli vəzifələrin icrasını həyata keçirmək, yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaq olduğunu bildirirlər. İnanırıq ki, qüvvədə olan qanun və qaydalara, rəhbərliyin əmr və tövsiyələrinə layiqincə əməl edən Nəsimi RPİ-nin DYP Şöbəsinin şəxsi heyəti bundan sonra da daha şövqlə çalışacaq, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqlə gələcəklər.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az