• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
15-10-2021, 14:07

Medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi dövlətin diqqət mərkəzindədir - Əhməd İsmayılov

Medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi dövlətin diqqət mərkəzindədir - Əhməd İsmayılov

Azərbaycan mediasının iqtisadi dayanıqlığının möhkəmləndirilməsi zaman-zaman ölkə mediasının gündəmə gətirdiyi məsələlər sırasındadır. Mətbuat qurumlarının rəhbərləri, media ekspertləri beynəlxalq təcrübəyə istinad edərək medianın biznes subyekti kimi möhkəmlənməsinə dair fikirlər səsləndirməkdədirlər.

Nyus.Az xəbər verir ki, bu yöndə atılacaq addımlarla bağlı Trend-in suallarını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cavablandırıb.

Ə.İsmayılov bildirib ki, Medianın İnkişafı Agentliyi ölkə mediasının biznes modelinə keçidinin sürətləndirilməsi məqsədilə media subyektləri, jurnalistlər və ekspertlərlə çoxsaylı görüşlər keçirərək müxtəlif təkliflər alıb. Bütün rəy və təkliflər təhlil edilərək sistemləşdirildikdən sonra Agentlik hazırladığı inkişaf konsepsiyasının müddəalarını aidiyyəti dövlət orqanları ilə müzakirə etməkdədir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyinin nizamnaməsində kifayət qədər geniş spektri əhatə edən fəaliyyət istiqamətləri öz əksini tapıb. Agentlik, ilk növbədə, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsini, maddi-texniki bazasının möhkəmləndirilməsini, infrastrukturun modernləşdirilməsini, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir və bu istiqamətdə atılacaq addımlara dəstək göstərir. Maddi dəstəyə ehtiyacı olan media subyektlərinə müsabiqə əsasında maliyyə yardımının göstərilməsi təmin edilib, jurnalistlərin və media subyektlərinin layihələrdə iştirakını asanlaşdırmaq üçün "Elektron informasiya bankı" yaradılıb. Media və biznes strukturları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində tədbirlər görülməyə başlanılıb və bu tədbirlər davamlı xarakter daşıyır. Medianın İnkişafı Agentliyinin media və biznes strukturları arasında əlaqələndirici platforma rolunu oynaması media subyektləri tərəfindən dəstəklənir".

İcraçı direktorun sözlərinə görə, ölkə mətbuatının qarşılaşdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılması ilə bağlı Agentliyə daxil olmuş rəy və təkliflər beynəlxalq təcrübə fonunda təhlil olunub, onların hüquqi və iqtisadi aspektləri dəyərləndirilib, görüləcək sistemli fəaliyyətin detalları dəqiqləşdirilib:

"Media subyektlərinin biznes münasibətlərində aktivliyini təmin etmək məqsədilə onlara vergi güzəştlərinin və tətillərinin tətbiq olunması, digər biznes strukturlarının mediada reklam verməyə təşviq edilməsi istiqamətində araşdırmalar aparılıb. Qeyd olunan çoxmərhələli prosesin yekunu olaraq yaxın zamanlarda ümumiləşdirilmiş layihələrlə çıxış etməyi planlaşdırırıq. Təbii ki, media subyektlərinin əhatə dairəsi geniş olduğundan spesifik xarakterli problemlərlə də qarşılaşmağımız qaçılmazdır və biz bütün bunların hamısını diqqətdə saxlayır, davamlı müzakirələr aparırıq".



Ə.İsmayılov vurğulayıb ki, medianın inkişafı yönündə dövlətin verdiyi qərarların məzmununa nəzər salsaq görərik ki, Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində olub. Medianın İnkişafı Agentliyi də öz işini media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin formalaşdırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması üzərində qurub:

"Sevindirici haldır ki, həyata keçirdiyimiz layihələrin müasir dövrün tələbləri ilə uzlaşdığını, mediaya yeni yanaşmanın formalaşmasına zəmin yaratdığını media ictimaiyyəti də bildirir və Agentliyin təşəbbüslərinə pozitiv reaksiya verirlər. Medianın inkişafına nail olmaq məqsədilə irəli sürdüyümüz və icra etdiyimiz bütün layihələr beynəlxalq mediada gedən müasir prosesləri özündə ehtiva edir və Azərbaycan media subyektlərinin peşəkarlığının artırılması ilə yanaşı, onun simasının müasirləşməsini, beynəlxalq rəqabət imkanlarının yüksəldilməsini hədəfləyib. Düşünürük ki, həm dövlətin dəstəyi, həm biznes strukturları ilə əlaqələrin intensivləşməsi, həm də media menecmentin təkmilləşməsi nəticəsində mediamızın qarşılaşdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılması mümkündür".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az