• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
9-05-2018, 09:37

Erməni prezidentin müharibə xofu – “Əliyevi çox yaxşı tanıyıram...”

Erməni prezidentin müharibə xofu – “Əliyevi çox yaxşı tanıyıram...”

Düşmən ölkədə hakimiyyət dəyişikliyi müharibə təlaşını azaltmaq əvəzinə artırıb; prezident Armen Sərkisyan yeni baş nazir Paşinyana Azərbaycan prezidenti haqda danışacaqmı?..
Ermənistanda yeni baş nazir, nəhayət, məlum oldu. Gözlənildiyi kimi, dünən müxalifətçi hərəkatın lideri, deputat Nikol Paşinyan parlamentdə ikinci cəhddə işğalçı ölkənin 1-ci şəxsi səlahiyyətlərinə malik olacaq postu tutdu.

Beləcə, üç həftədir hakim rejimə qarşı davam edən kütləvi etiraz dalğası əsas hədəfinə çatdı - müxalifətin qələbəsi rəsmiləşmiş oldu. Lakin “Qarabağ klanı”nın, Serj Sərkisyan erasının bitdiyini söyləmək də tezdir. Çünki parlamentdə çoxluq hələ ki sabiq prezident və eks-baş nazir Serj Sərkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyasına məxsusdur. Bundan əlavə, hökumətdə, güc strukturlarında bir sıra mühüm postlar Sərkisyana sadiq adamların əlindədir.

Aydındır ki, hər iki amil Paşinyanın baş nazir kimi normal fəaliyyət göstərməsinə böyük əngəl olacaq. Gözləyək görək, bu əngəlləri o, necə aşacaq. Eyni zamanda Rusiya ilə bağlı verdiyi, xalqa verdiyi vədləri tuta biləcəkmi? Ən əsası, Ermənistanın inkişafı yolunda əsas maneə olan Dağlıq Qarabağ probleminin həllinə nail ola biləcəkmi?

*****

Yeri gəlmişkən, dünən Qarabağ mövzusunda danışan Nikol Paşinyan deyib ki, danışıqları davam etdirməyə hazırdır, amma iddia edib ki, Dağlıq Qarabağ danışıqlar masasına qayıtmadan müzakirələr effektiv olmayacaq. “Biz Azərbaycan lideri ilə danışıqlara hazırıq. Lakin qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ rəhbərliyi iştirak etmədikdə danışıqlar effektiv hesab edilə bilməz, bu danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun sənədlərində də əksini tapıb”, - deyə o vurğulayıb.

PaÅinyan ile ilgili görsel sonucu

Onun fikrincə, Qarabağ məsələsində Ermənistan əsasən orduya ciddi fikir verməlidir. Ötən həftə isə o, bəyan eləmişdi ki, “Azərbaycan Dağlıq Qarabağ ”xalqının" öz müqəddəratını təyinetmə haqqını tanıyarsa, danışıqları davam etdirmək olar". Yəni faktiki, Azərbaycana şərt qoymuşdu.

Göründüyü kimi, yeni baş nazir faktiki şəkildə sülh danışıqlarını tormozlayacaq bir mövqeyə sahibdir. Çünki Azərbaycan nə Qarabağdakı bir ovuc erməniyə öz müqəddəratı təyinetmə haqqı tanıyacaq, nə də Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlara qatılmasına razı olacaq. Əks halda, bu, separatçı rejimi tanımaq demək olardı...

*****

Digər maraqlı məqamlardan biri Ermənistanın 4-cü prezidenti, Britaniyadakı sabiq səfir Armen Sərkisyan kimi Nikol Paşinyanın da qərbyönlü biri kimi tanınmasıdır. Hərgah, onların hər ikisi az qala, hər gün Putinin könlünü xoş edən rusiyayönlü açıqlamalar verməkdədirlər.

Bu da təbiidir. Ona görə ki, Rusiyanın siyasi, iqtisadi dəstəyi və hərbi-təhlükəsizlik zəmanəti olmasa, nəinki Qarabağdakı separatçı rejim, Ermənistan adlı simvolik dövlət də mövcud olmaz. Səbəb bəlli - Azərbaycan, Türkiyə xofu. Zatən, bunu Armen Sərkisyanın “Exo Moskva” radiosuna son müsahibəsi bir daha təsdiqləyir.

PaÅinyan ile ilgili görsel sonucu

“Azərbaycan prezidenti İlham Əliyevi çox yaxşı tanıyıram”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri Sərkisyan radioya açıqlamasında bildirib. Ermənistandakı hakimiyyət dəyişikliyinin Bakı ilə dialoqa mümkün təsiri barədə sualı cavablandırmaqdan yayınan Sərkisyan daha sonra deyib: “Bu məsələni heç cür şərh etməyəcəyəm. Ona görə ki, prezident İlham Əliyevi mən şəxsən tanıyıram. Yetərincə tanıyıram. Çox həssas andır. Yəni Dağlıq Qarabağda (o, ”Artsax" sözü işlədib - red.) gərginliyin artacağını heç bir halda istisna etmək olmaz".

Erməni prezidentin sözlərinə görə, yeni hakimiyyət ilk günündən sərhədlərin təhlükəsizliyi ilə ciddi məşğul olmalıdır. O, Moskva-İrəvan münasibətlərinə də toxunub. “Rusiya Ermənistanın strateji və hərbi siyasi tərəfdaşıdır. Hər kəsə bəllidir ki, erməni ordusu Rusiya ordusuna çox yaxındır. Erməni ordusunun təchizatı NATO və ya Çin tərəfindən yox, Rusiya tərəfindən həyata keçirilir”.

Sərkisyan xatırladıb ki, Ermənistan və Rusiya təhlükəsizlik üzrə eyni təşkilatın üzvləridir və əminliklə bildirib ki, Rusiyanın hərbi bazası Ermənistana lazımdır. “Bu bazanın harada, Ermənistan-Türkiyə sərhədinin yaxınlığında yerləşdiyini bilərək, bunu həmişə dəstəkləyəcək və mübarizə aparacağam ki, bu qardaşlıq və hərbi-siyasi əlaqələr güclü olaraq qalsın”, - deyə Sərkisyan fikrini tamamlayıb.

Armen sargsyan ile ilgili görsel sonucu

*****

Beləcə, Ermənistan prezidenti Rusiyanın təsir dairəsində qalmağın iki əsas motivini göstərib - həlli uzanan Qarabağ məsələsi, Azərbaycanın öz torpaqlarını azad eləmək üçün hər an hərəkətə keçə biləcəyindən dolayı qorxu, bir də ki, ənənəvi Türkiyə xofu.

Nə əlavə eləmək qalır? Hər iki xof əsaslı görünür. Lakin bu xofu, ona qarşı Rusiya timsalında “immuniteti” ermənilər özləri özlərinə yaradıb. Gerçəkdə isə indiyədək nə Ermənistanın, erməni xalqının etibarlı təhlükəsizliyinə nail ola biliblər, nə də Dağlıq Qarabağı de-yure Ermənistana birləşdirə. Çünki Moskvanı ermənilərin təhlükəsizliyindən, separatçı rejimin “müstəqilliyi”ndən qat-qat çox, bölgədə öz nüfuzunu gücləndirmək maraqlandırır.

karabakh osce ile ilgili görsel sonucu

“Qərbyönlü” Sərkisyan-Paşinyan tandemi bu acı həqiqəti, nəhayət, anlayıb öz xalqına da anladacaqmı? Erməni xalqının xoşbəxtliyinin Rusiya ilə əbədi hərbi ittifaqda deyil, Azərbaycan və Türkiyə ilə dostluqda olduğunu dərk edəcəkmi?

Etməsə, demək, erməni xalqının fəlakətləri davam edəcək, Qarabağda böyük müharibə qaçılmaz olacaq. Yəqin ki, yeni prezident Sərkisyan ən azından Azərbaycan prezidentini necə tanıması barədə yeni və populist baş nazir Paşinyanı agah edər...

“Yeni Müsavat”ın analitik xidməti

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az