• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
14-10-2021, 09:46

Azərbaycanda məktəb yaşının azaldılmasına ehtiyac var? - AÇIQLAMA

Azərbaycanda məktəb yaşının azaldılmasına ehtiyac var? - AÇIQLAMA

"Təhsildə yeni çağırışlar" II Beynəlxalq Forumunda çıxış edən Təhsil naziri Emin Əmrullayev məktəb yaşının 5-ə qədər azaldılmasını təklif edib. Erkən uşaq inkişafı və məktəbə tez başlamanın vacib məsələ olduğunu vurğulayan nazir, uşaqların 1-5 yaşında bağçaya gedə bildiklərini bu baxımdan, erkən uşaq təhsili baxımından zəiflik hiss olunduğunu qeyd edib.

Bəs Azərbaycanda məktəb yaşının azaldılmasına ehtiyac var?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, uşağın gələcək inkişafının əsas təməli məhz onun erkən yaşlarında təhsili zamanı qoyulur. Mövcud qanunvericiliyə görə ölkəmizdə icbari təhsilə cəlb edilmə 6 yaşdan başlayır:

"Lakin buna baxmayaraq 2016-cı ildən 5 yaşlı uşaqlar könüllü olaraq məktəbəhazırlıq qruplarına cəlb edilirlər və hal-hazırda 95 000 nəfər 5 yaşlı uşaq məktəbəhazırlıq qruplarına cəlb edilib. Bundan başqa üç və dörd yaşlı uşaqlar üçün icma əsaslı hazırlıq mərkəzləri 50 rayonda pilot şəklində fəaliyyətə başladıqdan sonra əlavə olaraq 50 mərkəz yaradılıb və hal-hazırda bu mərkəzlər ölkə üzrə 3.000 uşağı əhatə edir. Bu rəqəmlər onu deyir ki, təhsil almanın yaşının azaldılması və bunun icbari olması o qədər də bizim üçün yeni bir ifadə deyil və təhlükəli sayılmır"

Ekspert qeyd edib ki, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilən təhsil inkişafı üzrə dövlət staregiyasına görə, Azərbaycan 12 illik təhsilə keçməlidir:

"12 illik təhsilə keçid deyəndə hər kəs fikirləşirdi ki, 1 il əlavə oxumaq lazım olacaq. Əvəzində isə təhsil naziri vəziyyətin həm çıxış yolu kimi, həm də öyrənmənin daha erkən yaşa çəkilməsi üçün uşaqları kiçik yaşlardan təhsilə cəlb etməyi təklif edib.

Bu, çox doğru yanaşmadır. Təhsili öndə olan dünya reytinqli ölkələrdə təhsilə cəlb edilmə daha erkən yaşlarda başlayır. Bu, ölkənin iqdisadi inkişafı üçün çox vacib amildir.Baxırıq ki, məktəbə hazırlıq qruplarına gedən uşaqla getməyən uşaqların tədris göstəricisi kifayət qədər fərqlidir. 5 yaşdan gedənlər daha uğurludurlar, mənimsəmələri daha yaxşıdır.

Hesab edirəm ki, uşaqlar 5 yaşda məktəblərə cəlb edilsə, bu, orta məktəbdə müəllimlərin sayının artmasına, iş yerlərinin olmasına, ölkə iqdisadiyyatının daha da inkişaf etməsinə gətirib çıxaracaq"

Onun sözlərinə görə, Yaponiyada, Cənubi Koreyada, Sinqapurda, Avropa ölkələrində bu model artıq tətbiq edilir:

"Reallıq ondan ibarətdir ki, valideynlər narahatdırlar. Amma həmin valideynlər övladlarını 2-3 yaşdan etibarən uşaq bağçalarına qoyurlar. Bu gün monitorinq aparsaq görərik ki, 3 ya 4 yaşda uşaqların bəziləri valideynlərinin təkidi ilə oxumağı, yazmağı, şeir əzbərləməyi bilirlər.

Sadəcə təhsil nazirinin "uşaqları erkən yaşdan məktəbə cəlb etmək lazımdır" fikri ibtidai sinif proqramlarının yumşaldılmasına hesablanıb. Bu gün hər birimiz ibtidai siniflərdə tədris proqramlarının ağırlığını bilirik və narahatıq. Amma biz artıq birinci sinfin işini daha erkən yaşda uşaqlara çatdırmalı olacağıq."

Ekspert həmçinin bildirib ki, icbari təhsil 6 yaşdandır, amma biz 5 yaşdan etibarən bunu uşaqlara aşılasaq, artıq uşaqlar o yaşda oxumağı, yazmağı biləcəklər, ibtidai sinif proqramı isə sadələşəcək:

"Biz məktəbə hazırlığı təhsilin bir pilləsi olaraq qəbul etmirik. 12 illiyə keçmək istəyiriksə, artıq məktəbə hazırlıq icbari olmalıdır. Öyrənmənin daha erkən yaşlara çəkilməsində heç bir problem yoxdur. Onsuz da bu gün uşaqlar hazırlıqlara gedirlər. Valideynlərin də əmək fəaliyyəti ilə məşğul olmaq üçün kifayət qədər vaxtları olacaq".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az