• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
8-05-2018, 09:17

Heydər Əliyevin 95 illiyi necə qeyd olunur...

Heydər Əliyevin 95 illiyi necə qeyd olunur...

Eks-prezidentın yubileyi ilə bağlı ağacəkmə aksiyaları təşkil edilir

Mayın 10-da mərhum prezident Heydər Əliyevin 95 illik yubileyidir. Bu gün münasibətilə artıq indidən bir çox dövlət müəssisələrində tədbirlər keçirilir, mərhum prezidentin xatirəsi anılır.

Bir sıra tədris ocaqlarında artıq Heydər Əliyevin xatirəsinə həsr olunan yaradıcılıq sərgiləri keçirilib.

Eləcə də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə müxtəlif yerlərdə ötən həftədən etibarən tədbirlər təşkil olunur.

Mayın 7-də Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Daxili Qoşunların Baş İdarəsində də təntənəli mərasim keçirilib. Tədbirə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Leyla Hüseynova fəxri qonaq qismində dəvət olunub.

Həmçinin eyni tarixdə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda şuranın sədri Azay Quliyev, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov və digər ictimai şəxslər iştirak ediblər. Tədbir iştirakçıları Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan üçün gördüyü işlərdən danışıblar.

Mayın 7-də Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə mərhum prezidentin Azərbaycanın Əməkdar Rəssamı Sakit Məmmədov tərəfindən çəkilən portretinin təqdimatı olub.

Bütün bu kimi tədbirlər 10 may tarixinə qədər davam edəcək. Lakin bir məsələ də var ki, illərdir ki, Bakıda mərhum prezidentin doğum günü ərəfəsində Gül bayramı təşkil olunur, Heydər Əliyev Sarayının qarşısında xaricdən gətirilmiş müxtəlif növ güllərdən düzəldilən çələnglər sərgilənirdi. Sadə vətəndaşlar, məmurlar 10 may tarixində park ərazisinə yollanıb, güllərə tamaşa edirdilər. Bu ənənə 2000-ci ildən etibarən hər il mayın 10-da Bakının sabiq meri Hacıbala Abutalıbovun təşəbbüsü əsasında baş tuturdu.

Əvvəlki illərdə Bakıda, Heydər Əliyev Sarayının qarşısında və “Qış bulvarı”nda keçirilən bayram hazırlıqları aprelin sonundan başlayırdı. Hacıbala Abutalıbovun göstərişi ilə müxtəlif dekorasiyalar qurulur, xarici ölkələrdən al-əlvan güllər gətirilirdi.

Səhər saatlarından başlayan bayram tədbirlərinə axşam atəşfəşanlıqla yekun vurulurdu. Ötən il bayram ənənəvi formada qeyd olunmadı. Sadəcə olaraq, iməclik formasında bəzi işlər görüldü. 2016-cı ildə isə Gül bayramı prezident İlham Əliyevin göstərişi ilə keçirilmədi. Belə ki, dövlət başçısı tədbirin keçiriləcəyi vaxtın “Aprel şəhidləri”nin 40 mərasiminə düşdüyünü nəzərə alaraq, bayramın ləğvi haqda göstəriş vermişdi.

Öyrəndik ki, əslində bu il də Heydər Əliyevin adını anaraq, müxtəlif yerlərdə ağacəkmə aksiyaları təşkil olunur. Məsələn, mayın 6-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) IDEA İctimai Birliyi ilə birlikdə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçiriblər. Aksiya agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin birinci məhəlləsinin ərazisində təşkil olunub.

Aksiya zamanı ərazidə Eldar şamı, çinar, zeytun ağacları və bəzək kollarından ibarət yüzdən çox bitki əkilib, onlara qulluq göstərilib, yaşıllıq zonasının sahəsində təmizlik və abadlaşdırma işləri aparılıb.

Öyrəndik ki, ümumilikdə əvvəlki qaydada Gül bayramının keçirilməsi nəzərdə tutulmur.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova da modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, Gül bayramına hazırlıqla bağlı şöbəyə hər hansı məlumat daxil olmayıb:

“Hər halda, tədbir nəzərdə tutulsaydı, hazırlıq işləri başlayardı”.

Əli RAİS
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az