
Serbiyanın paytaxtı Belqrad şəhərində işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Müdafiə Sənayesi naziri Mədət Quliyev 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində milli komandamızın Serbiya ilə səfər oyununu tribunadan izləyib.
Nyus,Az Report-a istinadən xəbər verir ki, onları Serbiyanın gənclər və idman naziri Vanya Udoviçiç müşayiət edib.
Qeyd edək ki, Serbiya - Azərbaycan oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.
Nyus.Az


























