• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
6-10-2021, 09:03

Əmrullayevin YERƏ DÜŞƏN TƏKLİFİ... - Dəstək qazanmadı...

Əmrullayevin YERƏ DÜŞƏN TƏKLİFİ... - Dəstək qazanmadı...


Təhsil naziri Emin Əmrullayevin uşaqların ibtidai sinfə başlama yaşının azaldılması ilə bağlı fikirləri hələ də ciddi müzakirə predmetidir. Nazir olanda da beləsindən olasan! Bir təklifin üzərində günlərlə danışılsın. Neyləsin valideynlər? Nazir yaralı yerindən “sancıb” onları. 6 yaşından məktəbə gedən uşaqla valideyn min-bir əziyyət çəkir. Metroda, avtobusda ağır məktəbli çantalarını daşımaqdan beli bükülən anaları görəndə adamın ürəyi ağrıyır. Övladlarına yazıqları gəlir, alırlar çantaları onlardan. Kənardan baxanlar da dərdli-dərdli düşünür: nə doldururlar bu çantalara?! İndi təsəvvür edək ki, 5 yaşlı kövrək balalar ağır çantaları 1 il də tez öz zərif çiyinlərinə alacaq. Bu qədərmi vacibdir? Nazirin açıqlamasını da xatırladaq. E.Əmrullayev bildirib ki, qarşıda duran çağırışlardan biri uşaqların məktəbə başlama yaşıdır: "Zənnimcə, hələ də gecdir, çünki 6 yaşda başlayırıq. Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar” - deyən nazirin təklifinə görə, uşaqlar ibtidai sinfə 5 yaşında getməlidirlər.

Sosioloq Lalə Mehralı isə nazirin təklifi ilə razılaşmadığını söylədi:

- Emin Əmrullayev cənablarının dediyindən belə çıxır ki, 5 yaşında getməlidir uşaq məktəbə. Məktəbəqədərə yox ha, 1-ci sinfə. Onda belə çıxır ki, 4 yaşından da məktəbəqədərə göndərməliyik uşağı. Partanın arxasından görünməyəcək yaşda yəni. Biz 6 yaşdan belə narahatıq, nazir deyir gecdi 6 yaş. Ötən il qızımın 6 yaşı tamam olanda tanışlar çox təkid etdi ki, ver məktəbə, gecikdirmə. Mən qıymadım. Uşaq hələ oyuncaqlarından ayrılmayıb, necə oxuyacaq? Amma yenə də pedaqoq rəyi alaq dedik. Feysbukda Təhsil Forumu adlı böyük bir qrup var, ora yazdım, müəllimlərdən soruşdum ki, öz övladlarınızı neçə yaşında məktəbə vermisiniz? Əksər pedaqoq yazdı ki, 7. İbtidai metodistlər siniflərindəki 6 və 7 yaşlı uşaqların müqayisəsini etdi, 7 yaşlıların dərsi daha yaxşı mənimsədiyini yazdılar, həmçinin onu da yazdılar ki, 6 yaşında bəzi uşaqların fərdi inkişafı, qavraması, adaptasiya yaxşı ola bilər, bu, bütün uşaqların 6 yaşında məktəbə tam hazır olması demək deyil. Tanıdığım valideynlərdən biri şikayət edir ki, 5 yaslı qızı məktəbəqədər hazırlığa başlayıb. Gedib-gəlmək əziyyəti bir yandan, bir yandan da iki seir, əlavə kitab tapşırığı da verilir, uşaq yorulur, yorğun olur, oyuna vaxt qoyulmur indidən.

L.Mehralı dünya praktikasından nümunələr gətirdi:

- Müqayisə üçün deyim ki, Fransa və Belçikada uşaqlar 6 yaşında başlayır məktəbə. Kanada, Yaponiya, Çin, Almaniya, İtaliya, Hollandiya, Danimarka, İsveçrə, İsveç, Norveç və Finlandiyada məktəb yaşı 6-dır. Rusiyada ibtidai sinfə qəbul üçün uşağın minimum 6 yaş 6 ayı tamam olmalıdır, bu yaşa çatan uşaqların əvvəlcə şifahi imtahanı aparılır, məktəbə hazır olub-olmaması yoxlanır. Moldova, Qazaxıstan, Qırğızıstan və Latviyada birinci sinfə qəbul 6-7 yaşından aparılır. Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan və Ermənistanda uşaqlar məktəbə 6 yaşın tamamında gedir. Litvada və Estoniyada isə ibtidai təhsilə başlama yaşı dəyişməyib, sovet dövründə olduğu kimi uşağın 7 yaşı tamam olmalıdır. Amerikalı uşaqlar ibtidai sinfə 5 yaşı tamam olanda gedir, Türkiyə, Almaniya və Böyük Britaniyada 1-ci sinfə qəbul 6 yaşdadır. İranda da on iki illik ümumi təhsil 6 yaşından başlanır. Macarıstanda və Rumuniyada uşaqlar 6-7 yaşında məktəbə gedir. Məktəbəqədər hazırlıq bu ölkələrdə məcburidir. Dünya üzrə yalnız 11 ölkədə uşaqlar ibtidai sinfə 5 yaşında gedir - İngiltərə, İrlandiya, Avstraliya, Yeni Zellandiya, Malta, Dominik, Nepal, Pakistan, Şri Lanka, Myanmar və Qrenada. Yəni göründüyü kimi əksər ölkələrdə uşaqların məktəb yaşı 6-7 yaş aralığında qəbul edilib.

Qeyd edək ki, nazirin məlum açıqlamasına bəzi şərhlərdə ibtidai təhsilin deyil, məktəbəqədər hazırlığın 5 yaşından başlanmasının nəzərdə tutulduğuni iddia edənlər də oldu. Amma zatən, uşaqlar 5 yaşından hazırlıq qruplarına gedir, 6 yaşdan da orta məktəbin birinci sinfinə. Lakin hazırlıq qruplarında uşaqlara demək olar ibtidai sinfin proqramı keçilir. 5 yaşdan ibtidai təhsil başlayacaqsa, elə doğum evindən birbaşa məktəbə getsinlər gərək. Yəqin bu ideya da hansısa ölkədən “kopyalama”dır. Kurikulumu elə “yaxşı” köçürmüşük ki, hələ də təhsil işçiləri baş aça bilmir. İndi də orta təhsil pilləsi 5 yaşdan başlasın. Hara tələsirik və niyə?
Pediatr Vaqid Qarayev uşaqları erkən yaşda yükləməyin xeyrindən çox ziyanı olacağını dedi:
- Mən köhnə sovet adamı olduğuma görə uşaqların heç 6 yaşında da məktəbə getməsilə barışa bilmirdim. Hamıdan vunderkind düzəltməyə çalışmamalıyıq. Uşaqlıq dövrü deyilən bir nəsnə var. Hazırkı uşaqlar kitabın “üstündə” niyə otura bilmirlər? Bütün valideynlər şikayətçidi bu məsələdə. Bunu hiperaktivliklə əlaqələndirmək doğru deyil. Bütün uşaqlar hiperaktiv deyil. Sadəcə, hərəkətliliyi sevirlər. Qadağanı, məhdudiyyəti sevmirlər və s. Yəni təhsil-tədris məsələsini önə çəkdikdə psixoloji amilləri də düşünsək yaxşı olar. Məncə, uşaqların üstünə çox gedilir.

Aşırı yükləmələr, lüzumsuz qadağalarla. Ondansa, tədris proqramı yüngülləşdirilməlidir. Uşaqları əlavə yüklərdən azad etmək lazımdır.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az