• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
27-09-2021, 04:20

25 yaşında canından çox sevdiyi Vətənin bir parçasına çevrilən şəhid - FOTO

25 yaşında canından çox sevdiyi Vətənin bir parçasına çevrilən şəhid - FOTO

Sentyabrın 26-da Şirvanda yaşayan nişanlısına zəng edib danışıb: "Neçə gündü könlümə dolma düşüb. Bir boşqab yarpaq dolması üçün darıxmışam. Oktyabrda məzuniyyətə çıxacağam. Tezliklə görüşərik. Az qalıb, lap az...".

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bir gün sonra cəbhədə döyüş əməliyyatları başlayır və gizir Elçin Əliyev də ilk gündən əməliyyatlarda iştirak edir. Sentyabrın 27-də tankçılar Lələtəpə yaxınlığında "Vilayət" adlanan postdan düşmənə əks-həmlə əməliyyatı ilə cavab verərək Cəbrayıl rayonun Daşbulaq kəndini və bir neçə kəndi erməni yaraqlılarından tamamilə təmizləyiblər. Sonra Nüzgar kəndi yaxınlığına qayıdarkən onların tankı minaya düşərək partlayır. Tankın heyəti bu zərbə nəticəsində müxtəlif dərəcəli xəsarət alsa da, döyüşü davam etdirir. Onlar hərbi qənimət kimi əldə etdikləri düşmən tankına keçərək əməliyyatları davam etdiriblər.

Sentyabrın 28-i daha bir uğurlu əməliyyat. Ermənilərin daha bir neçə əlverişli mövqeyi ələ keçirilir. Elçinin idarə etdiyi tankda nasazlıq olduğu üçün onu Milli Ordunun başqa bir tankı ilə əvəz edirlər.

Həmin günü əks etdirən bir videokadr var. Pəhləvan cüssəli Elçin tankın üzərində durub deyir: "Saat 7-yə işləyir, ekipaj düşmənə ağır zərbə vurmaq üçün əmr gözləyir".

Bu, həmin gündür. O gün ki, igid tankçılar yenə də döyüş tapşırığının öhdəsindən uğurla gəlirlər.

Sentyabrın 29-da Füzuli rayonunun Horadiz kəndinin yaxınlığnda yüksəklik düşməndən təmizlənir və həmin müşahidə məntəqəsi vasitəsilə magistral yola nəzarət etmək mümkün olur.

Günorta radələrində tankın mərmisi qurtarır, onlar hərbi texnikanı sursatla təchiz edib növbəti əməliyyata hazırlaşırlar. Elə bu vaxt tankçılar onların yanına düşən mərminin hədəfinə çevrilirlər, sürücü-mexanik Elçin Əliyev aldığı zərbədən elə orada şəhidlik zirvəsinə yüksəlir. Onun döyüş yoldaşı tuşlayıcı operator Kamal Əliyev iki ayağından, qolundan və çiynindən ağır yara alır.

Tank komandiri Rasif Quliyev həmin hadisəni belə xatırlayır: "Üç gün dalbadal aparılan uğurlu döyüş əməliyyatları nəticəsində bir neçə kəndi azad etdik, əlverişli mövqelərə yiyələndik. Həmin gün ermənilərin 12 tankını qənimət kimi ələ keçirdik. Növbəti hərbi əməliyyata hazırlıq məqsədilə tankı sursatla təchiz edərkən düşmənin hədəfinə tuş gəldik. Həmin vaxt mən tankın üstündə, Elçinlə Kamal isə tankın yanında idi. Yaxınlıqda partlayan top mərmisi Elçinin həyatına son qoydu, Kamal isə ağır yaralandı".

Milli Ordunun 25 yaşlı gizirinin Azərbaycan bayrağına bükülü tabutu Yardımlı rayonun Kürəkçi kəndinə gətirilir. Bütün kənd, qonşu kəndlərdən, rayon mərkəzindən gələn axın-axın insanlar, hərbçi yoldaşları qəhrəman Vətən oğlunu çox böyük hörmət və ehtiramla torpağa tapşırır. Elçin Əliyev Yardımlının Vətən müharibəsində həlak olan ilk şəhidi olur.

Toyu tutulu gənc canından çox sevdiyi ana Vətən, onun müqəddəs torpağını qorumaq üçün həmin torpağın bir parçasına çevrilir. Atası Sarvanın, anası Elmiranın oğul toyu görmək, bacıları Esmira, Elminə, Çinarə, Leyla və Lalə, qardaşı İlkinin Elçinin toyunda sevinmək arzuları ürəklərində qalır...

Elçin Əliyev 1995-ci il mayın 23-də anadan olmuşdu. Kənddəki məktəbdə orta təhsil almışdı. Hərbi xidmətini başa vurandan sonra Milli Ordunun tank taborunda müddətdən artıq xidmət hərbi qulluqçu kimi xidmətini davam etdirib. "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. "YAŞAT" Fondundan ailəyə maddi yardım göstərilib. Ailənin digər sosial ehtiyaclarının ödənilməsi üçün də sənədlər toplanılıb.

Nyus.Az







Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az