
Uşaq sahibi olan qadınlar həftədə 5 saat, kişilər isə 2 saat daha az yatır.
Cütlüklər üzərində aparılan araşdırmaya görə, xüsusən iş qadınları ana olandan sonra həftəlik yuxularından “itirirlər”. Avstraliyada yerləşən Queensland Universitetində aparılan araşdırmaya görə, işgüzar qadınlar evdar həmcinslərindən həftə ərzində 5 saat daha az yatırlar.
Araşdırma onu da göstərib ki, uşaq sahibi olmaq ataların da yuxu sistemini dəyişdirir. Bir qadın ana olduğu zaman həftəlik orta hesabla 48.8 saat yatır. Bu müddət uşaqların sayı artdıqca azalır. Analar 2-ci uşaqlarına sahib olduqları zaman yuxu müddəti 45.8 saata, 3-cü uşaqda isə 44.5 saata qədər azalır. Uşaq sahibi olmayan qadınların yuxu müddəti isə həftəlik orta hesabla 54 saatdır.

























