• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
17-09-2021, 21:06

Türkiyə - Ukrayna: Moskvaya rəğmən

Türkiyə - Ukrayna: Moskvaya rəğmən


Müəllif: Dmitriy Roy

Türkiyənin "Aselsan" şirkəti və «Ukrspeseksport» Uraynanın bəzi hava hücumlarından müdafiə (HHM) komplekslərinin yenilənməsi ilə bağlı müqavilə imzalayıb. Razılaşma çərçivəsində Kiyev həm də HHM qoşunlarının idarə olunmasının yenilənmiş sistemini əldə edəcək.

Ankara və Kiyevin hərbi-texniki əməkdaşlığına dair bu tip məlumatlara son vaxtlar xəbər lentlərində tez-tez rast gəlinir. Türkiyə Ukrayna silahlı qüvvələrinin modernləşməsini öz hamiliyinə götürür və onun hərbi-sənaye kompleksinə ikinci həyat bəxş edir.



İstanbulda Ukrayna Hərbi Dəniz Qüvvələri üçün ilk korvetin inşasına başlanılıb

İstanbulun gəmiqayırma tərsanəsində Ukrayna Hərbi dəniz qüvvələri (HDQ) üçün ilk yeni tipli korvetin inşasına başlanılıb. O, silah və digər sistemlərin quraşdırılması üçün 2022-ci ildə Kiyevə təhvil veriləcək - silah isə böyük ehtimalla “dəniz-yer” tipli qanadlı raketlərin yenilənmiş kompleksi olacaq. Gəmi 2024-cü ildə Ukrayna HDQ-nin tərkibinə qatılacaq.

Türkiyə və Ukrayna həmçinin Rusiyanın Mi-17-lərinin təmiri uçun Türkiyə ərazisində bazanın yaradılması ilə bağlı çərçivə razılaşması imzalayıb. Teknik A.Ş şirkəti «Ukrspeseksport» dövlət konserni ilə birlikdə həm türk operatorların, həm də kənar ölkələrin maşınlarını təmir edəcək.

Ukraynanın türk operatorlarının helikopteri ilə iş təcrübəsi artıq var. Belə ki, 2018 ildə ölkə Türkiyə jandarmasına məxsus 17 ədəd Mi-17 helikopterinin təmiri və yenilənməsi üçün 40 milyon dollar dəyərində müqavilə əldə edib. Türkiyənin helikopterlərinin təmirini “Morot siç” şirkəti ilə birgə “Aviakon”un mütəxəssisləri yerinə yetirib.



Ukrayna Mi-17 helikopterlərinin modernləşdirilməsi üzrə sifariş alıb

O da əhəmiyyətlidir ki, Mi-17 dünyada ən kütləvi helikopter sayılan Mi-8MT-nin ixrac üçün modifikasiyasıdır. 1965-ci ildən biri Mi-8-in 13 mindən çox modifikasiyası inşa olunub.

Əlbəttə, qısa müddətdə silah bazarının əfsanəsinə çevrilmiş “Bayraktar”ları da unutmaq olmaz. 2019-cu ildə Ukrayna Türkiyədən Bayraktar TB2-in 6 dronunu və 3 yerüstü idarəetmə qurğusunu əldə edib. Daha bir PUA kompleksi Ukrayna HDQ-niə bu ilin iyulunda verilib. Üç kompleks isə Kiyevə 2022-ci ildə çatdırılacaq.

Bu yay baş vermiş bir hadisənin vacibliyini dəyərləndirmək çətindir. İstanbulda IDEF 2021 beynəlxalq silah sərgisində Ukraynanın sənayenin strateji sahələrinə dair məsələləp üzrə naziri Uruski və Türkiyə kosmik agentliyinin rəhbəri Yıldırımın görüşü baş tutub. Onların söhbətinin mövzusu raket daşıyıcıları, kosmik aparatlar, o cümlədən keşfiyyat peykləri sahəsində əməkdaşlığın yüksəldilməsi olub.



"Bayraktar"sız hərbi əməkdaşlıq olar?

Burada qarşılıqlı fayda bəllidir. Əgər Türkiyə özünün kosmik proqramına nisbətən yeni başlayıbsa, təcrübəsi isə peyklərin və layihələşmiş hibrid mühərriklərin istehsalı ilə məhdudlaşırsa, Ukraynada vəziyyət fərqlidir. O, Sovet təcrübəsi sayəsində raket daşıyıcılarının inşası texnologiyalarına malikdir. Və Ankaraya birinci mərhələni yerinə yetirmək - 2023-cü ildə Aya pilotsuz aparat göndərmək üçün məhz həmin texnologiyalar çatışmır.

İstənilən bu səviyyəli yüksək texnologiyalarda olduğu kimi, burada hərbi məqam da var - Türkiyə Ukraynanın köməyilə raket daşıyıcılarını inşa etməyi öyrənməklə həm də orta və uzaq məsafəli ballistik raketlər istehsal etməyi öyrənəcək.

Moskva bu cür istənilən məlumata əsəbi reaksiya verir. Və əgər yaxınlara qədər buna elə də ciddi yanaşmırdısa, artıq qıcıqlandığını gizlətmir. Ancaq Ankarada bunu görməməyə üstünlük verirlər, Kiyev isə açıq-aşkar sevinir: Kremldə elə bilirdilər biz Rusiyasız batacağıq? Heç də o cür deyil.

İlk baxışda, hazırda Türkiyə üçün Ukrayna Sovet layihələrinin böyük arxivinə malik olan baxımsız elmi-tədqiqat institutudur. Ancaq bu, çox səthi mülahizədir. Əvvəla, Ankara Kiyevə hərbi-texniki əməkdaşlıq məsələlərində istehsal kooperasiyasını təklif edir.

İkincisi, münasibətlər hərbi məqamlarla məhdudlaşmır. Çoxları bilmir ki, 2017-ci ildə Qətərə qarşı blokada elan olunandan sonra Doxanın supermarketlərində piştaxtalar boşalanda Türkiyənin strateji müttəfiqini yardımına İrandan başqa Ukrayna da gəldi. Bir neçə ay ərzində Qətər böyük həcmdə Ukrayna məhsulları ilə təchiz edildi.



Ukrayna ərzaq təchizatı keçirməklə Qətəri blokadadan necə çıxardı?

İqtisadi təmaslar da az əhəmiyyət daşımır. Əgər 2018-ci ildə ölkələr arasındakı mal dövriyyəsinin həcmi 4 milyard dollar idisə, 2020-ci ildə ikitərəfli ticarət 5 milyard dollara yüksəldi və artmaqda davam edir. Düzdür, Ukrayna Türkiyəyə praktik olaraq mədən və ya bitki xammalı, həmçinin birincili yarımfabrikatlar göndərir - çuqun külçəsi, taxıl və toxumlar təchizatın 70 faizini təşkil edir. Türkiyə isə geniş Ukrayna bazarını inamla mənimsəyərək daha çox maşınqayırma, kimya və yüngül sənaye məhsulları ixrac edir.

Yekunda iqtisadi münasibətlərin və hərbi-texniki əməkdaşlığın möhkəm özülündə siyasi əməkdaşlıq da yaranır. Krım məsələsində Ankaranın mövqeyi birmənalıdır: «Türkiyə Krımın Rusiya tərəfindən qanunsuz işğalını tanımır və tanımayacaq, Ukraynanın ərazi bütövlüyünü müdafiə edəcək». Bu yaxınlarda Kiyevdə keçirilmiş “Krım platforması” ilə bağlı isə Rəcəb Ərdoğan daha sərt çıxış edərək bildirdi ki, müntəzəm əsaslarla keçirilən bu beynəlxalq tədbir «qanunsuz işğal edilmiş Krımın azad olunması işində əməli vasitəyə çevriləcək».

Moskvanın heç bir səyi, Türkiyəni “dadlı” iqtisadi layihələrlə cəlb etmək cəhdləri Ankaranı indiki mövqeyindən çəkindirə bilməyəcək. Ukrayna Türkiyə tərəfi üçün Moskva ilə bərabər səviyyədə oyun aparmağa imkan verən dəlildir. Və Rusiya Türkiyənin İdlibdəki, Qarabağdakı və digər münaqişə nöqtələrindəki “qırmızı cizgilər”ini keçməyə nə qədər çox çalışsa, Ankara ilə Kiyevin münasibətləri də bir o qədər möhkəm olacaq. Moskvaya rəğmən.

virtuazaz.org

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az