• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
15-09-2021, 08:45

Gənc kadrlar “kabinet sınağından” çıxa bilmirlər, yoxsa... - HƏQİQƏTƏN DƏ...

Gənc kadrlar “kabinet sınağından” çıxa bilmirlər, yoxsa... - HƏQİQƏTƏN DƏ...

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin İdarə Heyətinin sədri Ramin Bayramlının gözlənilmədən istefası gənc kadrlarla bağlı məsələni də gündəmə gətirib.

Çünki hazırda koronavirus xəstəxanalarının baş həkimlərinin məhkəməsi də davam edir. Həbs edilən baş həkimlərin karyeralarına diqqət edəndə görürük ki, onlar yüksək səviyyədə təhsil alıblar, xarici ölkələrdə praktika keçib, prestijli hospitallarda baş həkimlik edib, elmi işlərlə məşğul olublar. Sonda isə böyük bir ləkə! “Ölkədə cavanlara yol açmaq lazımdır” deyib hakimiyyəti qınayanlar indi həm də “bu da cavan dediyimiz kadrlar...” məyusluğunu yaşamaqdadırlar. Əlbəttə ki, ölkədə vicdanlı, əqidəli, işinin öhdəsindən gələn cavan kadrlar da var.

İddialar var ki, hüquq-mühafizə orqanlarında R.Bayramlını həbsə aparacaq daha ciddi faktlar ola bilərdi. R.Bayramlı da bunlardan ehtiyat etdiyindən istefa verib. Bu iddiaları təsdiq edən daha bir fakt da odur ki, Hesablama Palatası R.Bayramlının vəzifədə olduğu dövrü araşdırırdı.

Beləliklə, ortaya belə bir sual çıxır: gənc kadrların bəziləri, xüsusilə səhiyyə sistemində korrupsiyaya yuvarlanması faktları niyə çoxdur? Gənc kadrların etimadı doğrultmamasının səbəbləri nədir?

Deputat Razi Nurullayev dedi ki, əvvəllər özü də rəhbər vəzifələrə gənc kadrların gətirilməsinin tərəfdarı olub, lakin bu gün həmin fikirdə deyil: “Əvvəllər rəhbər vəzifələrə gənc kadrların gətirilməsi ilə bağlı xeyli çağırışlarım olub. Lakin bu gün şahidlik edirəm ki, heç də bütün gənc kadrlar üzərlərinə düşən öhdəlikləri və onlardan gözlənilən etimadı doğrulda bilmir. Əlbəttə ki, bunun da bir neçə səbəbi var. İlk səbəbi onların təcrübəsizliyində görürəm. Düşünürəm ki, istənilən halda hər bir sahədə, xüsusən də idarəçilikdə xeyli təcrübə qazanmaq lazımdır. Bu təcrübəni toplamaq üçün ən azı 4-5 il işləmək lazımdır ki, tələb olunan təcrübə toplanın. Yalnız bundan sonra gənc kadr böyük vəzifəyə təyin oluna bilər. Beləliklə, təcrübə keçmək çox vacibdir.

İkinci səbəb kimi isə insanların bir-biri ilə bəhsə girməsini, sanki yarışa çıxmasını görürəm. Ümumiyyətlə, Azərbaycanda belə bir tendensiya var ki, insanlar bir-birinə baxıb bəhsə, yarışmaya girir və yaxud ondan nümunə götürürlər. Məsələn, gənc kadrlar görürlər ki, kimsə vəzifəyə gedəndə villalar, milyonlar, bahalı maşınlar, özündən sonra gələcək yeddi nəslini dolandırmaq üçün kifayət qədər cah-cəlal, var-dövlət toplaya bilib və özü də düşünür ki, “vəzifə ömürlük olmaya da bilər, nə vaxtsa onu ”vura" da bilərlər, hansısa səhvi ucbatından güdaza gedə bilər", başlayır özü üçün var-dövlət toplamağa.

Üçüncü səbəb kimi isə onu görürəm ki, bəzən gənc kadrlara qarşı qısqanclıq olur və onları gözdən salmaq, “vurmaq” üçün müəyyən kampaniyalar aparılır, səhvlər etməsi üçün planlar qurulur, nəticədə gənc kadr əvvəlcədən qurulmuş həmin tora düşür. Bununla da cəmiyyətdə belə bir əhval-ruhiyyə yaranır ki, “gənc kadrlar vəzifədə etimadı doğrultmur və sairə. Bütün bu dediklərim bu və digər şəkildə yeni təyin olunan gənc kadrlarda özünü büruzə verir. Daha bir məsələ, bu gün hər birimiz şahid oluruq ki, YAP-ın üzvü olmaq heç də üstünlük deyil və olmamalıdır da. Lakin bu gün xeyli adam var ki, YAP-ın üzvü olmağı dövlətçiliklə, vətənpərvərliklə eyniləşdirir. Bunun özü də ən böyük problem yaradan məsələlərdən biridir”.

AVP sədri, deputat Fəzail Ağamalı “gənc kadrların bəziləri özünü doğruldur, bəziləri isə yox. Ona görə gənc kadrların üzərinə bu cür gəlinməsinin tərəfdarı deyiləm”, deyə cavab verdi.

AĞ Partiya sədri Tural Abbaslı isə qeyd etdi ki, gənc kadrların özlərini doğrultmamasının bir neçə səbəbi var: "Səbəblər çoxdur. İlk öncə sual verilməlidir ki, həmin gənc kadrlar harada yetişib, harada idarəçiliyi öyrəniblər? Əlbəttə ki, heç bir yerdə. Məsələn, Ramin Bayramlı partiya strukturlarında nə qədər fəaliyyət göstərib? Diqqət edirik ki, əksəriyyəti hansısa dar sahənin mütəxəssisi olublar və gəlib birdən-birə böyük vəzifəyə oturublar. Ola bilər ki, Ramin Bayramlı öz peşəsini tam yaxşı idarə etsin, lakin bəs idarəçi kimi necədir, bu, artıq başqa məsələdir. Kadrların yetişdirilməsində də problem var. İndi həm iqtidarda, həm də müxalifətdə kadr böhranı yaranıb. Doğrudur, yeni kadrlar xarici ölkələrdə təhsil alıb, yüksək səviyyədə təcrübələr keçirlər, amma gəlib köhnə sistemdə işləməyə başlayırlar. Yəni kadrlar dəyişdirilir, lakin sistem dəyişdirilmir və yeni kadrlar məcbur edilir ki, köhnə sistemə uyğunlaşsınlar. Ümumiyyətlə, yaşlı və ya gənc kadr anlayışı səhvdir. Sadəcə, vəzifəyə uyğun doğru-dürüst kadr seçilməlidir və bunun üçün də siyasi təcrübə tələb olunur. Lakin deyə bilmərik ki, ölkədə bütün gənc kadrlar uğursuzdur. Düşünürəm ki, yenə də gənc və yeni simalara, yeni yanaşmalara şans vermək lazımdır. Ömrünün üçdə birini sovet dönəmində yaşayıb, həmin vaxt siyasi təcrübə toplamış adamlara nələrisə həvalə etmək də uğursuzdur. Məsələn, Ramin Bayramlı nə qədər vəzifəsini pis idarə edirdisə, hər halda, Oqtay Şirəliyevdən, Əli Həsənovdan daha uğurlu kadr idi. Bu məsələlərə diqqət edərək, uğurlu gənc kadrlar tapmaq lazımdır. Əgər bu cür gənc kadrlar iqtidar düşərgəsində yoxdursa, demək ki, onlar müxalifət düşərgəsində axtarılmalıdır".

Sosioloq Əhməd Qəşəmoğlu da “yaşlı və ya gənc kadr” yanaşmasının doğru olmadığını dedi: "Çünki biz hər hansı bir məsul vəzifəyə namizəd seçəndə onun yaşına deyil, işi nə dərəcədə bacaracağına və nə qədər düzgün olacağına diqqət etməliyik. Yəni bilməliyik ki, vəzifəyə gətirilən adam nə qədər rüşvətxordur və yaxud işini nə dərəcədə yaxşı bacarır. Yəni kriteriya bu olmalıdır. Bu mənada yaş ikinci dərəcəli amildir. Məsələn, mənim tanıdığım hətta 70-80 yaşlı insanlar var ki, əlimdə şans olsaydı onları vəzifəyə gətirərdim, çünki bilirəm ki, yeniliklər edə biləcək, bunun üçün çox qabiliyyətlidir, rüşvətxorluqdan uzaqdır və sairə".

Sosioloq bəzi gənc kadrların özlərini doğrulda bilməməsinə də münasibət bildirib: “Son vaxtlar çox tez-tez düşünürəm ki, gənc kadrlarımız niyə özünü doğrulda bilmir, hansı ki, onlar xarici ölkələrdə ən nüfuzlu universitetləri bitiriblər. Çünki onlar nə qədər nüfuzlu universitetləri bitirsələr də, nəhayət gəlib ölkədə köhnə sistemdə işləməyə başlayırlar. O köhnə sistem ki, düzgün qurulmayıb. Beləliklə, gənc kadr da gəlib düşür həmin axına, bu zaman isə həm işinin öhdəsindən gələ bilmir, həm də öz gələcəyini, karyerasını zərbə altına qoyur”.
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az