• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
9-09-2021, 20:17

“Ali məktəblərdəki təhsil haqqı təhsilin keyfiyyətilə düz gəlmir” - ETİRAZ

“Ali məktəblərdəki təhsil haqqı təhsilin keyfiyyətilə düz gəlmir” - ETİRAZ

“Azərbaycanda ali məktəblərdə təhsil haqqı ildən-ilə artır, amma bu artım təhsilin keyfiyyətində hiss olunmur”.
Bunu Bizimyol.info saytına Milli Məclisin deputatı, “Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa deyib.

“Təhsil haqqı əsasən müəllimlərin maaşlarına, ali məktəblərin xərcinə nəzərən artır və inflyasiyanın artmasını da nəzərə alsaq, təhsil haqqının artması normaldır. Lakin Azərbaycan təhsilinə məsul olan şəxslər yalnız başlanğıca fikir verirlər, amma yekunu üzərində qiymətləndirmə aparmır. Yaxınlarımız ali məktəbə daxil olanda sevinirik. Lakin onlar məzun olana qədər, həmin ali məktəblərdə mütəxəssis kimi yetişə bilirmi? Onların qazandığı biliklərlə bağlı araşdırma aparsaq, görərik ki, onlar dörd ildən sonra daha da geriləmiş olurlar. Təhsilin keyfiyyətində təhsil haqqının artımı hiss olunmur. Hansı keyfiyyət var ki, təhsil haqqını artırmağa gərək görürük? Bu gün ali məktəblərimizin əksəriyyəti müstəqil şəkildə mütəxəssis hazırlamağa qabil deyil. Məsələn, Tibb Universitetini bitirən şəxs gərək xaricdə təhsil alsın ki, Azərbaycanda yaxşı bir mütəxəssis kimi işləyə bilsin”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, hər il dünyada qabaqcıl universitetlərin siyahıları açıqlanır, Azərbaycan universiterləri isə adətən çox aşağı reytinqlə dəyərləndirilir.

“Ali Neft Məktəbi, UNEC və ADA kimi universitetlər nisbətən Avropa standartlarına yaxınlaşıblar. Amma ümumilikdə ali məktəblərimiz təhsil səviyyəsinə görə çox aşağı reytinqə malikdirlər. Ilk növbədə təhsilin keyfiyyətini artırmağa, tələbələri stimullaşdırmağa çalışmalıdırlar. Həmçinin, insanların sosial vəziyyəti də nəzərə alınmalıdır”, - deyə F.Mustafa əlavə edib.

Deputat əlavə edib ki, özəl ali məktəblərin də sayının azalması da təhsil sahəsində rəqabətin azalmasına gətirib çıxarır: “Ali məktəblər arasında rəqabət olsa, onlar da tələbəyə daha yaxşı təhsil, daha yaxşı şərait və hətta idman zalları, üzgüçülük hovuzları təklif etsələr, bu, təhsilimizin inkişafı üçün, gənclərimizin sağlam yetişməsi üçün stimul olar, rəqabət də hiss olunar”.

Təhsil eksperti isə hesab edir ki, əslində Azərbaycanda ali məktəblərin təhsil haqqı qonşu ölkələrlə müqayisədə elə də çox deyil.

“Əgər təhsil haqqı ildə 2500 manatdırsa, özəl kurslarda da aylıq ödənişlər çox bahadır. Ortabab bir kursda ingilis dili öyrənmək üçün ayda 150 manat ödəməlisən. Sadəcə olaraq, həm kirayə haqqı, həm dolanışıq xərcləri... Yekunda bir tələbənin bir illik xərci gəlib 5 min manatı keçir. Əksər valideynlərin isə bunu ödəməyə imkanı yoxdur. Yəni, təhsil haqqı müəyyən edilərkən, bu kimi ziddiyyətlər yaranır. Xüsusən də nəzərə alsaq ki, universitetlərin çoxu Bakıdadır, Bakı isə regiondan gələn bir gəncin yaşaması üçün bahalı şəhərdir”, - deyə ekspert bildirib.

O vurğulayıb ki, xaricdə bir çox universitetlər QHT-lər kimi qrant layihələrində iştirak edir və müxtəlif fondlardan aldıqları qrant əsasında müəyyən sayda tələbəyə ya pulsuz təhsil, ya da təqaüd təklif edirlər: “Belə bir ənənə bizdə yoxdur. Bilmirəm, bizim universitetlərin özləri bu cür layihələrlə maraqlanmır, yoxsa qrant ala bilmirlər... Digər tərəfdən, düşünürəm ki, universitetlərimiz tələbələr arasında rəqabət yaratmalıdır. Məsələn, ​ bir sıra xarici universitetlərdə ödənişli təhsil alan tələbələr üçün müəyyən bir proqram elan olunur, o proqram əsasında da yaxşı oxuyan tələbələr ya təhsildən azad olunur, ya da müəyyən təqaüd alır”.

Ekspert müəllimlərin maaşında da ciddi bir artım olmadığını əlavə edib: “Mənim ali məktəbdə dərs deyən tanışlarımın çoxu dolanmaq üçün əlavə iş görməyə məcburdurlar. Kimi repetitorluq edir, kimi də tərcümələrlə məşğuldur. Hətta məcburiyyətdən taksi sürən universitet müəllimlərinə də rast gəlmək olar”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az