• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
9-09-2021, 08:40

Məktəbli valideynlərinin “soyğunu” başladı - yarmarkalar açılacaqmı...

Məktəbli valideynlərinin “soyğunu” başladı - yarmarkalar açılacaqmı...

Artıq 2021-2022-ci tədris ilinin başlanmasına az vaxt qalıb. Təhsil Nazirlyindən verilən məlumata əsasən, sentyabrın 22-dən birinci siniflər, sentyabrın 29-dan 5-ci və 11-ci siniflər, orta məktəblərdə tədris ənənəvi olaraq başlayacaq. Oktyabrın 1-dən isə məktəbəqədər hazırlıq qruplarında tədris əyani şəkildə davam etdiriləcək.

Pandemiyadan sonra dərslərin açılması xəbərinə sevinənlər çox olsa da, məktəb ləvazimatlarının qiymətləri ilə bağlı narahatlıq keçirənlər də az deyil.

Belə ki, pandemiya ilə əlaqədar olaraq hər il güzəştli qiymətlərlə topdan və pərakəndə satışı həyata keçirən məktəb yarmarkalarının fəaliyyəti dayandırılıb. Bakı Şəhər Ticarət və Xidmət Departamentindən qəzetimizə bildirilib ki, cari epidemioloji vəziyyəti nəzərə alaraq bu il məktəbli yarmarkalarının açılması nəzərdə tutulmayıb. Yarmarkaların təşkilində isə əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etmələrinə kömək etmək idi.

Bəs görəsən, bu il valideynlər ucuz qiymətə satışa çıxarılan, həm də keyfiyyətli məktəb ləvazimatlarını haradan əldə edə bilərlər?

“Yeni Müsavat”ın əməkdaşı olaraq bu sahədə vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün şəhərin müxtəlif market və dükanlarına üz tutduq. İlk olaraq nəzərə çatdıraq ki, şəhərdə məktəbli bazarlığı etmək üçün xeyli gəzməli olduq. Çünki əksər mağazalarda ev əşyaları, təsərrüfat mallarının satışını, yaxud da, geyim dükanlarını görmək mümkündür. Halbuki hər il dərs öncəsi bir qələbəlik yaşanırdı, bütün ticarət obyektləri, mağaza və dükanlarda məktəbli üçün gərəkli olan hər bir ləvazimatı tapa bilirdik. Bütün piştaxtalar məktəbli ləvazimatları ilə dolu olurdu... Xeyli gəzdikdən sonra Nizami rayonu «Qara Qarayev» metrostansiyasının yaxınlığında bir mağaza tapa bildik. Yolda soraqladığımız insanlar bu mağazada həm də qiymətlərin münasib olduğunu bildirdilər.

Mağazaya çatar-çatmaz bir qadının şikayət etdiyini eşitdik. Yaxınlaşıb vəziyyəti öyrəndik, Asiman adlı paytaxt sakini fikirlərini bizimlə bölüşdü: “Şəhərdə qiymətlər ”əl yandırır". Əvvəl heç olmasa, küçədə satılırdı, ucuz qiymətə alırdıq, indi onu da yığışdırıblar. İndi oradan-buradan dükan axtarırıq. Demək olar ki, hər yerə getmişəm, ya məktəbli üçün heç nə yoxdur, ya da hər şey çox bahadır. Düzdür, malların ucuz qiymətə olanı da var, amma onların da keyfiyyəti çox aşağıdır. Ona görə məcbursan, baha qiymətə olanı alasan. Onda da uşağın bütün ehtiyacını ödəyə bilmirsən".

Müsahibimizdən ayrılıb, mağazadakı qiymətlərlərlə maraqlanırıq. Burada müxtəlif qiymətdə, müxtəlif çeşiddə dərs vəsaitlərini görmək olar. Bizimlə söhbətdə Gülnar adlı satıcı bildirdi ki, mağazada qiymətlər keyfiyyətə görə dəyişir. Məsələn, sadə 12 vərəq dəftərlərin qiyməti 11 qəpikdən 1 manatadək dəyişir. 60 vərəqli dəftərlərin isə 75 qəpikdən 3 manatadək dəyişir. Ən ucuz qələm isə 8 qəpik, ən bahalısı 1- 2 manat təşkil edir. İbtidai sinif şagirdlərinin ən çox istifadə etdiyi pozanlı qələmlər də 60-70 qəpiyə satılır. 10 ədəd dəftər üzünü 1 manat 50 qəpiyə almaq olar. Qovluqların qiyməti də rəngləri kimi müxtəlifdir: sadə qovluqlar 70- 80 qəpikdir, 8 manata satılanlar da var.

Satıcıdan onu da öyrənirik ki, müştərilər əsasən Rusiya mallarına üstünlük verirlər, Çinin istehsalı olanları almırlar. “Faber Castell” isə ən bahalı firma sayılır: “Məsələn, albomun qiyməti 1 manat 20 qəpikdirsə, bu firmadan olanlar 2 manat 20 qəpiyə satılır”. Qeyd edək ki, valideynləri qiymət sarıdan ən çox narazı salan ləvazimatlardan biri də məktəb çantasıdır. Çantaların qiymətləri arasında çox ciddi fərq müşahidə olunur. Ən ucuzu 20 manat, ən bahalısı isə 100 manatadır. Təkərli çantaların qiyməti isə 85 manatdan başlayır, 180 manata olanlar da var.

Nizami rayonunda fəaliyyət göstərən digər mağazada da qiymətlərlə maraqlanırıq. Məsələn, bu mağazada bir qutu karandaşı 1 manat 50 qəpiyə də almaq olar, 30 manata da. Əlbəttə, bunlar firmasına görə dəyişir. Sadə qələm 10 qəpik -1 manat 90 qəpik, bir qutu plastilin 1 manat 40 qəpik-3 manat arasında dəyişir. 40 rəngdə olan plastilinlər isə 9 manantdır.

Pozanların qiyməti də 20 qəpikdən başlayır, 2 manat 60 qəpiyə də almaq olar. Bir qutu flamastrın qiyməti keyfiyyətindən asılı olaraq 75 qəpik- 8 manat 40 qəpik arasında dəyişir. Zərli qələmlərin qiyməti 2 manat 70 qəpikdən - 6 manatadək dəyişir. Karandaş yonanın ən ucuz olanı 45 qəpik, ən bahalısı isə 4 manat 60 qəpiyədir. Yapışdırıcı 50 qəpik-2 manat, lüğətlər 1 manat 35 qəpik-3 manat arasında dəyişir. Dəmir termoslar 6 - 10 manata, yemək saxlama qabları isə 4-19 manatadır.

Rəngli vərəq 60 qəpik, yapışqanlar 2 manat 50 qəpik təşkil edir. Xətkeşlərin qiymətləri də növlərinə görə fərqlidir. Taxta 20-30 qəpik, alüminium 1 manat, rezin xətkeş isə 50 qəpikdir. Əmək dərsləri üçün istifadə olunan iynə-sap dəsti 3 manatadır. Məktəbli qayçıları isə 10 qəpikdən 3 manatadək dəyişir.

Qələmqablarını da çeşidlərinə, ölçülərinə görə 1 manat 50 qəpikdən 15 manatadək qiymətə almaq olar.

Qiymətlərlə maraqlandıqca, alıcıların az olması da nəzərimizdən yayınmadı. Satıcı bizimlə söhbətdə müştəri sayının azlığından gileyləndi: “Keçən il də alıcı az idi, bu il də alıcıların sayı çox azalıb. Təhsil Nazirliyi qərar verdi, bəlkə bundan sonra alıcı sayı çox olar”.

Bu arada o da diqqətimizi çəkdi ki, valideynlərin bəziləri ucuz mal keyfiyyətsiz olduğu üçün bahalısını almağa çalışır. Bir evdən iki və ya üç uşağını məktəbə göndərən ailə üçün bu, kifayət qədər ciddi məbləğdir...
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az