• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
27-07-2021, 09:11

“Kəsici dişləri” çıxarılan Ermənistan yenə də avantüraya sürüklənir - NƏ BAŞ VERİR?

“Kəsici dişləri” çıxarılan Ermənistan yenə də avantüraya sürüklənir - NƏ BAŞ VERİR?

“Ermənistan” adlı uğursuz dövlət başına gələnlərdən dərs götürmək istəmir. Belə görünür ki, qonşu ölkə dünyanın siyasi xəritəsində normal dövlət kimi yox, yenə marionet olaraq, kiminsə “cib dövləti”, maşası kimi qalmaqda israrlıdır.

10 noyabr kapitulyasiya sənədini imzalamasından 8 aydan çox ötməsinə baxmayaraq, rəsmi İrəvanın bu günədək davakar ritorikası sərgiləməsinə, Azərbaycana qarşı əsassız ərazi iddiasını davam etdirməsinə ayrı ad tapmaq çətindir. Belə təsəvvür yaranır ki, Ermənistanı sülhdən çox müharibə maraqlandırır...

*****

Əlbəttə ki, erməni tərəfinin, obrazlı yazsaq, Azərbaycanla müharibə aparacaq canı yoxdur. Müzəffər Ordumuz onun “kəsici dişlərini” keçən ilki Vətən müharibəsində çıxarıb. Müharibə üçün Ermənistanın nə yetərli hərbi, nə də insani və maliyyə resursu var. Ən azı, yaxın on ildə gözlənilmir də. Sadəcə, bu xəbis toplum başqa xalqlara pislik eləməyi xoşladığı üçün ənənəvi olaraq Azərbaycan və Türkiyəyə qarşı murdar niyyətlərdən əl çəkmir. İki qardaş ölkəyə ziyan vurmaq üçün daima yollar axtarır. Daha dəqiqi, bu dəfə vəziyyəti gərginləşdirib Qərbin, özəlliklə ABŞ və Fransanın bölgəyə - sərhəd nahiyəsinə, hətta Qarabağa hərbi müdaxiləsi üçün zəmin yaratmağı xəyal edir, təhlükəli planlar qurur. Sərhəddəki təxribatların arxasındakı əsas hədəf əslində elə budur.

Yeri gəlmişkən, dünən Ermənistan silahlı qüvvələri dövlət sərhədimizin Kəlbəcər rayonu sahəsində növbəti təxribat törədib. Müdafiə Nazirliyinin məlumatına görə, Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən ordumuzun Kəlbəcər rayonu ərazisindəki mövqeləri atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Aydındır ki, sülh arzulayan, üstəlik, təzəcə müharibədən kapitulyasiya ilə çıxan bir ölkə belə təxribatlarla məşğul olmur. Mütləq onu qızışdıran, üstümüzə salan bir qüvvə və ya qüvvələr olmalı. Hansı qüvvələr? Onların təxmini ünvanını göstərdik.

Diqqətçəkici həm də odur ki, ölkəmizə qarşı get-gedə artan və böyük sülh anlaşmasını ləngitməyə hesablanmış sərhəd toqquşmaları Ermənistan rəhbəri, “sorosçu” Nikol Paşinyanın açıq-aşkar qərbyönlü xarici siyasət kursuna qayıtmaq istəyi fonunda yaşanır. Bu da məntiqlidir. İrəvan özünün xaricdəki havadarlarından cəsarət və vəd almasa, boyundan hündürə tullanmağa heç vaxt cürət eləməz...

*****

Söz düşmüşkən, bu arada Türkiyənin “TRT Haber” telekanalı təhlükəsizlik qaynaqlarına istinadən Ermənistanın “qeyri-konstruktiv və gərginliyi artıran siyasətinə geri döndüyünü” bildirib (Virtualaz.org). Telekanal bu məlumatı Azərbaycan-Ermənistan dövlət sərhədi boyu son günlər erməni tərəfinin qızışdırıcı əməllərinin artması ilə əlaqədar yayıb. Lakin mənbə olaraq hansı ölkənin - Türkiyənin, yaxud Azərbaycanın təhlükəsizlik qaynaqlarından söhbət getdiyi dəqiqləşdirilmir.

“Təhlükəsizlik qaynaqları sərhəddə baş verən son atışmaları Ermənistanın qeyri-konstruktiv və gərginliyi artıran siyasətinə geri dönməsinin göstəricisi kimi qiymətləndirir”, - məlumatda bildirilir. “Bəzi ölkələrin dəstəyi və cəsarətləndirməsi ilə Ermənistan bu təxribatlara əl atır”, - qaynaq deyib.

Eyni qaynaq Paşinyanın müdafiə naziri Vaqarşak Arutyunyanın yerinə baş qərargah rəisinin müavini, general Arşak Karapetyanı təyin etdiyini xatırladıb. Karapetyanın “sərt mövqeli general olduğunu” bildirilir. V.Arutunyan isə Rusiyaya sadiq adam idi.

Maraqlıdır ki, Nikol Painyan məhz Rusiyaya səfərdən qayıtdıqdan sonra öz komandasını təzədən qərbyönlü kadrlar hesabına qurmağa başlayıb. Xarici İşlər Nazirliyi rəhbərliyinə ölkənin təhlükəsizlik xidmətinin keçmiş direktoru olmuş qərbyönlü Armen Qriqoryanın gətirilməsi bunun başqa bir təsdiqi sayıla bilər.

Bu, o deməkdir ki, N.Paşinyan sözdə Rusiyanı Ermənistanın xarici siyasətində strateji prioritet elan eləsə də, gerçək əsla belə deyil. Yəni Ermənistanın xarici siyasət kursu gec-tez rusiyayönlü olmayacaq. Hətta güc strukturlarında belə, Rusiyanın adamlarını (V.Arutyunyan) sıxışdırmaq xətti götürülüb. Halbuki 2-ci Qarabağ müharibəsində Ermənistanı faktiki ipdən alan, onun formal da olsa, dünyanın siyasi xəritəsində qalmasını, həmçinin Qarabağda erməni varlığını təmin edən, Ermənistanın köhnə-yeni sərhədlərini qoruyan və ona əlindən gələn maddi-maliyyə dəstəyi verən tək dövlət Rusiyadır.

*****

Sözsüz ki, İrəvanı ölkəmizə qarşı qısqırdan, barışmaz mövqeyə kökləyən, əlini gücləndirən həm də Avropa İttifaqının işğala məruz qalmış Azərbaycan dura-dura, işğalçı Ermənistana 2.6 milyarda avro (təxminən 3 milyard dollar) maliyyə yardımı ayıracağı barədə verdiyi ədalətsiz qərardır. Cəmi 2 milyon əhalisi olan bir cırtdan dövlət üçün bu, əlbəttə ki, böyük məbləğdir və onun illik büdcəsinə bərabərdir.

İrəvan rəsmilərinin başını gicəlləndirən, Azərbaycana qarşı onlarda barışmaz və radikal ovqatı, revanşizmi gücləndirən, şübhəsiz, həm də bu amildir. Əslində bu, 9 ay öncəki işğalçını təzədən müharibəyə şirnikləndirməkdir, müharibə sifarişidir. Eyni zamanda Qarabağda qalmış separatçı-kriminal ünsürlərə stimul verməkdir. Son hədəf isə “bulanıq suda” balıq tutmaqdır.

Ancaq bütün bunlar əbəs cəhdlərdir. Ermənistanın çıxarılmış “kəsici dişləri”ni bərpa eləmək mümkün olmayacaq. Onun yerinə hansı “süni dişlər”, “keramik dişlər”, “protez” qoyulur-qoyulsun, dəmir yumruğun cavabı bu dəfə daha amansız və ağrılı olacaq. Başı əzilən yenə də Ermənistan, buna seyrçi qalan isə yenə onun havadarları olacaq. Son savaşdakı kimi, əllərindən yenə bir şey gəlməyəcək.

Artıq bunu anlayan tanınmış ermənilər də var. Məsələn, 1990-cı illərdə Levon Ter-Petrosyanın məsləhətçisi, 1990-cı illərdə Qarabağ müzakirələrinin əsas iştirakçılarından olan politoloq Jirayr Liparityan bugünlərdə Qərb nəşrlərindən birinə savaşın səbəblərindən danışarkən etiraf edib ki, son Qarabağ müharibəsinin nəticəsi erməni diasporunun mövqeyindən qaynaqlanır. Sitat: “Erməni diasporu Qarabağ məsələsində maksimalist mövqe nümayiş edirdi, vəziyyətin daha real qiymətləndirilməsinə töhfə vermədi. Artıq reallığın qəbul olunması və Ermənistanın məsələyə strateji baxışının yenidən tənzimlənməsi lazımdır. Əks təqdirdə, ermənilər bu tarixi itkiyə aparan düşüncəni davam etdirsələr, yenidən müharibə ilə üzləşə bilərlər. Hadisələrin belə inkişafı isə Ermənistan üçün olub-qalanların da əldən çıxması deməkdir”.

“Olan-qalanı da itirmək...” Paşinyan va-bank gedərsə, elə bu cür də olacaq. Seçim həmişəki kimi İrəvanındır...
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az