• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
24-07-2021, 09:50

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda pullar BELƏ TALANIR - İTTİHAM

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda pullar BELƏ TALANIR - İTTİHAM


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTBETİ) bəzi nöqsanlardan, kadr çatışmazlığından və aşkar maxinasiyalardan əziyyət çəkir. İnstitut bir neçə şəxsin süni diqtəsilə, xüsusilə ayrılan büdcə pullarının israfçılıqla xərclənib dağıdılması məqsədlərilə idarə olunur.

"Demokratik.Az"-ın əldə etdiyi özəl məlumatlara görə, institut son illər heç bir yararlı elmi tədqiqat işlərinə, aqrar sahənin inkişafına faydası olacaq geniş elmi-praktiki-nəzəri nailiyyətlərə imza atmayıb, əksinə, institutun ölkənin şəhər və rayonları üzrə özündə birləşdirdiyi təcrübə stansiyaları, çeşidli laboratoriya və şöbələr üzrə fəaliyyət formal hallar üzərində qurulub. İnstitutun idarə olunmasında qeydə alınan bəzi ağlasığmaz hallar isə öz qəribəliyi, qeyri-ənənəvi tənəzzül mütodları ilə xeyli unikal olmaqla maddi maxinasiyaları var edir.
İnstitutun narazı kollektivindən saytımıza verilən məlumata görə, hökumətin və Kənd Təsərrüfatı Nazirliyinin adıkeçən elm ocağından umacağı, maddi-texniki imkanları və elmi potensialı direktor Elçin Xəlilov və ətrafı tərəfindən xeyli korruziyaya uğrayıb. Xüsusilə institutun əsas maddi xərclərində təyinatdankənar məntiqə varan addımların atılması, yalançı formal tenderlərin keçirilməsi, şəxsi mənfəətə hesablanan ezamiyyələrin rəsmiləşdirilməsi, uyğun olmayan şəxslərin işə götürülməsi diqqət çəkir.

"Demokratik.Az" bildirir ki, "BM və TB ETİ"-nin direktoru bir çox maddi maxinasiyalarını müəssisənin baş mühasibi Ulduz Məmmədovanın əli ilə həyata keçirir.

Hələlik dəqiqləşdirə bildiyimiz məlumatlardan bir neçəsini diqqətinizə çatdırırıq ki, təkcə 2019-2021-ci illər ərzində "BM və TB ETİ" ilə "RƏBUNƏ"MMC, "Çeşmə" və "Dondar" adlı MMC-lərlə, eləcə də "Uğur 2017" adlı və digər fərdi sahibkarlıq subyektlərilə aralarındakı müqavilələr əsasında ayrı-ayrı vaxtlarda "dəftərxana ləvazimatlarının satın alınması", eləcə də guya "çap işlərinin görülməsi" adları altında küllü miqdarda maddi vəsait xırıd edilib. İddiaya görə, 10 minlərlə manat vəsait sadəcə olaraq tərəflər arasında otkat edilib, bölüşdürülüb, zəruri çap işləri və təminat öhdəlikləri isə icra edilməyib. İllərlə dövlət maliyyələşməsilə sözügedən institutda dəftərxana ləvazimatlarının faktiki paylanışına rast gəlinməməsi, yeni dərci materialların ortada olmaması təsadüfə heç bənzəmir, fakt təkzibedilməzdir və sadə audit yoxlaması maddi mənimsəmələrin parlaq təzahürü ola bilər.

Baş mühasib U.Məmmədovanın iştirakı ilə müəssisədə baş qaldıran ezamiyyə maxinasiyaları da cəlbedicidir. Təsəvvür edin ki, son illərdə durmadan yalnız özünə və istədiklərinə "bahalı" ezamiyyələr yazan Ulduz Məmmədova hər ayın bir neçə gününü regiondakı dayaq məntəqələrində və təcrübə stansiyalarında keçirir. Təbii ki, xanım Məmmədovanın səfərlərinin heç bir elmi qayəsi yoxdur, O, sadəcə rayonlara ezam olunaraq pul qazanır. Məlumata görə, xanım mühasib səfərlər edib "şirinlik" və qonaqlıqlar müqabilində Təcrübə Stansiya direktorlarının maddi hesabatlarındakı əyrintilərini düzəldir, faydalı "pul sirkulyasiyası" həyata keçirir. Baş mühasibin tez-tez Beyləqanda "İmamverdinin kababxanası" deyilən məkanda rayonun TS-in rəhbərilə yeyib-içməsini də institut kollektivi bu sayaq maddi maraqlara yozur.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mexanikləşdirmə şöbəsinin müdiri Anar Məmmədovun fevral ayından bu yana öz ezamiyyə xərcini Ulduz Məmmədovadan ala bilməməsi kimi biabırçılıq da yaşanmaqdadır. Eləcə də son ilin ezamiyyə sənədlərində Anar Məmmədovun əvəzinə yerli həmkarlar təşkilatının sədri Eldar Ələsgərzadənin də adına rast gəlinməsi gülməlidir. Digər alanların isə Ulduz Məmmədovanın birokratik əngəllərinə tuş gəlmələri araşdırılmalıdır. Eləcə də institutun yeni direktor müavini Natiqə İsmayılzadəyə də baş mühasibin istəyilə "ezamiyyə xərci" kimi cəmi 5 ay içərisində 4000 (dörd min) manata yaxın pul yazılışı absurdun ötəsində bir şeydir. Maraqlıdır ki, "BM və TB ETİ"-də "ezamiyyə" məsələləri sanki şəxsi məqsədlidir, göndərişlərin ümumiyyətlə institutun qanunla tənzimlənən fəaliyyətinə aidiyyatı yoxdur. Əksini eşitmək maraqlı olardı, son illərdəki ezamiyyələrin maddi israfçılıqdan savayı Kənd Təsərrüfatı Nazirliyinə və sözügedən elm müəssisəsinə hansısa bir faydası toxunubmu?

Xüsusi imtiyazlı şəxsə çevrilib istədiyi məsələdə direktorun adından qərarlar qəbul edən baş mühasibin yarıtmaz fəaliyyəti maddi maxinasiyalarla da məhdudlaşmır. Aldığımız məlumatlarda o da qeyd olunur ki, Ulduz Məmmədova kadr məsələlərində də aktiv rol alır, kimi istəsə Bitki Mühafizə institutundan qovur, kimi istərir işə "götürür". Misal üçün, o öz yaxın rəfiqəsi Mənsurə Məmmədovanın qeyri-ixtisaslı olsa da mühasibatlıqda - öz yanında işə götürülməsini təmin edə bilib. Ən maraqlısı, institutun direktoru baş mühasibin təkidinə boyun əyərək həmin Mənsurə Məmmədovanın orta təhsili belə olmayan bacısı qızı Nazı Məmmədovanı da institutda laborant ştatı üzrə işə alıb.

Hələlik bu qədər.., amma indidən nəzərə alın ki, Gəncədə yerləşən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin xüsusi diqqət mərkəzindədir. Yoxsa, bu Ulduz Məmmədova mühasibatlığa özünə yaxın adamlarını cəmləməklə etdiyi maxinasiyaları maksimum "gizli" saxlamağa çalışması bir yana, KT nazirliyinin aparat rəhbəri Rafayıl Quliyevlə dostluğu üstün tutmazdı. İddialara inansaq, baş mühasibin ən böyük dayağı əslində direktoru deyil, elə KT nazirliyinin aparat rəhbəri Rafayıl Quliyevdir - niyə?, nə üçün? - cavablar bizim üçün də ayrıca bir təfərrüat!

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda nazirliyin aparat rəhbərini baş mühasibin dilindən "Rafoş" deyə çağırırlar. Bunun NİYƏSİ barədə də yazacam, amma hörmətli Kənd Təsərrüfatı nazir cənab İnam Kərimov da yaxşı olardı ki, yuxarıda yazılanların araşdırılmasına bir vaxt ayıra...
Yazıda adları çəkilən hər kəsin söz haqqına hörmətlə yanaşırıq!
Demokratik.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az