• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
24-07-2021, 08:55

Ermənistana pul ayrılır, Azərbaycana yox: səbəb nədir? - "Avropa standartı" BUDURMU?

Ermənistana pul ayrılır, Azərbaycana yox: səbəb nədir? - "Avropa standartı" BUDURMU?

Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel ötən həftə Ermənistana səfər edərkən bu ölkəyə 2,6 milyard avro dəyərində maliyyə paketinin ayrılması ilə bağlı planlarını təsdiqləyib. O, ayrılacaq vəsaitin infrastruktur, rabitə, nəqliyyat və demokratik institutların inkişafı kimi sahələrə yönəldiləcəyini deyib. Azərbaycan prezidenti İlham Əliyev Ermənistana bu miqdarda maliyyə ayrılmasını, Azərbaycanın isə kənarda qalmasını ədalətsizlik adlandırıb.

Dövlət başçısının fikrincə, bu vəsaitin verilmə səbəbi regionda müharibənin baş verməsidir, müharibədən ən çox əziyyət çəkən ölkə isə Azərbaycandır: “Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir”, – deyə o, Azərbaycan Dövlət Televiziyasına müsahibəsində söyləyib. İ.Əliyevin sözlərinə görə, Azərbaycana heç kim belə bir vəsait təklif etməyib: “Bəs, azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? Milyardlarla dollar vəsait lazımdır, o, göydən düşür? Azərbaycan şəffaf bir ölkədir, maliyyə resursları da bəllidir. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, heç vaxt imtina etmərik”.

Prezident ümid edib ki, bu məsələyə aydınlıq gətiriləcək və Ermənistana ayrılan vəsait qədər eyni şərtlərlə Azərbaycana da maliyyə təklif ediləcək.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli “Press Klub”a şərhində bildirdi ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə ayrdığı yardımlar, qrantlar ölkələri iki qrupa bölməklə verilir. Birinci qrupa Ukrayna, Moldova və Gürcüstan, ikinci qrupa isə Azərbaycan, Ermənistan və Belarus daxildir:

“Birinci qrupa daxil olanlar Avropa Birliyi ilə daha çox yaxınlaşmış və fundamental münasibətlər qurmuş ölkələrdir. Konkret olaraq, bu üç ölkənin AB ilə assosiasiya sazişi var. Bu saziş bir sıra sferalarda, 6-7 tematik sahələrdə islahatların aparılmasını nəzərdə tutur. Bu islahatları dəstəkləyən maliyyə vəsaitləri vaxtaşırı üç ölkəyə ayrılır”.

Ekspert qeyd etdi ki, Azərbaycan, Belarus və Ermənistan isə AB ilə Şərq Tərəfdaşlığı çərçivəsində bu cür saziş imzalamayıb:

“Yalnız Ermənistanın AB ilə strateji tərəfdaşlıq sazişi var. Azərbaycanla belə bir layihə mövcuddur, amma nə zaman imzalanacağı bəlli deyil. Belarusun isə Avropa Birliyi ilə çox məhdud münasibətləri var. Ötən həftələrdə Belarus hökuməti bu proqramdan çıxdığını bəyan etdi. Bu baxımdan, 3 ölkəyə maliyyə yardımlarının az olması başadüşüləndir. Konkret olaraq, Azərbaycanla müqayisədə Ermənistana böyük yardım paketinin ayrılmasına gəlincə, burada bir sıra aspektlərə nəzər yetirməliyik. Bu vəsaitlər əvvəlki illər ərzində görülmüş işlərin, aparılmış fəaliyyətin analizi nəticəsində müəyyənləşdirilir və qərarlaşdırılır. Burada qısa müddətdə verilən qərardan söhbətdən getmir. Yardım paketləri ayrılırsa, ölkələrin ötən müddət ərzində gördüyü işlər, xüsusilə ölkələrin ehtiyacları qiymətləndirilir. Ölkələr hansı istiqamətlərdə islahatların aparılmasında axsayırlar, onların maliyyə dəstəyinə ehtiyacları varmı? Ölkələr nə dərəcədə islahatlara meyllidir, siyasi dinamizim, siyasi münasibətlərin inkişafı imkanları nə yerdədir? Bütün bunlar da şübhəsiz ki, qiymətləndirilir”.

A.Məmmədlinin sözlərinə görə, mühüm amillərdən biri də ölkələrin maliyyə durumudur. Dördüncü faktor isə bu ölklərdə vətəndaş cəmiyyəti institutlarının hakimiyyətlə münasibətləri, idarəçilikdə rolu və siyasi dəyişiklik imkanlarıdır. Ekspert bildirdi ki, bu 4 istiqamətdən baxası olsaq, Ermənistan həm Belarusdan, həm də Azərbaycandan daha üstün mövqedədir:

“Çünki orada hakimiyyət daha hesabatlıdır, siyasi mühit daha əlverişlidir. Bunlarla yanaşı, Ermənistanın maliyyə ehtiyacları daha yüksəkdir, Azərbaycan kimi neft-qaz ölkəsi deyil. Orada vətəndaş cəmiyyəti ilə hakimiyyətin normal münasibətləri var. Nəhayət, ölkədə dinamizim, islahatçılıq meylləri də mövcuddur. İstər məhkəmə-hüquq sistemində, istər parlament sistemində, istərsə də ölkənin sosial-iqtisadi həyatında bir islahatçılıq meyli var. Bunlar kənardan görünür, hesabatlara düşür. Ona görə də Avropa Birliyi Ermənistana daha çox yardım ayırır və bu yardımlardan cəmiyyətin daha çox fayda götürəcəyinə inanırlar”.

Azərbaycanın belə yardımlardan kənarda qalmasına gəlincə, A. Məmmədli deyir ki, ölkədə vətəndaş cəmiyyəti və siyasi partiyalarla hakimiyyətin münasibətləri çox soyuqdur:

“Müstəqil səslər eşidilmir, vətəndaş cəmiyyəti təşkilatlarına çoxlu problemlər yaradılır. Belə qrantlar, proqramlar ölkəyə gələndə hakimiyyət maksimum çalışır ki, QHT-lər kənarda qalsın. Son illərdə buna nail olublar. Kiçik və orta biznesə maliyyə dəstəyi göstəriləndə orada da çalışır ki, öz maraqlarını güdsün. Hər kəs bu dəstəklərdən faydalana bilmir, çünki ölkədə korrupsiya, məmur özbaşınalığı, qeyri-şəffaf idarəçilik kimi mənfi hallar var. Mövcud siyasi-hüquqi mühit belə qrantların Avropa Birliyi kimi qurumlardan alınmasına mənfi təsir göstərir”.

Prezident İlham Əliyevin fikirlərinə gəlincə, SMDT rəhbəri bildirdi ki, bu vəsaitlər Qarabağ münaqişəsindən əziyyət çəkənlər üçün verilən yardım paketi deyil:

“Bu başqa mövzudur ki, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə, infrastrukturun qurulması, reinteqrasiya, yenidənqurma prosesinə ciddi maliyyə vəsaiti lazımdır. Amma Azərbaycan hakimiyyəti bunu təbliğ etməli, çağırışlarda bulunmalıydı. Müharibə ötən ilin noyabr ayında bitib, amma ondan sonra Azərbaycan hakimiyyətinin bu istiqamətdə bir yol xəritəsi, ehtiyacların qiymətləndirilməsi sənədinə rast gəlməmişik. Biz bilmirik ki, işğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun qurulması ilə bağlı hökumətin planları nədir. Hansı işlərin görülməsi planlaşdırılır, hansı layihələr həyata keçiriləcək. Bunun təqvim planı nədir, nə qədər resurs, nə qədər insan gücü lazımdır. Biz bilirik ki, infrastruktur layihələri işə salınıb, yollar, tunellər, kommunal xətlər çəkilir və sair bu kimi məsələlər icra olunur. Amma daha detallı, daha müfəssəl şəkildə heç nə məlum deyil. Ora qayıdış necə olacaq, iş yerləri yaradılacaqmı? Evlərin, yolların çəkilməsi o demək deyil ki, insanlar ora axışacaqlar. İş yerləri yoxdursa, köçürüləcək əhalinin güzəranı necə təmin olunacaq və sair bu kimi çoxsaylı suallar durur. Bu suallar məndə varsa, təbii ki, beynəlxalq qurumlarda, ekspertlərdə də var. Bunlara cavab tapılmalıdır. Bunun üçün hakimiyyət daha şəffaf, hesabatlı fəaliyyət göstərməlidir. Hakimiyyətin sosial-iqtisadi inkişafın necə təmin olunacağı ilə bağlı planlarına ehtiyac var. Hazırda siyasi təbliğat aparılır, diplomatların, jurnalistlərin səfərləri təşkil olunur. Hesab edirəm ki, bunlardan öncə dünyada mötəbər institutları çağırmaq olardı ki, bir dəyərləndirmə aparsınlar. Minaların təmizlənməsinə, infrastrukturun qurulmasına nə qədər vəsait lazımdır, Azərbaycanın buna gücü çatacaqmı, əlavə dəstəyə ehtiyacı olacaqmı? Hesab edirəm ki, bu istiqamətdə bir iş qurmaq olardı. Amma təəssüf edirəm ki, bu yöndə gözlə görünən, şəffaf iş getmir. Getsəydi, cəmiyyətdə ciddi şəkildə müzakirə olunardı və beynəlxalq təşkilatların da diqqətini çəkərdi”.

A.Məmmədli hesab edir ki, hakimiyyət bu istiqamətdə addımlar atarsa, beynəlxalq qurumlara çağırış edərsə, ölkəyə beynəlxalq qeyri-hökumət təşkilatlarının gəlişi ilə bağlı hüquqi-normativ aktları dəyişdirərsə, beynəlxalq təşkilatların normal fəaliyyəti üçün siyasi iradə nümayiş etdirərsə, bu, Azərbaycana maliyyə vəsaitlərin gəlməsinə şərait yarada bilər.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az