
Prezident İlham Əliyev B.B.Hüseynovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam verib.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Nyus.Az

























