• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
15-07-2021, 08:47

“Müharibə Ermənistana keçə bilər...” - Gözlənti

“Müharibə Ermənistana keçə bilər...” - Gözlənti


Ermənistan silahlı qüvvələri Azərbaycanın mövqelərini Naxçıvan istiqamətində atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Nazirliyin verdiyi məlumata əsasən, bu gün saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb.

“Düşmən cavab atəşi ilə susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”,-deyə məlumatda qeyd olunub.

Atəşkəsin ermənilər tərəfindən pozulması Şuşa istiqamətində də qeydə alınıb. Azərbaycan Müdafiə Nazirliyindən verilən rəsmi məlumata görə, Ermənistan tərəfi iyulun 13-ü saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqelərini pulemyot və avtomatlardan atəşə tutub. Atəşkəs iyulun 7-də Tovuz , 9-da isə Gədəbəy istiqamətində pozulub.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Cebhe.info-ya deyib ki, Naxçıvanın atəşə tutulması çox ciddi məsələ olsa da, Azərbaycan üçün narahatlığa heç bir əsas yoxdur. Deputatın qənaətincə, Azərbaycan silahlı qüvvələri 44 günlük müharibə dövründə həm Ermənistana, həm də onun arxasında duran ölkələrə öz gücünü kifayət qədər göstərib:

“Azərbaycanla Türkiyə arasında müttəfiqlik barədə müqavilə imzalandığı da nəzərə alınarsa, gücümüzün nə qədər artdığını görə bilərik. Belə getsə, müharibə Ermənistanın ərazisində gedəcək ki, bu da qarşı tərəfə çox baha başa gələcək. Buna qətiyyən şübhəm yoxdur”.

Fəzail Ağamalının fikrincə, bu vəziyyətdə cəmiyyət birlik nümyaiş etdirməli, Azərbaycan ordusunun və Prezident İlham Əliyevin yanında olmalıdır. Partiya sədri sonda Azərbaycan silahlı qüvvələrinin Ermənistan ordusuna layiqli cavab verəcəyindən əminliyini ifadə edib.

Siyasi şərhçi Elxan Şahinoğlu isə bildirib ki, Ermənistanın Naxçıvan tərəfdən Azərbaycan bölmələrini atəşə tutması ölkəmizin ərazi bütövlüyünə təhdid və təzyiqdir. Onun qənaətincə, yeganə çıxış yolu Qarabağdakı separatçıları tərkisilah etmək, Naxçıvan istiqamətində açılan atəş nöqtələrini susdurmaqdır:

“Başqa variant görmürəm. Çünki biz onların nazıyla oynadıqca, erməni təxribatlarının sayı artacaq. Müharibədə qələbə çalmışıq, amma münaqişə çox təəssüf ki, hələ də həll olunmayıb”.

Siyasi şərhçinin fikrincə, Rusiya belə vəziyyətə şərait yaratdığından Azərbaycan qərarlarını özü verməli, qəti addımlar atmalıdır:

“Yoxsa Şuşaya da atəş açılacaq, Kəlbəcərə də, Ağdama da”.

Qəti addımlara gəlincə, Elxan Şahinoğlu söyləyib ki, Şuşanın kəndlərinə və Xocalıya daxil olmalıyıq:

İkincisi, Qarabağdakı separatçılar tərkisilah olunmalıdır. Üçüncüsü, bütün Qarabağda Azərbaycanın konstitusiya və qanunları tətbiq olunmalıdır. Dördüncüsü, Laçın başda olmaqla bütün sərhədi nəzarətimizə götürməliyik. Bu addımlar atılmadıqca problemlər olduğu yerdə qalacaq”.

Siyasi şərhçi qeyd edib ki, Ermənistanın törətdiyi təxribatların arxasında rus hərbçilərinin dayanması mümkün fakt kimi görünür:

“Kim deyə bilər ki, Naxçıvan istiqamətində ruslar yoxdur? Rusiyanın Ermənistanda hərbi bazası var. İndi də bazalarını genişləndirərək Zəngəzurda yerləşmək istəyirlər. Ermənistanın özündə də elə Rusiya hakimdir”.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az